https://sputnik.az/20211021/vladimir-putin-erdogan-haqli-idi-434460192.html
Vladimir Putin: "Ərdoğan haqlı idi"
Vladimir Putin: "Ərdoğan haqlı idi"
Sputnik Azərbaycan
Rusiya prezidenti "Valday" klubunda çıxışı zamanı deyib ki, Ərdoğan İkinci Dünya müharibəsindən sonra müəyyən qüvvələr balansının olduğunu, ancaq indi onun... 21.10.2021, Sputnik Azərbaycan
2021-10-21T20:12+0400
2021-10-21T20:12+0400
2021-10-21T20:12+0400
rusiya
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
ərdoğan
putin
rəcəb tayyip ərdoğan
"valday" klub fondu
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/42192/21/421922147_0:0:2809:1580_1920x0_80_0_0_47c85f6b2ca6085c2080040f4ccff8d7.jpg
BAKI, 21 oktyabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Dünya müharibəsindən sonra müəyyən qüvvələr balansının olduğunu, ancaq indi onun dəyişdiyini deyərkən haqlı idi.Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin cümə axşamı, oktyabrın 21-də “Valday” diskussiya klubunun plenar iclasında çıxışı zamanı deyib.Putin qeyd edib ki, dünyanın hazırkı vəziyyəti uğursuz “soyuq müharibənin” məhsuludur. Qərbin dünyanın işlərində dominantlığı yerinə daha rəngarəng bir sistem gəlir."Əvvəllər hansısa tərəfin müharibədə məğlubiyyəti digər tərəfin qalib olması demək idi. İndi isə başqa cürdür, kimin qalib olmasından asılı olmayaraq, müharibə bitmir, formasını dəyişir", - deyə Prezident bildirib.Sanksiyalar və Martin Lüter Kinqin dəyərləriPutin Qərbin sanksiyalarına toxunarkən deyib:Putin çıxışında “insan mənəviyyatının” marksist modelini müasir Qərb dəyərləri modeli ilə müqayisə edib. O, Martin Lüter Kinqin insanın dərisinin rənginin deyil, onun gördüyü işlərin daha vacib olması barədə bəyanatını əsl dəyər adlandırıb və deyib ki, hazırda belə deyil."Bərabərlik uğrunda mübarizə doqmatizm səviyyəsində bir absurda çevrilir. İş o yerə çatıb ki, Hollivudda kinonu necə çəkmək, personajları hansı irqdən seçmək barədə yaddaş kitabları buraxırlar. Öz yanaşmalarımızı formalaşdırarkən biz şüurlu mühafizəkarlıq prinsiplərinin əsas tutacağıq. Gələcəyi bəlli olmayan dünya düzəninin qarşıdakı mərhələsində mülayim mühafizərkarlıq - ən ağıllı dünyagörüş prinsipidir", - deyə Putin bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42192/21/421922147_80:0:2809:2047_1920x0_80_0_0_7603a0ebf5fd483e7576758d42f1868b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, ərdoğan, putin, rəcəb tayyip ərdoğan, "valday" klub fondu, rusiya prezidenti vladimir putin
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, ərdoğan, putin, rəcəb tayyip ərdoğan, "valday" klub fondu, rusiya prezidenti vladimir putin
Vladimir Putin: "Ərdoğan haqlı idi"
Rusiya prezidenti "Valday" klubunda çıxışı zamanı deyib ki, Ərdoğan İkinci Dünya müharibəsindən sonra müəyyən qüvvələr balansının olduğunu, ancaq indi onun dəyişdiyini deyərkən haqlı idi.
BAKI, 21 oktyabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Dünya müharibəsindən sonra müəyyən qüvvələr balansının olduğunu, ancaq indi onun dəyişdiyini deyərkən haqlı idi.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin cümə axşamı, oktyabrın 21-də “Valday” diskussiya klubunun plenar iclasında çıxışı zamanı deyib.
Putin qeyd edib ki, dünyanın hazırkı vəziyyəti uğursuz “soyuq müharibənin” məhsuludur. Qərbin dünyanın işlərində dominantlığı yerinə daha rəngarəng bir sistem gəlir.
"Əvvəllər hansısa tərəfin müharibədə məğlubiyyəti digər tərəfin qalib olması demək idi. İndi isə başqa cürdür, kimin qalib olmasından asılı olmayaraq, müharibə bitmir, formasını dəyişir", - deyə Prezident bildirib.
Sanksiyalar və Martin Lüter Kinqin dəyərləri
Putin Qərbin sanksiyalarına toxunarkən deyib:
"Pandemiyaya baxmayaraq, bir sıra ölkələr üçün sanksiyalar hələ də qalır. Bəs, hanı qərb siyasi təfəkkürünün humanist əsasları necə oldu? Bunlar boş söhbətlərdir. Qlobal rəqəmsal platformaların dövlət funksiyaların qəsb etmək cəhdləri boşa çıxır. Bu, qısa müddət mövcud ola biləcək bir şeydir, necə ki ABŞ-da oldu".
Putin çıxışında “insan mənəviyyatının” marksist modelini müasir Qərb dəyərləri modeli ilə müqayisə edib. O, Martin Lüter Kinqin insanın dərisinin rənginin deyil, onun gördüyü işlərin daha vacib olması barədə bəyanatını əsl dəyər adlandırıb və deyib ki, hazırda belə deyil.
"Bərabərlik uğrunda mübarizə doqmatizm səviyyəsində bir absurda çevrilir. İş o yerə çatıb ki, Hollivudda kinonu necə çəkmək, personajları hansı irqdən seçmək barədə yaddaş kitabları buraxırlar. Öz yanaşmalarımızı formalaşdırarkən biz şüurlu mühafizəkarlıq prinsiplərinin əsas tutacağıq. Gələcəyi bəlli olmayan dünya düzəninin qarşıdakı mərhələsində mülayim mühafizərkarlıq - ən ağıllı dünyagörüş prinsipidir", - deyə Putin bildirib.