Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İkinci planda qalan müharibə - "Sizə məktub var"

© Sputnik / Abbasova Shahperi"Sizə məktub var" filminin tədimatı
Sizə məktub var filminin tədimatı  - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Abunə olmaq
Filmin quruluşçu rejissoru və ssenari müəllifi Məzahir Həşimov, ikinci rejissoru Akif Rüstəmov, quruluşçu operatoru Cəbrayıl Rəfiyev, quruluşçu rəssamı Əziz Məmmədovdur
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Məzahir Haşımovun ssenari müəllifi və reissoru olduğu "Sizə məktub var" filminin tədimatı baş tutub. Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sizə məktub var" adlı melodram janrında olan film Birinci Qarabağ müharibəsi fonunda yaşanan məhəbbətdən bəhs edir.
Film haqqında Sputnik Azərbaycan-a məlumat verən rejissorun sözlərinə görə, filmin çəkilişləri Daşkəsən rayonunun Bayan kəndində aparılıb: "Film Qarabağ müharibəsindən bəhs etsə də, burada müharibə ikinci plandadır. Mən burada əsasən insan taleyini göstərmək istəmişəm. Müharibənin insan taleyinə təsirini göstərmək istəmişəm. Burada müharibə qabardılmayıb, fonda verilib. Amma müharibə sevgi dolu bir insanın həyatını əlindən aldı".
Ekran işi 2019-cu ildə lentə alınıb. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Məzahir Həşimov, ikinci rejissoru Akif Rüstəmov, quruluşçu operatoru Cəbrayıl Rəfiyev, quruluşçu rəssamı Əziz Məmmədovdur. Ekran əsərinin prodüseri Müşfiq Hətəmov, icraçı prodüseri Azər Quliyev, bədii rəhbəri Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir. Baş rolları Dəniz Tacəddin, Əli Əlizadə, Məhəmməd Əlili ifa edib.
Eləcə də oxuyun:
* Şanlı Zəfər barədə daha bir film - bu dəfə qəhrəman qadınlar haqqında
* Bizdə kino var - məsələn, “Biləsuvar”
* Rejissor: Kino sənayesi olmayan ölkədə keyfiyyətli film tələbi haqsızlıqdır
* Azərbaycanlı rejissorun filmi Gürcüstanda: "Axınla aşağı"
Xəbər lenti
0