https://sputnik.az/20211102/kitab-ve-diger-cap-mehsullarinin-qiymeti-ucuzlasa-biler-434799898.html
Kitab və digər çap məhsullarının qiyməti ucuzlaşa bilər
Kitab və digər çap məhsullarının qiyməti ucuzlaşa bilər
Sputnik Azərbaycan
Bu sahədə ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə səbəb olacaq, ölkədə çap sənayesinin inkişafını... 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T12:18+0400
2021-11-02T12:18+0400
2021-11-02T12:28+0400
kitab
cəmiyyət
məhsul
milli məclis
çap
ədv
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433794775_0:103:2000:1228_1920x0_80_0_0_85f86da2edadff8ad7e6e9f9ab855904.jpg
BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Milli Məclisə daxil olmuş Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı bu gün parlamentdə ictimai müzakirə təşkil olunub.Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə keçirilən müzakirələrdə Milli Məclisin deputatları, Azərbaycan nəşriyyat evlərinin, kitab satışı şəbəkələrinin, media qurumların nümayəndələri iştirak ediblər.Qanun layihəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.Bu sahədə ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə səbəb olacaq, ölkədə çap sənayesinin inkişafını təşviq edərək yeni iş yerlərinin və sahibkarlığın inkişafına təkan verəcək. Çıxış edənlər dövlət başçısının bu təşəbbüsünü alqışlayıblar.Müzakirədə həmçinin oxucularda kitaba marağın artırılması, çap məhsullarının keyfiyyətinin artırılması və kitabın populyarlaşması üçün atılacaq addımlar müzakirə edilib.Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, hazırda ümumtəhsil müəssisələri, habelə peşə təhsili müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azaddır.Eləcə də oxuyun:* Azərbaycanlılar daha çox oxumağa başlayıblar - ekspert* Yazar sərgi təşkilatçılarından şəffaf hesabat gözləyir: 300 min manat nəyə xərcləndi?* Azərbaycanda erməni miflərini dağıdan kitab nəşr olunub
https://sputnik.az/20211012/parlamentde-kitablari-ucuzlasdiracaq-teklifler-verildi-434127427.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433794775_114:0:1887:1330_1920x0_80_0_0_df32dd3804f06c9a9e6d183a0b0b5e61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kitab, məhsul, milli məclis, çap, ədv
kitab, məhsul, milli məclis, çap, ədv
Kitab və digər çap məhsullarının qiyməti ucuzlaşa bilər
12:18 02.11.2021 (Yenilənib: 12:28 02.11.2021) Bu sahədə ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə səbəb olacaq, ölkədə çap sənayesinin inkişafını təşviq edərək yeni iş yerlərinin və sahibkarlığın inkişafına təkan verəcək.
BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Milli Məclisə daxil olmuş Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı bu gün parlamentdə ictimai müzakirə təşkil olunub.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə keçirilən müzakirələrdə Milli Məclisin deputatları, Azərbaycan nəşriyyat evlərinin, kitab satışı şəbəkələrinin, media qurumların nümayəndələri iştirak ediblər.
Qanun layihəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.
Bu sahədə ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə səbəb olacaq, ölkədə çap sənayesinin inkişafını təşviq edərək yeni iş yerlərinin və sahibkarlığın inkişafına təkan verəcək. Çıxış edənlər dövlət başçısının bu təşəbbüsünü alqışlayıblar.
Müzakirədə həmçinin oxucularda kitaba marağın artırılması, çap məhsullarının keyfiyyətinin artırılması və kitabın populyarlaşması üçün atılacaq addımlar müzakirə edilib.
Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, hazırda ümumtəhsil müəssisələri, habelə peşə təhsili müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azaddır.