Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Sabiq hərbi pilot: Azərbaycan Rusiya qırıcıları ala bilər

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidMiQ-35
MiQ-35 - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
Hərbi təyyarə bazarı çox spesifik və siyasiləşdirilmiş bazardır. Bu da öz növbəsində Azərbaycanın qırıcı, təyyarə almaq seçimini ciddi şəkildə məhdudlaşdırır.
BAKI, 28 oktyabr — Sputnik. Azərbaycan yaxın gələcəkdə yeni hərbi təyyarələr alacaq. Bunu Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov açıqlayıb.
O bildirib ki, artıq bu istiqamətdə danışıqlar aparılır:

“Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək”.

Görünən budur ki, yaxın vaxtlarda Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasına yeni təyyarələr daxil ediləcək. Bəs bu qırıcılar hansı ölkənin istehsalı olacaq? Sputnik Azərbaycan Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq pilotu, hərbi ekspert Aqil Rüstəmzadə ilə həmsöhbət olub.
- Aqil bəy, fikrinizcə, Azərbaycan üçün hansı ölkələrdən qırıcı təyyarələr almaq prioritetdir?
- Hərbi təyyarə bazarı çox spesifik və siyasiləşdirilmiş bazardır. Bu da öz növbəsində Azərbaycanın qırıcı, təyyarə almaq seçimini ciddi şəkildə məhdudlaşdırır. Bu mövzuya ətraflı toxunsaq, Azərbaycanın şəraitinə uyğun gələn İsveç istehsalı olan yüngül qırıcı “JAS-39”-dur. Lakin İsveç münaqişədə olan ölkələrə silah satmaqdan imtina edir. Amerika da silahları yalnız müttəfiq olan ölkələrə satır. Döyüş təyyarəsi istehsalı intellektual, yüksək texnologiya və maliyyə xərcləri tələb edir və ona görə də hərbi təyyarə istehsalçılarının sayı da dünyada barmaqla sayılacaq qədərdir. Bütün bunları nəzərə aldıqda, Azərbaycan yalnız Pakistandan “JF-17 Thunder”, Rusiyadan “MiQ” və “Su” təyyarələri və Çin istehsalı olan təyyarələr ala bilər. Çinin Azərbaycana qırıcı təyyarə təklif etməsinə dair məlumatlar yoxdur. Daha uyğun variantlar kimi Rusiya və Pakistan istehsalı olan qırıcılar üzərində dayanardım. Azərbaycan mediasında Pakistandan “JF-17 Thunder” alınması barədə müqavilənin imzalanmasına dair məlumatlar yer aldığından mən Azərbaycanın seçiminin məhz bu qırıcıların xeyrinə olacağını düşünürəm. Ümumiyyətlə, qırıcıların alınmasına dair danışıqlar zamanı tərəflərin yanaşması, onların təklifləri çox böyük önəm daşıyır.
© Photo : courtesy of Agil RustamzadeAzərbaycan Hərbi Hava Qüvvələrinin sabiq pilotu, hərbi ekspert Aqil Rüstəmzadə
Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq pilotu, hərbi ekspert Aqil Rüstəmzadə  - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq pilotu, hərbi ekspert Aqil Rüstəmzadə
- Bu təyyarələrin mövcud təyyarələrdən üstünlüyü nə olacaq?
- İstənilən halda yeni alınacaq təyyarələr Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) imkanlarını genişləndirəcək. Çünki Azərbaycan HHQ silahlanmasında olan döyüş təyyarələri “Su-25” və “MiQ-29” qırıcıları dördüncü nəsil təyyarələrdir. Bildiyim qədəri ilə bizə təklif olunan təyyarələr isə “4+” kateqoriyasına aid təyyarələrdir. Onların müasir avadanlıqları və silah sistemləri Azərbaycan HHQ-nin istər hava hədəfləri, istər də yerüstü hədəfləri vurmaq imkanlarını artıracaq.
- Azərbaycan və Rusiyanın bu sahədə əməkdaşlıq etmək potensialı nə qədərdir? Azərbaycan Rusiyadan hansı qırıcıları ala bilər?
- Azərbaycan və Rusiya uzun müddətdir ki, hərbi-texniki sahədə əməkdaşlıq edirlər. Düşünürəm ki, Rusiyanın Azərbaycana beşinci nəsil “Su-57” qırıcıları daxil olmaqla, hər hansı bir döyüş təyyarəsini satmasında bir problem olmaz. Artıq Rusiyada “Su-57” qırıcısının ixrac versiyasının hazırlanması istiqamətində işlər gedir. Bu isə o anlama gəlir ki, Rusiyanın “Su-57” qırıcısını ixrac etmək, satışa çıxarmaq düşüncəsi var. Azərbaycan Rusiyadan silah-sursat, texnika alan ənənəvi ölkələrdəndir. Rusiya, ölkə daxili tələbatına uyğun olaraq əsasən iri təyyarələr istehsal edir. Azərbaycan kimi kiçik ərazisi olan ölkəyə Rusiya istehsalı “MiQ-35” və yeni istehsal olunan”SU-75 Checkmate” yüngül təkmotorlu təyyarələrin seçimi daha əlverişli ola bilər. “Checkmate” təyyarəsinin maketi hələlik numayiş olunub və onun nə zaman satışa çıxarılacağı bilinmir. Bu proses bir sıra amillərdən asılıdır. Lakin prosesin beş ildən tez başa gələcəyini düşünmürəm. Rusiya qırıcıları arasında Azərbaycan üçün ən səmərəli “MiQ-35” qırıcılarıdır. O, Azərbaycan HHQ-nın silahlanmasında olan “MiQ-29” qırıcısının yeni modifikasiyasıdır. Azərbaycanın ərazisinin ölçüsü, uçuş heyətinin idarəetməni tez mənimsəməsinə, Azərbaycan hərbi aerodromlarının infrastrukturuna, texniki heyətin bu texnikanı mənimsəməsinə görə daha uyğun təyyarədir.
“MİQ-35”-in xüsusiyyətləri
Bu təyyarənin maksimal uçuş uzaqlığı "MiQ-35"-də isə 3500 km-dir. Təyyarədə hədəfləri aşkar etmək üçün yeni tip radiolokasiya stansiyaları quraşdırılıb. Açıq arxitekturası olan təyyarə lokal müharibənin aparılmasında mühüm rol oynayan radioelektron mübarizə vasitələrindən ibarət rəqəmsal müdafiə kompleksləri ilə təchiz edilib. Bu, həmin təyyarəyə bütün növ müasir aviasiya silahlarından istifadə etmək imkanı verir.
"MiQ-35" təyyarəsi 9 ədəd müxtəlif tipli aviasiya məhvetmə vasitələri daşımaq üçün asqı nöqtəsinə malikdir. Bu təyyarələr hava-hava tipli "R-73", "R-77", "R-27" raketləri, hava-yer tipli "X-25", "X-29", "X-38" raketləri, gəmiyə qarşı "X-31" raketləri və "KAB-500L", "KAB-500KR" bombaları ilə silahlana bilirlər.
Həmçinin oxuyun:
* Hərbi təyyarəçilərimiz “Texnofest-2021”də ilk uçuşlarını uğurla icra ediblər
* Hərbi pilotlarımız düşmənin yerüstü hədəflərinin məhvini məşq ediblər
* Türkiyə beşinci nəsil qırıcı təyyarə istehsal edəcək
* Azərbaycan Hərbi Hava Qüvvələri Rusiya qırıcılarını seçir: Su-35, yoxsa MiQ-35?
Xəbər lenti
0