Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qiymət vs keyfiyyət: Azərbaycana "JF-17" qırıcıları lazımdırmı?

© AFP 2024 / ERIC PIERMONTПакистанский истребитель JF-17, фото из архива
Пакистанский истребитель JF-17, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan yenə də Rusiya istehsalı olan yüksək texnologiyalı və həqiqətən də effektiv döyüş təyyarələrini seçə bilər

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 16 avqust — Sputnik. Silah tədarükünün diversifikasiyası ölkənin döyüş potensialını qorumaq və artırmaq məqsədi daşıyır. Buna görə iqtisadi cəhətdən güclü Azərbaycanın hərbi hava qüvvələrinin "aşağı büdcəli" Pakistanın "JF-17" qırıcılarının partiyası ilə doldurulması bir qədər paradoksal görünür.

Pakistan İslam Respublikasının səfiri Səid Xan Mohamand avqustun 14-də Bakıda keçirdiyi mətbuat konfransında deyib: "Azərbaycan Pakistandan 10 təyyarə alıb. Hazırda Pakistan istehsalı olan "JF-17" təyyarələrini göndərməyə hazırlaşırıq."

Президент Франции Эммануэль Макрон, министр обороны Франции Флоренс Парли и Гийом Фори, генеральный директор Airbus, посещают стенд Airbus на 53-м международном парижском авиасалоне в аэропорту Ле-Бурже под Парижем - Sputnik Azərbaycan
Azərbaycan-Fransa müdafiə sənayesi əməkdaşlığı: paradokslar və perspektivlər

Səid Xan Mohamand həmçinin qeyd edib ki, ehtiyac olarsa, İslamabad Azərbaycanı daha çox təyyarə ilə təmin edə biləcək. Bu qırıcıların bir və ya çox sayda olub-olmamasından asılı olmayaraq, hərbi hava qüvvələrinin potensialına nə dərəcədə təsir edəcəyi çətin sualdır.

Daha əvvəl postsovet məkanında "JF-17" qırıcıları Türkmənistanın bu təyyarəyə olan marağını istisna etsək, "parlamırdı". Lakin Aşqabadın bu marağı cəlbedici qiymətə (bir son modifikasiya edilmiş "JF-17" qırıcısının qiyməti təxminən 25 milyon dollardır (Amerikalı "sinif yoldaşı" "F-16"-dan səkkiz qat ucuz) baxmayaraq, hələ də müqaviləyə çevrilməyib. Pakistan qırıcısının qiyməti döyüş şəraitində onun əsas üstünlüyü ola bilər.

Çin nəşri Sina.com-un məlumatına görə, bu ilin fevralında Pakistan-Hindistan qarşıdurması zamanı "JF-17" 110 kilometrlik məsafədə iki Hindistan "Su-30MKI" qırıcısını tapıb. Onu "SD-10" raketləri ilə vurmaq imkanı olsa da, bu barədə əmr almayıb. Bu daha çox hərbi məhsulların reklamına bənzəyir, çünki sübut kimi göstəriləcək bir şey yoxdur. Bununla yanaşı, "JF-17" silahları 70 - 100 kilometr aralıdakı hədəfləri vurmaq üçün nəzərdə tutulub.

Azərbaycan HHQ-nin özəllikləri

Прибытие отряда кораблей Военно-морских сил Ирана в порт Махачкалы - Sputnik Azərbaycan
ABŞ-a qarşı İran-Rusiya birliyi: Planlar pozulacaq

"Global Firepower"-in hərbi güc üzrə dünya reytinqinə görə, Azərbaycan İraq və Qazaxıstandan bir qədər yüksəkdə olan 52-ci yeri tutur. Bununla birlikdə, bir disbalans da müşahidə olunur - ölkənin hərbi hava qüvvələri (müxtəlif təyinatlı 138 təyyarə) 63-cü mövqedədir. Bu isə HHQ-nin hərbi qüvvələrin digər növləri və qolları qarşısında inkişafdan geri qaldığını göstərir.

