https://sputnik.az/20211103/saxta-peyvend-sertifikati-alanlar-yandi-vaksinasiya-faktini-tesdiqleyen-test-yaradildi-434852848.html
Saxta peyvənd sertifikatı alanlar yandı: vaksinasiya faktını təsdiqləyən test yaradıldı
Saxta peyvənd sertifikatı alanlar yandı: vaksinasiya faktını təsdiqləyən test yaradıldı
Sputnik Azərbaycan
Test zamanı "Sputnik V"nin birinci komponentində və "Sputnik-Light"da istifadə olunan adenovirusa qarşı spesifik anticisimlərin olub-olmamasını... 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T17:14+0400
2021-11-03T17:14+0400
2021-11-03T17:14+0400
covid-19
səhiyyə
rusiya
vaksin
saxta
vaksinasiya
covid-19 pasportu
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426584245_0:0:3072:1728_1920x0_80_0_0_69a148124fb2a32405e9d0429f59972d.jpg
BAKI, 3 noyabr — Sputnik. Rusiyanın koronavirus əleyhinə "Sputnik V" peyvəndinin yaradıcıları vaksinasiya faktını təsdiqləyən test işləyib-hazırladıqlarını bildiriblər. Sputnik Azərbaycan "Euronews"a istinadla xəbər verir ki, yeni texnologiya vaksinasiya haqqında saxta sertifikat alanları müyyənləşdirməyə imkan verəcək. Bu barədə Rusiyanın Qamaleya Mərkəzinin direktoru Aleksandr Ginzburq məlumat verib. Onun sözlərinə görə, test zamanı "Sputnik V"nin birinci komponentində və "Sputnik-Light"da istifadə olunan adenovirusa qarşı spesifik anticisimlərin olub-olmamasını müəyyənləşdirmək üçün qan analizi götürülür."Sputnik V"nin ilk komponenti 26-cı adenovirusa əsaslanır ki, ona da insanlarda olduqca nadir hallarda rast gəlinir. Odur ki, qanın tərkibində bu adenovirusa qarşı antitellərin olması insanların peyvənd olunduğunu göstərir", – deyə Ginzburq vurğulayıb.Mərkəzin direktorunun sözlərinə görə, mütəxəssislər təxminən bir aya yaxındır ki, reanimasiyada olan xəstələr üzərində bu üsulla test keçirirlər. Mərkəzdən verilən məlumata görə, yoxlamalar peyvənd sertifikatı sahiblərinin təxminən 80 faizinin vaksinasiya olunma faktını təsdiqləyib. Qalan 20 faizin sənədləri isə böyük ehtimalla, saxta olub.Qeyd edək ki, bir qədər əvvəl "Group-IB" şirkəti saxta sertifikatların satışı ilə bağlı təkliflərin kəskin şəkildə artdığını müəyyənləşdirib. Ekspertlər payız fəsli başlayandan bəri yay ayları ilə müqayisədə belə sertifikatlarla bağlı reklamların 20 dəfədən çox artdığını qeydə alıblar. Daxili İşlər Nazirliyi bu cür saxta tibbi sənədlərin yayılması ilə bağlı yüzlərlə cinayət işi qaldırıldığını bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426584245_341:0:3072:2048_1920x0_80_0_0_624f15023e51b0d4d52a346d5b0ba310.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
covid-19, rusiya, vaksin, saxta, vaksinasiya, covid-19 pasportu
covid-19, rusiya, vaksin, saxta, vaksinasiya, covid-19 pasportu
Saxta peyvənd sertifikatı alanlar yandı: vaksinasiya faktını təsdiqləyən test yaradıldı
Test zamanı "Sputnik V"nin birinci komponentində və "Sputnik-Light"da istifadə olunan adenovirusa qarşı spesifik anticisimlərin olub-olmamasını müəyyənləşdirmək üçün qan analizi götürülür.
BAKI, 3 noyabr — Sputnik. Rusiyanın koronavirus əleyhinə "Sputnik V" peyvəndinin yaradıcıları vaksinasiya faktını təsdiqləyən test işləyib-hazırladıqlarını bildiriblər.
Sputnik Azərbaycan "Euronews"a istinadla xəbər verir ki, yeni texnologiya vaksinasiya haqqında saxta sertifikat alanları müyyənləşdirməyə imkan verəcək. Bu barədə Rusiyanın Qamaleya Mərkəzinin direktoru Aleksandr Ginzburq məlumat verib. Onun sözlərinə görə, test zamanı "Sputnik V"nin birinci komponentində və "Sputnik-Light"da istifadə olunan adenovirusa qarşı spesifik anticisimlərin olub-olmamasını müəyyənləşdirmək üçün qan analizi götürülür.
"Sputnik V"nin ilk komponenti 26-cı adenovirusa əsaslanır ki, ona da insanlarda olduqca nadir hallarda rast gəlinir. Odur ki, qanın tərkibində bu adenovirusa qarşı antitellərin olması insanların peyvənd olunduğunu göstərir", – deyə Ginzburq vurğulayıb.
Mərkəzin direktorunun sözlərinə görə, mütəxəssislər təxminən bir aya yaxındır ki, reanimasiyada olan xəstələr üzərində bu üsulla test keçirirlər. Mərkəzdən verilən məlumata görə, yoxlamalar peyvənd sertifikatı sahiblərinin təxminən 80 faizinin vaksinasiya olunma faktını təsdiqləyib. Qalan 20 faizin sənədləri isə böyük ehtimalla, saxta olub.
Qeyd edək ki, bir qədər əvvəl "Group-IB" şirkəti saxta sertifikatların satışı ilə bağlı təkliflərin kəskin şəkildə artdığını müəyyənləşdirib. Ekspertlər payız fəsli başlayandan bəri yay ayları ilə müqayisədə belə sertifikatlarla bağlı reklamların 20 dəfədən çox artdığını qeydə alıblar. Daxili İşlər Nazirliyi bu cür saxta tibbi sənədlərin yayılması ilə bağlı yüzlərlə cinayət işi qaldırıldığını bildirib.