https://sputnik.az/20211030/baydenle-erdogan-gorusecekler-esas-gozlentiler-434745454.html
Baydenlə Ərdoğan görüşəcəklər: əsas gözləntilər
Baydenlə Ərdoğan görüşəcəklər: əsas gözləntilər
Sputnik Azərbaycan
Görüşün Britaniyanın Qlazqo şəhərində iqlim sammiti çərmivəsində keçiriləcəyi gözlənilir. 30.10.2021, Sputnik Azərbaycan
2021-10-30T22:32+0400
2021-10-30T22:32+0400
2021-10-30T22:32+0400
dünya xəbərləri
görüş
sammit
böyük britaniya
f-16
rəcəb tayyip ərdoğan
qlazqo
"f-35" qırıcı təyyarəsi
abş prezidenti cozef bayden
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0c/434122047_0:112:2748:1658_1920x0_80_0_0_00530a7898b171f451a01000c8e09080.jpg
BAKI, 30 oktyabr - Sputnik. ABŞ Prezidenti Cozef Baydenlə Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan bazar günü, oktyabrın 31-də görüşəcəklər.Sputnik Azərbaycan bildirir ki, bu barədə jurnalistlərə Amerika administrasiyasının yüksək vəzifəli məmuru deyib."Bayden sabah Türkiyə Prezidenti Ərdoğanla ikitərəfli görüş keçirəcək", - Ağ Ev pulu məmurun sözlərini çatdırıb.Görüşün Britaniyanın Qlazqo şəhərində iqlim sammiti çərmivəsində keçiriləcəyi gözlənilir.KİV iki liderin görüşündə əsas mövzuların ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq, eləcə də Türkiyənin beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramından çıxarılması ilə bağlı iddiaların yoluna qoyulması və ABŞ-dan F-16 təyyarələri alması niyyətinin müzakirəsi olacağını bildirir. Məmurun sözlərinə görə, Bayden Ərdoğanı iki ölkənin münasibətlərində böhran yaratmağa qadir gözlənilməz bəyanatlardan çəkindirməyə də çalışacaq. Baydenlə Ərdoğanın görüşü bu günlərdə Türkiyə prezidentinin ABŞ da daxil olmaqla on ölkənin diplomatlarını persona non-qrata elan edib, sonra fikrindən daşınması fonunda keçiriləcək.Xatırladaq ki, Ərdoğan sentyabrın sonlarında ABŞ prezidenti vəzifəsinə başladıqdan sonra Cozef Baydenlə münasibətlərin elə də yaxşı olmadığını bəyan etmişdi: "İstəyirəm ki, iki NATO ölkəsi olaraq biz düşmən yox, dost olaq. Amma indiki vəziyyət o qədər də yaxşı deyil. Baş nazir və prezident kimi təxminən 19 illik fəaliyyətimə əsaslanaraq deyə bilərəm. Əfsuslar olsun ki, ABŞ-la münasibətlərdə yaxşı zaman deyil. Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim, amma Cozef Bayden ilə yaxşı başladığımızı deyə bilmərəm".Eləcə də oxuyun:* Türkiyə 10 ölkənin səfirini "persona non qrata" elan edib* ABŞ səfirliyi Türkiyənin daxili işinə qarışmadığını bəyan etdi* Vladimir Putin: "Ərdoğan haqlı idi"* Lavrov İranın xarici işlər naziri ilə Ərdoğanın planını müzakirə edib* Ərdoğan: Türkiyə-ABŞ münasibətləri pisləşib
https://sputnik.az/20211028/baydeni-mecburi-vaksinasiyaya-gore-mehkemeye-verirler-434689242.html
qlazqo
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0c/434122047_194:0:2554:1770_1920x0_80_0_0_5a189d74f1eaed04693b041e15e5fa45.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
görüş, sammit, böyük britaniya, f-16, rəcəb tayyip ərdoğan, qlazqo, "f-35" qırıcı təyyarəsi, abş prezidenti cozef bayden
görüş, sammit, böyük britaniya, f-16, rəcəb tayyip ərdoğan, qlazqo, "f-35" qırıcı təyyarəsi, abş prezidenti cozef bayden
Baydenlə Ərdoğan görüşəcəklər: əsas gözləntilər
Görüşün Britaniyanın Qlazqo şəhərində iqlim sammiti çərmivəsində keçiriləcəyi gözlənilir.
BAKI, 30 oktyabr - Sputnik. ABŞ Prezidenti Cozef Baydenlə Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan bazar günü, oktyabrın 31-də görüşəcəklər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə jurnalistlərə Amerika administrasiyasının yüksək vəzifəli məmuru deyib.
"Bayden sabah Türkiyə Prezidenti Ərdoğanla ikitərəfli görüş keçirəcək", - Ağ Ev pulu məmurun sözlərini çatdırıb.
Görüşün Britaniyanın Qlazqo şəhərində iqlim sammiti çərmivəsində keçiriləcəyi gözlənilir.
KİV iki liderin görüşündə əsas mövzuların ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq, eləcə də Türkiyənin beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramından çıxarılması ilə bağlı iddiaların yoluna qoyulması və ABŞ-dan F-16 təyyarələri alması niyyətinin müzakirəsi olacağını bildirir.
Məmurun sözlərinə görə, Bayden Ərdoğanı iki ölkənin münasibətlərində böhran yaratmağa qadir gözlənilməz bəyanatlardan çəkindirməyə də çalışacaq.
Baydenlə Ərdoğanın görüşü bu günlərdə Türkiyə prezidentinin ABŞ da daxil olmaqla on ölkənin diplomatlarını persona non-qrata elan edib, sonra fikrindən daşınması fonunda keçiriləcək.
Xatırladaq ki, Ərdoğan sentyabrın sonlarında ABŞ prezidenti vəzifəsinə başladıqdan sonra Cozef Baydenlə münasibətlərin elə də yaxşı olmadığını bəyan etmişdi: "İstəyirəm ki, iki NATO ölkəsi olaraq biz düşmən yox, dost olaq. Amma indiki vəziyyət o qədər də yaxşı deyil. Baş nazir və prezident kimi təxminən 19 illik fəaliyyətimə əsaslanaraq deyə bilərəm. Əfsuslar olsun ki, ABŞ-la münasibətlərdə yaxşı zaman deyil. Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim, amma Cozef Bayden ilə yaxşı başladığımızı deyə bilmərəm".