DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baydeni məcburi vaksinasiyaya görə məhkəməyə verirlər

© AP Photo / Susan WalshABŞ prezidenti Cozef Bayden, arxiv şəkli
ABŞ prezidenti Cozef Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
İddianı Floridanın Baş prokuroru Eşli Mudi və qubernator Ron Desantis qaldırıblar.
BAKI, 28 oktyabr - Sputnik. Florida ştatı ABŞ Prezidenti Cozef Baydenə, NASA-ya və Ağ Ev administrasiyasının bir sıra vəzifəli şəxslərinə qarşı podratçı şirkətlərin əməkdaşlarının "qanunsuz" peyvənd olunmasını tələb etdiklərinə görə məhkəmə iddiası qaldırıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə FoxNews məlumat verib.
İddianı Floridanın Baş prokuroru Eşli Mudi və qubernator Ron Desantis qaldırıblar. Orada göstərilib ki, NASA və digər şirkətlər "tez-tez Florida ilə müqavilələr bağlayırlar, ştatla cari müqavilə öhdəlikləri də var və buna görə də Bayden administrasiyasının Floridaya qanunsuz tələblərini sırımağa çalışacaqlar".
Bu yay Bayden icra hakimiyyəti orqanlarının bütün işçilərinin COVID-19 əleyhinə vaksini vurdurmasını tələb edən sərəncam imzalamışdı. Sentyabrda isə federal podratçıların dekabrın 8-dək öz əməkdaşlarının tam vaksinasiya olunmasını tələb edən sərəncam verdi.
Bayden özündən əvvəl prezident olan Donald Trampı hakimiyyəti dövründə vaksinasiyanın yavaş templəri və insanların iş yerlərini itirməsinə görə tənqid etmişdi. Onun sözlərinə görə, vaksinin hazırlanması və peyvənd kampaniyası Trampın vaxtına düşsə də o zaman 2 milyon, Baydenin hakimiyyəti zamanı isə 190 milyondan çox adam peyvənd olunub.
Eləcə də oxuyun:
* "Pfizer-BioNTech" peyvəndi uşaqlara necə vurula bilər?
* Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?
* Ginsburq koronavirusdan yüz faiz qorunmanın üsulunu açıqlayıb
Xəbər lenti
0