https://sputnik.az/20211014/yazar-sergi-teskilatcilarindan-seffaf-hesabat-gozleyir-300-min-manat-neye-xerclendi-434222658.html
Yazar sərgi təşkilatçılarından şəffaf hesabat gözləyir: 300 min manat nəyə xərcləndi?
Yazar sərgi təşkilatçılarından şəffaf hesabat gözləyir: 300 min manat nəyə xərcləndi?
Sputnik Azərbaycan
Eyyub Qiyas: Kitab mağazalarından, nəşriyyatlardan vergilər ya ləğv olunmalı, ya da müəyyən yumuşalmalar olmalıdır. Əgər biz kitaba qayıtmaq istəyiriksə, bunu... 14.10.2021, Sputnik Azərbaycan
2021-10-14T19:21+0400
2021-10-14T19:21+0400
2021-10-14T21:37+0400
yazar
cəmiyyət
sərgi
vergi
kitab
https://cdnn1.img.sputnik.az/img/40397/13/403971367_0:0:1145:645_1920x0_80_0_0_8cdbb3baf3ac5a5150f2fc86e7cc6809.jpg
BAKI, 14 oktyabr — Sputnik. Müasir dövrün qlobal problemlərindən biri də insanların kitaba, kitab oxumağa marağının az olmasıdır. Bunun əsas səbəblərindən biri texnikanın sürətli inkişafı, kompüter, telefon və digər gadjetlərin həyatımızda ön plana keçməsidir. Yaxın günlərdə Bakıda keçirilən VII Beynəlxalq Kitab Sərgisində (Baku Book Fair) dünyanın müxtəlif ölkələrinin poliqrafiya nümunələri təqdim olundu. Sərgi paytaxt sakinlərinə dünyada nəşr olunan yeni kitablarla tanışlıq imkanı verdi. Bəs, görəsən sözügedən sərgi kitaba və yeni ədəbi tendensiyalara marağı da artırdımı?Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Eyyub Qiyas və bir sıra şeirlər toplusunun, romanların və tərcümələrin müəllifi Cəlil Cavanşirlə bu mövzunu müzakirə etdik.Qonaqlarımız gənc nəslin kitaba və ədəbiyyata marağını artırmağın yolları barədə danışmaqla yanaşı, kitab sərgisi ilə bağlı təəssüratlarını bölüşüb, müasir Azərbaycan ədəbiyyatındakı yeni tendensiyalar və bir sıra başqa məqamlara toxunublar.Sərgidə iştirak edən Cəlil Cavanşir bundan öncə də təşkil olunan Milli kitab satış sərgisində "Mücrü" nəşriyyatını təmsil edib. Onun sözlərinə görə, oktyabrın əvvəlində təşkil olunan Milli kitab satış sərgisi üçün nəzərdə tutulan məkan olduqca uğursuz idi:Yazıçının sözlərinə görə, məkanın xoşagəlməz olmasına rəğmən, kitab sərgisini baş tutmuş hesab etmək olar. O bildirir ki, sərgi uğurlu idi və ədəbiyyat tariximizdə qalacaq:C.Cavanşir iştirakçısı olduğu ikinci sərgidən - VII Beynəlxalq Kitab Sərgisindən söhbət açarkən bildirdi ki, sərgidə 30-a yaxın kitab təqdimatı, yazarlarla, aktyorlarla, tanınmış blogerlərlə görüş planlaşdırılmışdı:Həmsöhbətimiz Mədəniyyət Nazirliyinin keçirdiyi bir sıra islahatlardan sonra yeni yaradılmış kitab sənayesi şöbəsinin əməkdaşları ilə görüşdüyünü deyir. Yazar düşünür ki, sərgi üçün Bakı Ekspo Mərkəzin seçilməsi həmin vəzifələrə təyin olunan kadrların səriştəsizliyindən irəli gəlib:Yazar həmin tədbirin təşkilatçılarından şəffaf hesabat gözləyir:Əyyub Qiyas mövzuya münasibətini bildirərkən vurğuladı ki, dövlət bu tipli sərgiləri təşkil etməlidir, maliyyə ayırmamalıdır:Bütün çatışmazlıqlara rəğmən yazar, kitaba qayıdış üçün atılan hər iki addımı təqdirə layiq hesab edir. Onun fikrincə, kitab naminə nə addım atılsa, bu alqışlanmalıdır:Kitabların qiymətindən söz açan yazar bildirir ki, kitabların qiymətinin ucuzlaşması üçün müəyyən addımlar atılmalıdır. İlk öncə əlavə dəyər vergisi aşağı salınmalıdır:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40397/13/403971367_97:0:1129:774_1920x0_80_0_0_0d97b8dbf86b4c7741e75bd53414a28f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yazar, sərgi, vergi, kitab
yazar, sərgi, vergi, kitab
Yazar sərgi təşkilatçılarından şəffaf hesabat gözləyir: 300 min manat nəyə xərcləndi?
