Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Doqquz nəfər Maradonanın ölümündə ittiham edilir

© © Rodrigo Valle / Pool via APДиего Армандо Марадона
Диего Армандо Марадона - Sputnik Azərbaycan, 1920, 01.05.2021
Abunə olmaq
Ötən il noyabrın 3-də beyin əməliyyatı üçün xəstəxanaya aparılan futbolçunun əqli sağlamlığının qaydasında olmaması və öz sağlamlığı haqqında qərar verə biləcək vəziyyətdə olmadığı da hesabatda göstərilib.

BAKI, 1 may — Sputnik. Maradonanın ölümünü araşdıran heyət əfsanəvi futbolçuya yetərsiz tibbi xidmət göstərildiyi və onun həyatının taleyin ümidinə buraxıldığı nəticəsinə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, Argentinanın rəsmi xəbər agentliyi TELAM-da yayılan xəbərə görə, San İsidro Prokurorluğunun Maradonanın ölümü ilə bağlı başlatdığı araşdırmalar nəticəsində hazırlanan hesabatda futbolçunun uyğun şərtlər altında xəstəxanada qaldığı təqdirdə daha uzun müddət yaşaya biləcəyi ehtimalı ifadə edilib.

Кремль, Красная площадь в Москве - Sputnik Azərbaycan, 1920, 20.12.2020
İDMAN
Maradona da Lenin kimi "yaşamaq" istəyib

Hesabatda əfsanəvi futbolçunun ölümünə səbəb olmaqda ittiham edilən həkimlərlə bağlı da məsələlərə yer verilib. Göstərilib ki, Maradonaya qulluq edən tibb işçiləri laqeydlik göstərərək ona  yetərli xidmət etməyib, taleyin ümidinə buraxıblar. Sənəddə futbolçunun ölməzdən 12 saat əvvəl əzab çəkməyə başladığı, ancaq bunun müqabilində uyğun şəkildə nəzarət edilmədiyi və həyatı üçün təhlükə yaradan göstəricilərə laqeyd yanaşıldığı qeyd olunub.

Ötən il noyabrın 3-də beyin əməliyyatı üçün xəstəxanaya aparılan futbolçunun əqli sağlamlığının qaydasında olmaması və öz sağlamlığı haqqında qərar verə biləcək vəziyyətdə olmadığı da hesabatda göstərilib.

Qeyd edək ki, hazırda 9 nəfər Maradonanın ölümünə səbəb olmaqda ittiham edilir.

Futbol tarixinin ən yaxşı oyunçularından hesab edilən Maradona ötən il noyabrın 20-də 60 yaşında həyata gözlərini yummuşdu. Mərhumun ölüm səbəbi kimi xroniki ürək çatışmazlığına bağlı ağciyər ödəmi olduğu bildirilmişdi.

Xəbər lenti
0