Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Pakistandan qırıcıları almaqda maraqlıdır - Hərbi attaşe

© AFP 2024 / ERIC PIERMONTJF-17 qırıcısı, arxiv şəkli
JF-17 qırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
Attaşe, həmçinin bildirib ki, Azərbaycan öz Hərbi Hava Qüvvələrini modernləşdirmək üçün Pakistanla birgə işləyir.
BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Pakistan istehsalı "JF-17 Thunder" (İldırım) qırıcılarını almaqda maraqlıdır. Sputnik Azərbaycan Pakistan KİV-nə istinadən xəbər verir ki, bunu Azərbaycanın İslamabaddakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib.
"Pakistandan "JF-17 Thunder" təyyarələrinin alınması bizim gündəliyimizdə əsas elementdir", - deyə Novruzov qeyd edib.
O bildirib ki, Azərbaycan Pakistandan "JF-17" qırıcılarının "Block 3" modifikasiyasını almaq niyyətindədir. Bu modifikasiyada pilot kabininin elektronikası və radar sistemləri modernləşdirilib.
Attaşe, həmçinin bildirib ki, Azərbaycan öz Hərbi Hava Qüvvələrini modernləşdirmək üçün Pakistanla birgə işləyir.
Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov bu günlərdə açıqlayıb ki, Azərbaycan yaxın gələcəkdə yeni hərbi təyyarələr alacaq.
Aydın səmada "İldırım"
"JF-17 Thunder" (İldırım) yüngül çoxhədəfli qırıcı – Çin istehsalı olan "J-7" qırıcısının modernləşdirilmiş versiyasıdır. "J-7" qırıcısının özü isə aktiv olaraq lokal müharibə və konfliktlərdə istifadə olunan Sovet istehsalı olan "MiQ-21" qırıcısının davamçısıdır.
"JF-17" qırıcısı 1990-cı illərin sonunda Çin-Pakistan əməkdaşlığı nəticəsində meydana gəlib. Çinin "Chengdu Aircraft Corporation" aviaqurucu şirkəti "MiQ-21" tam şəkildə modernləşdirilməsini planlaşdıraraq, bu növ qırıcıları dördüncü nəsil qırıcılar səviyyəsinə çatdırmağı düşünüb. Yeri gəlmişkən, bu təyyarə də ilkin olaraq yalnız ixrac üçün nəzərdə tutulub, yəni Çin ordusunun bu qırıcılardan istifadəsi planda olmayıb. Pakistan bu layihəyə maraq göstərib, onun əhəmiyyətli hissəsini maliyyələşdirib. Bunun qarşılığında texnologiyalar, eləcə də öz ərazisində "JF-17" qırıcılarını istehsal etmək və satmaq hüququ əldə edib.
MiQ-35 - Sputnik Azərbaycan, 1920, 28.10.2021
HƏRBİ
Sabiq hərbi pilot: Azərbaycan Rusiya qırıcıları ala bilər
Qırıcıların uçuş sınaqları 2007-ci ildə yekunlaşıb və həmin vaxt "JF-17" Pakistan Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub. 12 il ərzində "Pakistan Aeronautical Complex" korporasiyası yüzlərlə qırıcı istehsal edib. 2019-cu ildə artıq təyyarənin üçüncü versiyasının ("Block III") təlim uçuşları həyata keçiriləcək, 2022-ci ildə isə qırıcının 4+ nəslinin (İslamabad öz Hərbi Hava Qüvvələrinə məhz bu növ qırıcıları söz verib) kütləvi istehsalı planlaşdırılır.
"JF-17" yüngül qırıcısı 100 kilometr məsafədə hədəfləri "hava-hava" və "hava-yer" raketləri ilə vurmaq üçün nəzərdə tutulub. Aviakonsern bəyan edir ki, müasir qırıcılar orta və kiçik hündürlüklərdə kompüterləşmiş uçuşu idarə etmə və yüksək manevr qabiliyyətinə malikdir. "JF-17" təyyarələri yaxın məsafədə döyüş üçün heç də pis xüsusiyyətlərə malik deyil. Qırıcı kifayət qədər yüksək sürətlə hərəkət edə bilər və pilot üçün olduqca komfortludur. Lakin mütəxəssislər istənilən ölkənin Hərbi Hava Qüvvələri üçün bu tip qırıcıların çatışmazlıqlarını vurğulayırlar.
Pakistanın "JF-17 Thunder" döyüş təyyarəsinin çəkmə gücünün çəkiyə olan nisbəti (bir mühərrikdə) kifayət qədər deyil və təyyarə Rusiya istehsalı olan "RD-93" reaktiv mühərriklərindən ("MiQ-29" bu mühərriklərlə təchiz olunurdu) asılıdır. Bu mühərriklərin çəkmə gücü cəmi 8300 kiloqram/qüvvədir ("Su-35" təyyarəsində bu göstərici 14500 kiloqram/qüvvəyə bərabərdir).
Qeyd edək ki, "JF-17 Thunder" təyyarəsinin daşıya biləcəyi döyüş yükü yalnız 3,5 tondur. Rusiyanın "Su-35" təyyarəsi isə 8 ton ağırlığında sursatı qaldıra və hədəfləri 400 kilometrədək məsafədə müəyyən edə bilir.
Eləcə də oxuyun:
* Qarşılayın, Azərbaycanın yeni qırıcıları - İsrailin də işlətdiyi “Səma Ferrari”ləri
* Havada, dənizdə və quruda – bu, Azərbaycan hərbçiləri üçün unikal şansdır
* Qiymət vs keyfiyyət: Azərbaycana "JF-17" qırıcıları lazımdırmı?
Xəbər lenti
0