19:21 14.10.2021 (Yenilənib: 21:37 14.10.2021) Eyyub Qiyas: Kitab mağazalarından, nəşriyyatlardan vergilər ya ləğv olunmalı, ya da müəyyən yumuşalmalar olmalıdır. Əgər biz kitaba qayıtmaq istəyiriksə, bunu etməliyik.
BAKI, 14 oktyabr — Sputnik. Müasir dövrün qlobal problemlərindən biri də insanların kitaba, kitab oxumağa marağının az olmasıdır. Bunun əsas səbəblərindən biri texnikanın sürətli inkişafı, kompüter, telefon və digər gadjetlərin həyatımızda ön plana keçməsidir. Yaxın günlərdə Bakıda keçirilən VII Beynəlxalq Kitab Sərgisində (Baku Book Fair) dünyanın müxtəlif ölkələrinin poliqrafiya nümunələri təqdim olundu. Sərgi paytaxt sakinlərinə dünyada nəşr olunan yeni kitablarla tanışlıq imkanı verdi. Bəs, görəsən sözügedən sərgi kitaba və yeni ədəbi tendensiyalara marağı da artırdımı?
Bu gün
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Eyyub Qiyas və bir sıra şeirlər toplusunun, romanların və tərcümələrin müəllifi
Cəlil Cavanşirlə bu mövzunu müzakirə etdik.
Qonaqlarımız gənc nəslin kitaba və ədəbiyyata marağını artırmağın yolları barədə danışmaqla yanaşı, kitab sərgisi ilə bağlı təəssüratlarını bölüşüb, müasir Azərbaycan ədəbiyyatındakı yeni tendensiyalar və bir sıra başqa məqamlara toxunublar.
Sərgidə iştirak edən Cəlil Cavanşir bundan öncə də təşkil olunan Milli kitab satış sərgisində "Mücrü" nəşriyyatını təmsil edib. Onun sözlərinə görə, oktyabrın əvvəlində təşkil olunan Milli kitab satış sərgisi üçün nəzərdə tutulan məkan olduqca uğursuz idi:
"Biz öyrəşmişdik sərgiləri köhnə əl oyunları idman salonunda, daha təmtəraqlı görməyə. Bu dəfə isə bizə zirzəmini rəva bilmişdilər. Bu da sərginin işinə problem yaradırdı".
Yazıçının sözlərinə görə, məkanın xoşagəlməz olmasına rəğmən, kitab sərgisini baş tutmuş hesab etmək olar. O bildirir ki, sərgi uğurlu idi və ədəbiyyat tariximizdə qalacaq:
"İndiyə qədər müstəqil yazarların, müstəqil nəşriyyatların dövlətdən dəstək almadan sadəcə nəşriyyatların satış sərgisi keçirilməsi ilk idi. Pandemiya ucbatından normal kitab tədbirləri keçirə bilmirdik. Bu bizim üçün bir ilk idi. Sadəcə olaraq yer baxımından gələnlərin çoxu tənqid edirdilər ki, yer darısqaldır, zirzəmidə keçirilməsini də ayrıca tənqid edirdilər. İnsanların kütləvi gəlişini əvvəlcədən nəzərə ala bilməmişdik".
C.Cavanşir iştirakçısı olduğu ikinci sərgidən - VII Beynəlxalq Kitab Sərgisindən söhbət açarkən bildirdi ki, sərgidə 30-a yaxın kitab təqdimatı, yazarlarla, aktyorlarla, tanınmış blogerlərlə görüş planlaşdırılmışdı:
"Dövlət VII Beynəlxalq Kitab Sərgisinə 300 min pul ayırıb. Onu qeyd edim ki, Şahbaz Xuduoğlunun təşkil etdiyi milli kitab satış-sərgisi 10 gün davam etdi. Həmin sərgi çərçivəsində yüzdən artıq tədbir təşkil olunmuşdu. Həmin tədbir cəmi 5 min manata başa gəlmişdi. Fərqi özününüz də görürsünüz - 300 min və 5 min manat".
