DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da 5-11 yaşlı uşaqlara peyvənd vurulması tövsiyə edildi

© AFP 2024 / JACK GUEZKoronavirusa qarşı peyvənd, arxiv şəkli
Koronavirusa qarşı peyvənd, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
Bu yaş qrupunda olan uşaqlar üçün peyvəndin dozası böyüklər üçün nəzərdə tutulan miqdarın, təxminən üçdə birini təşkil edəcək və üç həftəlik fasilələrlə tətbiq olunacaq.
BAKI, 3 noyabr - Sputnik. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi 5-11 yaşlı uşaqlara yerli “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin istehsal etdiyi peyvəndlərin vurulmasını tövsiyə edib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə “Axios” informasiya portalı məlumat yayıb.
Mərkəzin xüsusi komissiyasının üzvləri yekdilliklə sözügedən yaş qrupunun iki dozası ilə peyvənd edilməsinə səs veriblər.
Bu yaş qrupunda olan uşaqlar üçün peyvəndin dozası böyüklər üçün nəzərdə tutulan miqdarın, təxminən üçdə birini təşkil edəcək və üç həftəlik fasilələrlə tətbiq olunacaq.
Peyvəndin cümə günü satışa çıxa biləcəyi vurğulanıb.
Xatırladaq ki, 4 gün əvvəl ABŞ Qida və Dərman İdarəsi (FDA) 5-11 yaş arası uşaqlar üçün “Pfizer-BioNTech” peyvəndini təsdiqləyib.
Xəbər lenti
0