Azərbaycan Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi xərclərdə qənaət etmir. İyulun 25-də o, 2019-cu ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib – müdafiə xərcləri 4,9 % artaraq 1,88 milyard dollara çatıb. Burada ölkə HHQ-nin tələbatları da nəzərə alınmalıdır.

Azərbaycanın 30 zərbə təyyarəsi və 17 zərbə helikopteri var. Onlara müasir texnika demək çətindir. Daha effektiv və döyüş qabiliyyətli 14 "MiQ-29" təyyarəsi 21-ci əsrin əvvəlində Ukraynadan alınıb (təyyarələr artıq istismar edilib). Həmin təyyarələrdən biri bu yaxınlarda Xəzər dənizi üzərində qəzaya uğrayıb. Bu, Azərbaycanın zərbə aviasiyasının yenilənməsinin vacibliyini göstərən həyəcan siqnalıdır.

Dünyada HHQ-nin modernləşdirilməsinin iki daha çox yayılmış variantları Amerika və yaxud Rusiya aviatexnikasının alınmasını özündə ehtiva edir. Fransa ilə artmaqda olan hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan "Dassault Rafale" 4-cü nəsil çoxməqsədli qırıcı-bombardmançılarını ala bilər. Lakin bu təyyarələr üzrə müqavilələrdə bəzən kosmik məbləğlər əks olunur.

Знамена НАТО перед штаб-квартирой НАТО в Брюсселе - Sputnik Azərbaycan
NATO ilə birgə təlimlər: ABŞ Gürcüstanı Rusiya ilə münaqişəyə itələyir

Bundan əlavə, Azərbaycan Müdafiə Nazirliyi bu yaxınlarda belə bir bəyanatla çıxış edib: "ABŞ indiyədək ölkəmizə heç bir silah satmayıb. Bununla belə, Azərbaycan dünyanın qabaqcıl hərbi texnologiyalara malik ölkələrindən kifayət qədər silah və döyüş vasitələri alır".

Ona görə də ABŞ variantı da sual altındadır.

İlk baxışdan Bakının aşkar olaraq seçəcəyi variant "Su-30CM" və "Su-35" kimi nisbətən baha olmayan, yüksək texnoloji Rusiya təyyarələridir (4++ nəsli). Bu təyyarələrə dünya bazarında böyük tələbat var. Pakistanın "JF-17" qırıcıları Azərbaycan səmasında gözlənilməz görünürlər, lakin faktlara qarşı getmək olmaz.

Aydın səmada "İldırım"

"JF-17 Thunder" (İldırım) yüngül çoxhədəfli qırıcı – Çin istehsalı olan "J-7" qırıcısının modernləşdirilmiş versiyasıdır. "J-7" qırıcısının özü isə aktiv olaraq lokal müharibə və konfliktlərdə istifadə olunan Sovet istehsalı olan "MiQ-21" qırıcısının davamçısıdır. Veteran XXI əsrdə də rəqiblərinə dərs verə bilər: Belə ki, hind pilotlar "MiQ-21 Bizon" qırıcılarında 2004-cü ildə keçirilən nümunəvi döyüşlərdə "F-15" və "F-16" idarə edən amerikalılara 9:1 hesabı ilə qalib gəliblər. Amma yenə də əfsanəvi "MiQ-21" artıq tarix olur.

"MiQ-29" təyyarəsinin qəzaya uğraması Bakını öz hərbi gücünü və Hərbi Hava Qüvvələrinə məxsus aviasiya parkını yeniləməyə sövq edə bilər.

