SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspertlər: "3+3" formatından kənarda qalmaq istəmirlər, lakin həm də çəkinirlər

© Courtesy of Sadraddin SoltanSədrəddin Soltan
Sədrəddin Soltan - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
Politoloq: Ermənistan və İran Moskva ilə tərəfdaş ölkə olduqlarından Rusiyanın mövqeyinə uyğun olaraq platformaya öz dəstəklərini ifadə edəcəklər.
BAKI, 2 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30-31 oktyabr tarixində İtaliyanıın paytaxtı Romada keçirilən G-20 toplantısında "3+3" formatından danışıb. Ərdoğan bildirib ki, Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan altılıq olaraq addım atmalı və regiona sülh gətirməlidirlər. Onun sözlərinə görə, bu platforma yaradılandan sonra bölgədə sülh qısa zamanda təmin olunacaq.
Sputnik Azərbaycan "3+3" formatının reallaşma perspektivləri ilə Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltanın və Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, politoloq Əli Babayevin fikirlərini öyrənib.
Sədrəddin Soltan bildirib ki, bölgədə iqtisadi əməkdaşlığın güclənməsi və sabitliyin bərqərar olması baxımından bu formatın işə düşməsi önəmlidir. Onun sözlərinə görə, regionun təhlükəsizliyi regional əməkdaşlıqdan asılıdır:

"İğtişaşlar regionda təhlükəsizliyi təhdid edir. İran da bu platforma çəçivəsində əməkdaşlığa dəvət olunur. İran bu formatda iştirakçı olmasa da, bu baş tuta bilər. Çünki layihənin əsas marşrutu Azərbaycan və Ermənistan ərazilərindən keçir. Gürcüstan, Rusiya, Türkiyə və İranın iştirakı həm də güclü blokun yaranmsına səbəb ola bilər. Hesab edirəm ki, İranın "3+3" formatı ilə bağlı təddüdləri gələcəkdə aradan qalxacaq".

Sədərddin Soltan düşünür ki, Ermənistan və İran Moskva ilə tərəfdaş ölkə olduqlarından Rusiyanın mövqeyinə uyğun olaraq platformaya öz dəstəklərini ifadə edəcəklər:

"Baxmayaraq ki, biz İranın bölgədə gərginlik yaratmağa çalışdığını gördük. İran bununla özünü regionda aparıcı ölkə kimi göstərməyə çalışır. Ancaq son hadisələr göstərdi ki, İranın yarada biləcəyi istənilən gərginlik sonradan onun özünə ziyan ola bilər".

Siyasi şərhçi hesab edir ki, İran "3+3" formatında iştirak etməsə, bu, yalnız onun ziyanına olacaq. O qeyd edib ki, bununla İran tərəfi regional siyasi oyunlardan kənarda qala bilər:

"Gürcüstana gəldikdə isə bu ölkə Abxaziya və Cənubi Osetiya məsələlərinə görə bu platforma ilə bağlı çəkingənlik nümayiş etdirir. Amma bu da məlumdur ki, Rusiya və Gürcüstanın başqa təşkilatların tərkibində birgə fəaliyyətləri mövcuddur. Gürcüstanın regional layihələrdə iştirak etməməsi onun ziyanına işləyə bilər".

Politoloq onu da deyib ki, bütün hallarda regional layihələrdən kənarda qalanlar ziyan çəkən tərəf olur:

"Bütün iqtisadi təhlillər və araşdırmalar göstərir ki, dövlətlər regional əməkdaşlıqdan daha çox qazana bilirlər. Hesab etmirəm ki, Qərb ölkələri bu cür layihələrə qarşı çıxsınlar. Çünki belə əməkdaşlıq formatının qurulması Qərb təsisatlarının dayanıqlı əlaqələr qura bilməsi baxımından da əlverişlidir".

© Photo : Oktay Abdullayev Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, politoloq Əli Babayev
Председатель  Национального конгресса азербайджанцев Грузии (КАГ)  Али Бабаев - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, politoloq Əli Babayev
Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, politoloq Əli Babayev deyib ki, "3+3" Gürcüstan hökuməti üçün mühim əhəmiyyət kəsb edir:

"Bunun reallaşması yeni beynəlxalq layihələrin də işə düşməsinə, reallaşmasına imkan yaradır. Təbii ki, Azərbaycanın da bir vaxtlar üzləşdiyi seperatizm meylləri Gürcüstanda da mövcuddur. Bu kimi narahatedici məqamlar Gürcüstanı bu formata yanaşmasına da təsir edir. Bu gün Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün gərgin siyasət aparır. Regiondakı bütün nəlqiyyat infrastrukturlarının işə düşməsi bütün region ölkələrinə fayda gətirəcək. Gürcüstan da bundan kənarda qalmaq istəməz".

Xəbər lenti
0