CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maradonanın ölüm səbəbi bəlli oldu

© AP Photo / Marcos BrindicciДиего Армандо Марадона
Диего Армандо Марадона - Sputnik Azərbaycan
Abunə olmaq
Dieqo Armando Maradonanın cəsədi üzərində aparılan toksikoloji analizlərdən sonra onun ölümündən əvvəl narkotik maddə, ya da hər hansı bir spirtli içki qəbul etmədiyi məlum olub

BAKI, 24 dekabr — Sputnik. 25 noyabrda dünyasını dəyişən əfsanəvi futbolçu Maradonanın ölümünə aid irəli sürülən iddiallar cavabını tapıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, Dieqo Armando Maradonanın cəsədi üzərində aparılan toksikoloji analizlərdən sonra onun ölümündən əvvəl narkotik maddə, ya da hər hansı bir spirtli içki qəbul etmədiyi məlum olub.

Argentinanın xəbər agentliklərinin yaydığı məlumata əsasən, Maradonanın qanından götürülən test cavablarında onun depressiyaya qarşı istifadə etdiyi psixotrop dərman maddələri aşkarlanıb. Məhz bu dərmanlar səbəbi ilə futbolçunun ürək döyüntüsü xeyli zəifləyib.

Qeyd edək ki, Maradonanın ürək çatışmazlığından vəfat etdiyi bildirilirdi.

Xəbər lenti
0