https://sputnik.az/20211102/delta-stammi-suretle-yayilir-ucuncu-dozani-qebul-etmeli--434784139.html
"Delta" ştammı sürətlə yayılır: Üçüncü dozanı qəbul etməli
"Delta" ştammı sürətlə yayılır: Üçüncü dozanı qəbul etməli
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-infeksionist Təyyar Eyvazov deyib ki, koronavirusla mübarizədə vaksinasiya ilə yanaşı, vətəndaşlar həm də sağlam həyat... 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T20:47+0400
2021-11-02T20:47+0400
2021-11-02T20:47+0400
vaksin
səhiyyə
koronavirus
covid-19
epidemiya
"delta" ştammı
https://cdnn1.img.sputnik.az/img/07e5/01/12/425989738_0:120:3072:1848_1920x0_80_0_0_d34de29efda17cf2ffdeec08033467db.jpg
BAKI, 2 noyabr — Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasının mutasiyası nəticəsində müxtəlif ştammlar ortaya çıxır. Ona görə də dünyada, eləcə də Azərbaycanda koronavirusun fərqli ştammlarından qorunmaq üçün buster doza ilə peyvəndlənmə tövsiyə edilir. Koronavirus əleyhinə vaksin vurduran şəxsin orqanizmində yaranmış immunitet 6 aydan sonra zəifləməyə başlayır. Nəticədə yoluxma riski bir qədər də artmış olur. Belə olan halda vətəndaşların, xüsusilə də risk qrupuna daxil olanların üçüncü doza ilə peyvəndlənməsi tövsiyə edilir. Həmçinin koronavirusun "Delta" ştammı daha sürətlə yayılma xüsusiyyətinə malik olduğu üçün o, müvafiq olaraq daha yüksək səviyyəli qoruyuculuq tələb edir. Səhiyyə Nazirliyi də vətəndaşları buster doza ilə peyvəndlənməyə çağırır.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-infeksionist Təyyar Eyvazov COVID-19-la mübarizədə buster dozanın əhəmiyyəti barədə danışarkən deyib.Həkim-mütəxəssis bildirib ki, üçüncü doza vaksinasiya üçün Azərbaycanda təsdiq olunan bütün peyvənd növləri yararlıdır:"Hazırkı qaydalara görə, buster doza zamanı peyvənd növünün seçimi sərbəstdir. Azərbaycanda istifadə edilən 4 növ vaksin növünün istənilən birindən yararlanmaq mümkündür. Yəni, buster doza əvvəl istifadə edilmiş peyvənd növü ilə eynilik və ya fərqlilik təşkil edə bilər. Onu da qeyd edim ki, xəstəliklə mübarizədə vaksinasiya ilə yanaşı, vətəndaşlar həm də sağlam həyat tərzinə diqqət etməlidirlər. Bunun üçün düzgün qidalanmaq, gigiyena qaydalarına riayət etmək, sosial məsafə saxlamaq və qapalı məkanlarda mütləq şəkildə tibbi maskadan istifadə etmək vacibdir".Xatırladaq ki, son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxmada artım müşahidə edilsə də, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaxtında başladılmış vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan isə 45-cidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/12/425989738_341:0:3072:2048_1920x0_80_0_0_b4c4e1744232cd2c5c55bdf4bc2e8a69.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
vaksin, koronavirus, covid-19, epidemiya, "delta" ştammı
vaksin, koronavirus, covid-19, epidemiya, "delta" ştammı
"Delta" ştammı sürətlə yayılır: Üçüncü dozanı qəbul etməli
Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-infeksionist Təyyar Eyvazov deyib ki, koronavirusla mübarizədə vaksinasiya ilə yanaşı, vətəndaşlar həm də sağlam həyat tərzinə diqqət etməlidirlər.
BAKI, 2 noyabr — Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasının mutasiyası nəticəsində müxtəlif ştammlar ortaya çıxır. Ona görə də dünyada, eləcə də Azərbaycanda koronavirusun fərqli ştammlarından qorunmaq üçün buster doza ilə peyvəndlənmə tövsiyə edilir. Koronavirus əleyhinə vaksin vurduran şəxsin orqanizmində yaranmış immunitet 6 aydan sonra zəifləməyə başlayır.
Nəticədə yoluxma riski bir qədər də artmış olur. Belə olan halda vətəndaşların, xüsusilə də risk qrupuna daxil olanların üçüncü doza ilə peyvəndlənməsi tövsiyə edilir. Həmçinin koronavirusun "Delta" ştammı daha sürətlə yayılma xüsusiyyətinə malik olduğu üçün o, müvafiq olaraq daha yüksək səviyyəli qoruyuculuq tələb edir. Səhiyyə Nazirliyi də vətəndaşları buster doza ilə peyvəndlənməyə çağırır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-infeksionist Təyyar Eyvazov COVID-19-la mübarizədə buster dozanın əhəmiyyəti barədə danışarkən deyib.
Həkim-mütəxəssis bildirib ki, üçüncü doza vaksinasiya üçün Azərbaycanda təsdiq olunan bütün peyvənd növləri yararlıdır:
"Hazırkı qaydalara görə, buster doza zamanı peyvənd növünün seçimi sərbəstdir. Azərbaycanda istifadə edilən 4 növ vaksin növünün istənilən birindən yararlanmaq mümkündür. Yəni, buster doza əvvəl istifadə edilmiş peyvənd növü ilə eynilik və ya fərqlilik təşkil edə bilər. Onu da qeyd edim ki, xəstəliklə mübarizədə vaksinasiya ilə yanaşı, vətəndaşlar həm də sağlam həyat tərzinə diqqət etməlidirlər. Bunun üçün düzgün qidalanmaq, gigiyena qaydalarına riayət etmək, sosial məsafə saxlamaq və qapalı məkanlarda mütləq şəkildə tibbi maskadan istifadə etmək vacibdir".
Xatırladaq ki, son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxmada artım müşahidə edilsə də, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaxtında başladılmış vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan isə 45-cidir.