Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov İranın xarici işlər naziri ilə Ərdoğanın planını müzakirə edib

© POOL / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmirabdullahianla Moskvada keçirilən görüş zamanı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmirabdullahianla Moskvada keçirilən görüş zamanı - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Gürcüstanın da bu formata maraq göstərəcəyinə ümid etdiyini bildirib.
BAKI, 6 oktyabr — Sputnik. Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakı ilə "3+3" formatının yaradılması imkanı müzakirə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmirabdullahianla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Bu kontekstdə biz "3+3": üç Cənubi Qafqaz ölkəsinin və üç böyük qonşu – Rusiya, İran və Türkiyə formatının yaradılması təşəbbüsünü müzakirə etdik", - deyə Lavrov qeyd edib.
Lavrov vurğulayıb ki, İranın Türkiyə və Azərbaycan kimi bu təşəbbüsə yanaşması pozitivdir: "Ermənistandan olan həmkarlarımızla işləyirik".
O, Gürcüstanın da bu formata maraq göstərəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olarkən Cənubi Qafqaz ölkələri və regionun üç qonşusunu əhatə edəcək "3+3" əməkdaşlıq formatının yaradılmasını təklif etmişdi.
Xəbər lenti
0