Həmsöhbətimiz Mədəniyyət Nazirliyinin keçirdiyi bir sıra islahatlardan sonra yeni yaradılmış kitab sənayesi şöbəsinin əməkdaşları ilə görüşdüyünü deyir. Yazar düşünür ki, sərgi üçün Bakı Ekspo Mərkəzin seçilməsi həmin vəzifələrə təyin olunan kadrların səriştəsizliyindən irəli gəlib:
"Bakı Ekspo Mərkəzi tikinti sərgisi üçün, hansısa iqtisadiyyat sərgi üçün normaldır. Amma kitab satışı sərgisi üçün çox uğursuz məkandır. Kitab satışı sərgisi bütün oxucuların gedə biləcəyi, əlçatan bir məkan olmalı idi. Qeydiyyatdan keçənlərin çoxu şagirdlər və yeniyetmələr, kitab almaq iqtidarında olmayanlar idi. Bütün bunlar nəşriyyatların işinə təsir edir. Türkiyədən gələn nəşriyyatlar da iştirak edirdilər. Onlar üçün bu problem deyildi. Onlar gəlib kitablarını nümayiş etdirirdilər. Biz eyni zamanda satış da nəzərdə tutmuşduq. Ora bizim üçün uğurlu bir yer deyildi".
Yazar həmin tədbirin təşkilatçılarından şəffaf hesabat gözləyir:
"300 min manat nəyə xərcləndi? Mənə görə Şahbaz Xudoğlunun təşkil etdiyi kitab sərgisi daha çox oxucuya xitab edirdi, ikinci sərgi isə daha çox reklam xarakterli idi".
Əyyub Qiyas mövzuya münasibətini bildirərkən vurğuladı ki, dövlət bu tipli sərgiləri təşkil etməlidir, maliyyə ayırmamalıdır:
"Nazirliklər öz beynəlxaq əlaqələrindən istifadə edərək sərgiyə kömək edə bilər. Maliyyə niyə ayırır, onu anlamıram?! Dövlətin pulunu daha səmərəli şeylərə sərf etmək olar. Şahbaz bəyin təşkil etdiyi sərgiyə 5000, ikinci sərgiyə isə 300 min manatın xərclənməsi qıcıqdoğurandır. İkinci isə, məkan problemidir. Həmin məkana gedib çıxmaq zülm idi. Mən öz dostlarımın xatirinə getdim. İki dəfə ora getdim, dostlarım orada olmasaydı, mən könüllü ora getməzdim".
Bütün çatışmazlıqlara rəğmən yazar, kitaba qayıdış üçün atılan hər iki addımı təqdirə layiq hesab edir. Onun fikrincə, kitab naminə nə addım atılsa, bu alqışlanmalıdır:
"İlk olduğuna görə müəyyən problemlər ortalığa çıxdı. Amma yəqin ki, növbəti sərgilərdə bu problemlər aradan qalxar. Çalışmaq lazımdır ki, milli kitab sərgisi ildə heç olmasa bir dəfə keçirilsin. Artıq zirzəmi təfəkkürü ilə yanaşmadan, daha müasir, mərkəzə yaxın məkanlarda təşkil olunmalıdır. Bizim kitaba qayıtmağıza, nəşriyyatların yaşaması, oxucuların kitab alması üçün bu sərgilər çox böyük stimul verir".
Kitabların qiymətindən söz açan yazar bildirir ki, kitabların qiymətinin ucuzlaşması üçün müəyyən addımlar atılmalıdır. İlk öncə əlavə dəyər vergisi aşağı salınmalıdır:
"Dövlətin kitaba yanaşması vergi sistemindən başlamalıdır. Kitabların ucuzlaşması üçün müəyyən vergilər ləğv olunmalıdır. Kitab mağazalarından, nəşriyyatlardan vergilər ya ləğv olunmalı, ya da müəyyən yumuşalmalar olmalıdır. Gömrük rüsumu ləğv olunmalıdır. Əgər biz kitaba qayıtmaq istəyiriksə, bunu etməliyik. Sərgiyə gələn universitet və ya texnikum tələblərinin alıcılıq qabiliyyəti çox zəif idi. Tutaq ki, tələbənin 10 manatı var. Kitab 9 manat olsa, o tərəddüd edəcək ki, yaxşı, mən kitabı alsam, evə necə qayıdacağam? Amma kitabın qiyməti 5 manat olsa, tərəddüd etmədən kitabı alacaq. Əlavə dəyər vergisi, gömrük rüsumu ləğv olunsa, kitabın dəyəri yarıbayarı azalar. Bu da hər kəsə sərf edər. Bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Milli Məclisin deputatları Fazil Mustafa və Tahir Mirkişili bu məsələni parlamentdə mükazirı ediblər. Düşünürəm ki, sadalanan problemlər yaxın gələcəkdə öz həllini tapacaq".