Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Maraqlı lotereya: Maradona ilə pul qazanmaq

© © Rodrigo Valle / Pool via APDieqo Armando Maradona, arxiv şəkli
Dieqo Armando Maradona, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Abunə olmaq
Argentinalılar özlərinin, doğmalarının və kumirlərinin həyatı ilə bağlı rəqəmlərə böyük əhəmiyyət verirlər.
BAKI, 30 oktyabr - Sputnik. Bu gün Argentinada lotereya bileti alanlar dünya şöhrətli futbolçu Dieqo Maradona ilə bağlı rəqəmləri yazırlar.
Sputnik Azərbaycan-ın məlumatına görə, Dieqo Armando Maradona 1960-cı il oktyabrın 30-da dünyaya gəlib, 2020-ci il noyabrın 25-də vəfat edib.
Argentinalılar çox mövhumatçıdırlar, özlərinin, doğmalarının və kumirlərinin həyatı ilə bağlı rəqəmlərə böyük əhəmiyyət verirlər. Demək olar ki, hər bir rəqəmin onlar üçün mənası var. Məsələn, 93 - sevgililərə, 2 - uşaqlara, 21 - qadınlara işarədir.
"Bu gün hamı 10 (Maradonanın futbol köynəyindəki nömrəsi - red.), 60 (öldüyü yaş - red.), 61 (bu şənbə onun 61 yaşı olacaqdı - red.) rəqəmlərinə stavka edirlər", - Buenos-Ayresdəki lotereya satışı məntəqəsindəki qadın bildirib.
"Bizdə 86-ya da stavka edən olub, bu, Argentinanın Maradona ilə dünya çempionatını qazandığı ildir, 77-yə də (bu isə "ayaqlar" deməkdir - red.). Paytaxtda hələlik bu rəqəmlərlə kimsə udmayıb", - başqa bir satış təmsilçisi bildirib.
Argentinada lotereya oyunları gündə dörd dəfə keçirilir.
Eləcə də oxuyun:
* Əfsanəvi Dieqo Maradona vəfat etdi
* Dünya futbolunun əfsanəsi FOTOlarda
* Maradonanın meyitini yandırmağa qoymadılar
* Maradona da Lenin kimi "yaşamaq" istəyib
* Maradonanın ölüm səbəbi bəlli oldu
* Doqquz nəfər Maradonanın ölümündə ittiham edilir
Xəbər lenti
0