https://sputnik.az/20211030/sanli-zefer-barede-daha-bir-film---bu-defe-qehreman-qadinlar-haqqinda-434713772.html
Şanlı Zəfər barədə daha bir film - bu dəfə qəhrəman qadınlar haqqında
Şanlı Zəfər barədə daha bir film - bu dəfə qəhrəman qadınlar haqqında
Sputnik Azərbaycan
"Oyuq" teatr-studiyası yetirmələrinin də rol aldığı böyük heyətli filmin əsas kadrları Bakı, Astara, Lənkəran və Xızıda lentə alınıb. 30.10.2021, Sputnik Azərbaycan
2021-10-30T09:30+0400
2021-10-30T09:30+0400
2021-10-30T09:30+0400
film
mədəniyyət
qadınlar
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/42420/24/424202465_0:226:3073:1954_1920x0_80_0_0_02e56e196faef47505523ced1eb3ed17.jpg
BAKI, 30 oktyabr — Sputnik. İkinci Qarabağ müharibəsi, Vətən savaşındakı şanlı qələbəmizin ildönümü münasibətilə "Köhnə çamadanlar" adlı yeni ekran əsəri lentə alınır. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmovanın sözlərinə görə, film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "OYUN" inklüziv teatrının birgə layihəsidir:Mətbuat katibinin verdiyi xəbərə görə, real hadisələr əsasında çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı iz buraxdığı insanlardır:Həmidə Rüstəmova həm də filmin redaktorudur. O əlavə edib ki, artıq əsas çəkilişləri başa çatan ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri - əlil və qazilər, həmçinin sağlamlıq imkanları məhdud həvəskar aktyorlar da rol alıblar.Psixoloji dramda əsas rolları Respublikanın xalq artistləri Məmmədsəfa Qasımov, Pərvanə Qurbanova, Əməkdar artistlər - Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Zemfira Əbdüsəmədova, Nəsibə Eldarova, aktyorlar - Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev və başqaları ifa edirlər."Oyuq" teatr-studiyası yetirmələrinin də rol aldığı böyük heyətli filmin əsas kadrları Bakı, Astara, Lənkəran və Xızıda lentə alınıb. Film ilin sonunadək tamaşaçıların ixtiyarına veriləcək.Həmçinin oxuyun:Rejissor: Kino sənayesi olmayan ölkədə keyfiyyətli film tələbi haqsızlıqdırBizdə kino var - məsələn, “Biləsuvar”Azərbaycanlı rejissorun filmi Gürcüstanda: "Axınla aşağı"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42420/24/424202465_136:0:2867:2048_1920x0_80_0_0_ce4ebc1896f47bae124f2ed6a1340a15.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
film, qadınlar, zəfər günü
film, qadınlar, zəfər günü
Şanlı Zəfər barədə daha bir film - bu dəfə qəhrəman qadınlar haqqında
"Oyuq" teatr-studiyası yetirmələrinin də rol aldığı böyük heyətli filmin əsas kadrları Bakı, Astara, Lənkəran və Xızıda lentə alınıb.
BAKI, 30 oktyabr — Sputnik. İkinci Qarabağ müharibəsi, Vətən savaşındakı şanlı qələbəmizin ildönümü münasibətilə "Köhnə çamadanlar" adlı yeni ekran əsəri lentə alınır. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmovanın sözlərinə görə, film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "OYUN" inklüziv teatrının birgə layihəsidir:
"Müharibə və qadınlar mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, təsvir rejissoru Şahmar Qəhrəmanov, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, prodüseri Tahir Əliyevdir. Layihənin rəhbəri Pərvinə İsmayılovadır".
Mətbuat katibinin verdiyi xəbərə görə, real hadisələr əsasında çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı iz buraxdığı insanlardır:
"Biz film vasitəsilə döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəyik. Süjetdə əsas etibarilə bu qadınların həyatının müəyyən dövrünü əhatə edən epizodlar öz əksini tapır. Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindəki hadisələri birləşdirən əsas xətt üzərində qurulub. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür".
Həmidə Rüstəmova həm də filmin redaktorudur. O əlavə edib ki, artıq əsas çəkilişləri başa çatan ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri - əlil və qazilər, həmçinin sağlamlıq imkanları məhdud həvəskar aktyorlar da rol alıblar.
Psixoloji dramda əsas rolları Respublikanın xalq artistləri Məmmədsəfa Qasımov, Pərvanə Qurbanova, Əməkdar artistlər - Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Zemfira Əbdüsəmədova, Nəsibə Eldarova, aktyorlar - Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev və başqaları ifa edirlər.
"Oyuq" teatr-studiyası yetirmələrinin də rol aldığı böyük heyətli filmin əsas kadrları Bakı, Astara, Lənkəran və Xızıda lentə alınıb. Film ilin sonunadək tamaşaçıların ixtiyarına veriləcək.
Rejissor:
Kino sənayesi olmayan ölkədə keyfiyyətli film tələbi haqsızlıqdır
Bizdə kino var - məsələn,
“Biləsuvar”Azərbaycanlı rejissorun filmi Gürcüstanda:
"Axınla aşağı"