https://sputnik.az/20211020/azerbaycanlilar-daha-cox-oxumaga-baslayiblar---ekspert-434380067.html
Azərbaycanlılar daha çox oxumağa başlayıblar - ekspert
Azərbaycanlılar daha çox oxumağa başlayıblar - ekspert
Sputnik Azərbaycan
Son bir neçə ildə Azərbaycanda kitaba maraq artıb. Azərbaycanlı yazıçılar Sputnik Azərbaycan-a müsahibələrində bu barədə danışıblar. 20.10.2021, Sputnik Azərbaycan
2021-10-20T18:05+0400
2021-10-20T18:05+0400
2021-10-20T17:57+0400
video
kitab
qiymət
yazıçı
oxucu
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434380011_0:0:1920:1080_1920x0_80_0_0_654370ddca59d25c108e49d25f02f9b2.jpg
Tərcüməçi, Azərbaycan Yazıçılar birliyinin üzvü, yazıçı Eyyub Qiyasın sözlərinə görə, müsbət tendensiyaya baxmayaraq, bu istiqamətdə hələ görüləsi işlər var. Ölkədə kitaba olan münasibət kökündən dəyişməlidir, bu həm qanunvericiliyə, həm də oxuculara aiddir. Xüsusilə vergilər və kitabların qiymətləri aşağı salınmalıdır.“Kitabların ucuzlaşması üçün bəzi vergiləri ləğv etmək lazımdır. Kitab mağazaları və nəşriyyatlar üçün vergilər ya ləğv olunmalı, ya da yüngülləşdirilməlidir. Gömrük rüsumları ləğv edilməlidir", - Eyyub Qiyas bildirib.Sputnik Azərbaycan-ın digər həmsöhbəti, şeir məcmuələrinin və romanların müəllifi, tərcüməçi Cəlil Cavanşir bu gün detektiv hekayələrə və uşaq ədəbiyyatına ölkədə böyük tələbat olduğunu bildirib."Kitabın təbliğatını və yayılmasını müasir tələblər səviyyəsinə qaldırmaq üçün lazımi islahatlar aparılmalı, oxucunu kitaba qaytarmaq üçün hərtərəfli bir proqram yaradılmalıdır", - yazıçı deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434380011_387:0:1827:1080_1920x0_80_0_0_d4745ba0a6f9fb879b63d89f8121c82b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kitab, видео, qiymət, yazıçı, oxucu
kitab, видео, qiymət, yazıçı, oxucu
Azərbaycanlılar daha çox oxumağa başlayıblar - ekspert
Son bir neçə ildə Azərbaycanda kitaba maraq artıb. Azərbaycanlı yazıçılar Sputnik Azərbaycan-a müsahibələrində bu barədə danışıblar.
Tərcüməçi, Azərbaycan Yazıçılar birliyinin üzvü, yazıçı Eyyub Qiyasın sözlərinə görə, müsbət tendensiyaya baxmayaraq, bu istiqamətdə hələ görüləsi işlər var. Ölkədə kitaba olan münasibət kökündən dəyişməlidir, bu həm qanunvericiliyə, həm də oxuculara aiddir. Xüsusilə vergilər və kitabların qiymətləri aşağı salınmalıdır.
“Kitabların ucuzlaşması üçün bəzi vergiləri ləğv etmək lazımdır. Kitab mağazaları və nəşriyyatlar üçün vergilər ya ləğv olunmalı, ya da yüngülləşdirilməlidir. Gömrük rüsumları ləğv edilməlidir", - Eyyub Qiyas bildirib.
Sputnik Azərbaycan-ın digər həmsöhbəti, şeir məcmuələrinin və romanların müəllifi, tərcüməçi Cəlil Cavanşir bu gün detektiv hekayələrə və uşaq ədəbiyyatına ölkədə böyük tələbat olduğunu bildirib.
"Kitabın təbliğatını və yayılmasını müasir tələblər səviyyəsinə qaldırmaq üçün lazımi islahatlar aparılmalı, oxucunu kitaba qaytarmaq üçün hərtərəfli bir proqram yaradılmalıdır", - yazıçı deyib.