"JF-17" qırıcısı 1990-cı illərin sonunda Çin-Pakistan əməkdaşlığı nəticəsində meydana gəlib. Çinin "Chengdu Aircraft Corporation" aviaqurucu şirkəti "MiQ-21" tam şəkildə modernləşdirilməsini planlaşdıraraq, bu növ qırıcıları dördüncü nəsil qırıcılar səviyyəsinə çatdırmağı düşünüb. Yeri gəlmişkən, bu təyyarə də ilkin olaraq yalnız ixrac üçün nəzərdə tutulub, yəni Çin ordusunun bu qırıcılardan istifadəsi planda olmayıb. Pakistan bu layihəyə maraq göstərib, onun əhəmiyyətli hissəsini maliyyələşdirib. Bunun qarşılığında texnologiyalar, eləcə də öz ərazisində "JF-17" qırıcılarını istehsal etmək və satmaq hüququ əldə edib.

Военный парад по случаю 100-летия освобождения Баку Кавказской исламской армией. 15 сентября 2018 года - Sputnik Azərbaycan
Təyyarə qəzası Bakını hərbi gücünü artırmağa sövq edə bilər

Qırıcıların uçuş sınaqları 2007-ci ildə yekunlaşıb və həmin vaxt "JF-17" Pakistan Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub. 12 il ərzində "Pakistan Aeronautical Complex" korporasiyası yüzlərlə qırıcı istehsal edib. 2019-cu ildə artıq təyyarənin üçüncü versiyasının ("Block III") təlim uçuşları həyata keçiriləcək, 2022-ci ildə isə qırıcının 4+ nəslinin (İslamabad öz Hərbi Hava Qüvvələrinə məhz bu növ qırıcıları söz verib) kütləvi istehsalı planlaşdırılır.

"JF-17" yüngül qırıcısı 100 kilometr məsafədə hədəfləri "hava-hava" və "hava-yer" raketləri ilə vurmaq üçün nəzərdə tutulub. Aviakonsern bəyan edir ki, müasir qırıcılar orta və kiçik hündürlüklərdə kompüterləşmiş uçuşu idarə etmə və yüksək manevr qabiliyyətinə malikdir. "JF-17" təyyarələri yaxın məsafədə döyüş üçün heç də pis xüsusiyyətlərə malik deyil. Qırıcı kifayət qədər yüksək sürətlə hərəkət edə bilər və pilot üçün olduqca komfortludur. Lakin mütəxəssislər istənilən ölkənin Hərbi Hava Qüvvələri üçün bu tip qırıcıların çatışmazlıqlarını vurğulayırlar.

Pakistanın "JF-17 Thunder" döyüş təyyarəsinin çəkmə gücünün çəkiyə olan nisbəti (bir mühərrikdə) kifayət qədər deyil və təyyarə Rusiya istehsalı olan "RD-93" reaktiv mühərriklərindən ("MiQ-29" bu mühərriklərlə təchiz olunurdu) asılıdır. Bu mühərriklərin çəkmə gücü cəmi 8300 kiloqram/qüvvədir ("Su-35" təyyarəsində bu göstərici 14500 kiloqram/qüvvəyə bərabərdir).

Aydındır ki, Rusiya yüngül qırıcılar bazarında rəqibə çevrilə biləcək təyyarədə istifadə olunan mühərrikin ("RD-93" – red.) bundan sonra təkmilləşdirilməsində maraqlı deyil. Avropa istehsalı olan "Eurojet EJ200" mühərriklərinin qiyməti isə onların çəkmə gücündən çoxdur.

Qeyd edək ki, "JF-17 Thunder" təyyarəsinin daşıya biləcəyi döyüş yükü yalnız 3,5 tondur. Rusiyanın "Su-35" təyyarəsi isə 8 ton ağırlığında sursatı qaldıra və hədəfləri 400 kilometrədək məsafədə müəyyən edə bilir.

Çox güman ki, Pakistanda yığılmış və "MiQ-29" təyyarəsinin mühərriki ilə təchiz olunmuş Çin qırıcıları müasir hərbi aviatexnika və uzaqvuran hava hücumundan müdafiə sistemləri ilə zəngin olan region üçün elə də yaxşı seçim deyil. Ola bilər ki, Azərbaycan yenə də Rusiya istehsalı olan yüksək texnologiyalı və həqiqətən də effektiv döyüş təyyarələrini seçsin.

Xəbər lenti
0