https://sputnik.az/20211103/dorduncu-doza-vaksinle-bagli-tebb-resmisinden-aciqlama-434857953.html
Dördüncü doza vaksinlə bağlı TƏBİB rəsmisindən açıqlama
Dördüncü doza vaksinlə bağlı TƏBİB rəsmisindən açıqlama
Sputnik Azərbaycan
Hazırda ölkəmizdə yalnız vaksinin 2-ci dozasından 6 ay keçdikdən sonra "buster" dozaların vurulması tövsiyə olunur. 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T19:49+0400
2021-11-03T19:49+0400
2021-11-03T19:49+0400
təbib
səhiyyə
vaksin
azərbaycanda covid-19 əleyhinə vaksinasiya
doza
covid-19 pasportu
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425924407_0:162:3073:1890_1920x0_80_0_0_340872390fb8f745932ebcb5e0bbdc7d.jpg
BAKI, 3 noyabr — Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndin "buster" dozası və revaksinasiyaya dair sualları TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva cavablandırıb. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən müsahibəni təqdim edir:- Birinci doza vaksin vurulduqdan neçə gün sonra ikinci doza vurulmalıdır?- Azərbaycanda hazırda istifadə olunan peyvəndlərin 2-ci dozasının 1-ci dozadan sonra 28-ci gündə vurulması ciddi tövsiyə olunur. Hər hansı səbəbdən 28 gündən sonra 2-ci dozanı vurdurmayan vətəndaşlara şərait yaradılır ki, 56 gün ərzində (istehsalçı tövsiyəsinə əsasən) vaksinasiyanı tamamlaya bilsinlər. Birinci dozadan 56 gündən çox müddət keçdikdə vaksinin ikinci dozasının vurulması lazım olan effekti vermədiyi üçün yenidən 1-ci və 2-ci dozalar vurulmalıdır.- "Buster" doza barədə məlumat vermənizi xahiş edirik. İkinci doza vaksin vurulduqdan neçə müddət sonra "buster" doza vurula bilər?- "Buster" doza qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan və ya koronavirusa yoluxduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün "buster" dozanın vurulması tövsiyə olunur. "Buster" doza 2-ci dozadan və ya yoluxma tarixindən sonra, 6-cı aydan başlayaraq vurulur.Vətəndaşlar randevu.its.gov.az saytı üzərindən "buster" dozanın vurulması üçün onlayn qaydada növbə götürə bilərlər.- Bəs dördüncü doza nə vaxt vurulur?- Hazırda ölkəmizdə yalnız vaksinin 2-ci dozasından 6 ay keçdikdən sonra "buster" dozaların vurulması tövsiyə olunur. 4-cü dozanın vurulması (revaksinasiya) hələ ki, nə Azərbaycanda nə də heç bir digər ölkədə planlı şəkildə tətbiq olunmur. Eyni zamanda, qeyd olunmalıdır ki, revaksinasiya, yəni 4-cü dozanın vurulması ilə bağlı hər-hansı əks-göstəriş yoxdur və ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər.Eləcə də oxuyun:* Saxta peyvənd sertifikatı alanlar yandı: vaksinasiya faktını təsdiqləyən test yaradıldı* ABŞ-da 5-11 yaşlı uşaqlara peyvənd vurulması tövsiyə edildi* "Delta" ştammı sürətlə yayılır: Üçüncü dozanı qəbul etməli* Həkim: Mutasiyalar üçün vaksinlərin dəyişdirilməsinə ehtiyac yoxdur
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425924407_0:0:2731:2048_1920x0_80_0_0_e526569594edc23c202b556b0a246c6d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təbib, vaksin, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, doza, covid-19 pasportu
təbib, vaksin, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, doza, covid-19 pasportu
Dördüncü doza vaksinlə bağlı TƏBİB rəsmisindən açıqlama
Hazırda ölkəmizdə yalnız vaksinin 2-ci dozasından 6 ay keçdikdən sonra "buster" dozaların vurulması tövsiyə olunur.
BAKI, 3 noyabr — Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndin "buster" dozası və revaksinasiyaya dair sualları TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri
Yaqut Qarayeva cavablandırıb.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən müsahibəni təqdim edir:
- Birinci doza vaksin vurulduqdan neçə gün sonra ikinci doza vurulmalıdır?
- Azərbaycanda hazırda istifadə olunan peyvəndlərin 2-ci dozasının 1-ci dozadan sonra 28-ci gündə vurulması ciddi tövsiyə olunur. Hər hansı səbəbdən 28 gündən sonra 2-ci dozanı vurdurmayan vətəndaşlara şərait yaradılır ki, 56 gün ərzində (istehsalçı tövsiyəsinə əsasən) vaksinasiyanı tamamlaya bilsinlər. Birinci dozadan 56 gündən çox müddət keçdikdə vaksinin ikinci dozasının vurulması lazım olan effekti vermədiyi üçün yenidən 1-ci və 2-ci dozalar vurulmalıdır.
- "Buster" doza barədə məlumat vermənizi xahiş edirik. İkinci doza vaksin vurulduqdan neçə müddət sonra "buster" doza vurula bilər?
- "Buster" doza qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan və ya koronavirusa yoluxduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün "buster" dozanın vurulması tövsiyə olunur. "Buster" doza 2-ci dozadan və ya yoluxma tarixindən sonra, 6-cı aydan başlayaraq vurulur.
Vətəndaşlar randevu.its.gov.az saytı üzərindən "buster" dozanın vurulması üçün onlayn qaydada növbə götürə bilərlər.
- Bəs dördüncü doza nə vaxt vurulur?
- Hazırda ölkəmizdə yalnız vaksinin 2-ci dozasından 6 ay keçdikdən sonra "buster" dozaların vurulması tövsiyə olunur. 4-cü dozanın vurulması (revaksinasiya) hələ ki, nə Azərbaycanda nə də heç bir digər ölkədə planlı şəkildə tətbiq olunmur. Eyni zamanda, qeyd olunmalıdır ki, revaksinasiya, yəni 4-cü dozanın vurulması ilə bağlı hər-hansı əks-göstəriş yoxdur və ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər.
* Saxta peyvənd sertifikatı alanlar yandı: vaksinasiya faktını təsdiqləyən test yaradıldı
* "Delta" ştammı sürətlə yayılır:
Üçüncü dozanı qəbul etməli