https://sputnik.az/20211011/azerbaycanda-ermeni-miflerini-dagidan-kitab-nesr-olunub-434089362.html
Azərbaycanda erməni miflərini dağıdan kitab nəşr olunub
Azərbaycanda erməni miflərini dağıdan kitab nəşr olunub
Sputnik Azərbaycan
Müəllifin fikrincə, ölkəmizin möhtəşəm tarixi zəfərinin nəticələrindən biri də erməni uydurmalarının dağıdılmasına əsasdır. Bunun bariz nümunəsi rəşadətli... 11.10.2021, Sputnik Azərbaycan
2021-10-11T16:20+0400
2021-10-11T16:20+0400
2021-10-11T16:20+0400
kitab
elm
erməni
ali baş komandan
əqli mülkiyyət agentliyi
mif
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992652_0:160:3073:1888_1920x0_80_0_0_5e147914cc2473a1c4fe594d3619c3df.jpg
BAKI, 11 oktyabr — Sputnik. "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında" adlı yeni kitab nəşr olunub.Sputnik Azərbaycan xəbər verir ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun müəllifi olduğu və Azərbaycan, ingilis və rus dillərində olan bu kitabda tarixi faktlara istinad olunaraq erməni mifləri dağıdılıb və əsl həqiqətlər üzə çıxarılıb.Əsərdə qeyd olunur ki, süni surətdə "müstəsnalıq" və "əzabkeşlik" haqqında miflər, digər xalqlara münasibətdə ambisiyalar və iddialar erməni xalqının şüuruna yeridilərək, təbii adilik alternativinin qarşısına sipər çəkir, "xüsusi missiya" mifi isə beynəlxalq hüququn müasir dünya quruculuğunun təməl daşı olduğunu rədd edir. Bu növ mifologemləri dəstəkləyən, onlara yol açan hakimiyyət və ziyalı elita nəticədə özü də həmin uydurmaların qurbanına və dustağına çevrilib. Məsələ də bundadır ki, şüurlu şəkildə işlənilən ideologiya şüursuz yaranan və əhalidə kök salan dünya mənzərəsini əvəzləməkdə çətinlik çəkir. Nəticədə hamı siyasi folklorun qəfəsinə düşür.Müəllifin fikrincə, ölkəmizin möhtəşəm tarixi zəfərinin nəticələrindən biri də belə uydurmaların dağıdılmasına əsasdır. Bunlara bariz nümunə Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgər və zabitləri tərəfindən "yenilməz erməni ordusu" mifinin puç edilməsidir.İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan xalqının məhv edilmiş maddi mədəniyyət irsi, dağıdılmış, yaxud tamamilə yer üzündən silinmiş müsəlman və türk mədəniyyətinin abidələri ilə qarşılaşırıq. Tarixi həqiqət azərbaycanlıların keçmiş abidələrini qorumaq istəməməsində deyil, əksinə Alban xristian abidələrinin ermənilər tərəfindən planlı şəkildə təhrif olunmasında, üzərindəki köhnə yazıların məhv edilməsi və abidələrin erməni mənsubiyyətinin "sübutlarına" çevrilməli olan yeni yazıların həkk edilməsindədir.Qeyd edək ki, bu kitab K.İmanovun 2021-ci il 26 aprel tarixində 23 aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" və 26 aprel - "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə Əqli Mülkiyyət Agentliyinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə keçirilən "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında" mövzusunda vebinarda etdiyi giriş sözü və eyniadlı məruzəsi əsasında hazırlanıb.Kitabın elektron variantını bu link vasitəsilə əldə etmək mümkündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992652_170:0:2901:2048_1920x0_80_0_0_1c64e880bab729cac1ccf1a8471d65df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kitab, erməni, ali baş komandan, əqli mülkiyyət agentliyi, mif
kitab, erməni, ali baş komandan, əqli mülkiyyət agentliyi, mif
Azərbaycanda erməni miflərini dağıdan kitab nəşr olunub
Müəllifin fikrincə, ölkəmizin möhtəşəm tarixi zəfərinin nəticələrindən biri də erməni uydurmalarının dağıdılmasına əsasdır. Bunun bariz nümunəsi rəşadətli Azərbaycan əsgər və zabitləri tərəfindən "yenilməz erməni ordusu" mifinin puç edilməsidir.
BAKI, 11 oktyabr — Sputnik. "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında" adlı yeni kitab nəşr olunub.
Sputnik Azərbaycan xəbər verir ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun müəllifi olduğu və Azərbaycan, ingilis və rus dillərində olan bu kitabda tarixi faktlara istinad olunaraq erməni mifləri dağıdılıb və əsl həqiqətlər üzə çıxarılıb.
Əsərdə qeyd olunur ki, süni surətdə "müstəsnalıq" və "əzabkeşlik" haqqında miflər, digər xalqlara münasibətdə ambisiyalar və iddialar erməni xalqının şüuruna yeridilərək, təbii adilik alternativinin qarşısına sipər çəkir, "xüsusi missiya" mifi isə beynəlxalq hüququn müasir dünya quruculuğunun təməl daşı olduğunu rədd edir. Bu növ mifologemləri dəstəkləyən, onlara yol açan hakimiyyət və ziyalı elita nəticədə özü də həmin uydurmaların qurbanına və dustağına çevrilib. Məsələ də bundadır ki, şüurlu şəkildə işlənilən ideologiya şüursuz yaranan və əhalidə kök salan dünya mənzərəsini əvəzləməkdə çətinlik çəkir. Nəticədə hamı siyasi folklorun qəfəsinə düşür.
Müəllifin fikrincə, ölkəmizin möhtəşəm tarixi zəfərinin nəticələrindən biri də belə uydurmaların dağıdılmasına əsasdır. Bunlara bariz nümunə Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgər və zabitləri tərəfindən "yenilməz erməni ordusu" mifinin puç edilməsidir.
İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan xalqının məhv edilmiş maddi mədəniyyət irsi, dağıdılmış, yaxud tamamilə yer üzündən silinmiş müsəlman və türk mədəniyyətinin abidələri ilə qarşılaşırıq. Tarixi həqiqət azərbaycanlıların keçmiş abidələrini qorumaq istəməməsində deyil, əksinə Alban xristian abidələrinin ermənilər tərəfindən planlı şəkildə təhrif olunmasında, üzərindəki köhnə yazıların məhv edilməsi və abidələrin erməni mənsubiyyətinin "sübutlarına" çevrilməli olan yeni yazıların həkk edilməsindədir.
Qeyd edək ki, bu kitab K.İmanovun 2021-ci il 26 aprel tarixində 23 aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" və 26 aprel - "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə Əqli Mülkiyyət Agentliyinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə keçirilən "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında" mövzusunda vebinarda etdiyi giriş sözü və eyniadlı məruzəsi əsasında hazırlanıb.
Kitabın elektron variantını
bu link vasitəsilə əldə etmək mümkündür.