https://sputnik.az/20211028/resmi-azerbaycanda-koronavirus-eleyhine-4-cu-doza-vaksin-vurdurmaq-mumkundur-434674444.html
Rəsmi: "Azərbaycanda koronavirus əleyhinə 4-cü doza vaksin vurdurmaq mümkündür"
Rəsmi: "Azərbaycanda koronavirus əleyhinə 4-cü doza vaksin vurdurmaq mümkündür"
Sputnik Azərbaycan
Agentlik vaksinaya prosesinin gedişatı ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməyi tövsiyə edib. 28.10.2021, Sputnik Azərbaycan
2021-10-28T16:17+0400
2021-10-28T16:17+0400
2021-10-28T16:55+0400
səhiyyə
vaksinasiya
koronavirus
covid-19
azərbaycanda covid-19 əleyhinə vaksinasiya
covid-19 pasportu
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/07/433981308_0:320:3072:2048_1920x0_80_0_0_c42af0e201540e6b710b07a4d8525b75.jpg
BAKI, 28 oktyabr — Sputnik. "Koronavirus əleyhinə buster (qüvvətləndirici), yəni üçüncü dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər".Bu barədə "Report"un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.Qeyd olunub ki, hazırda Azərbaycanda ilkin vaksinasiyadan 6 ay sonra buster və ya revaksinasiya mümkündür: "COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün buster dozanın (3-cü doza) vurulması tövsiyə olunur"."Vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürəndə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur. Yəni, bu qayda peyvənd üçün ilk növbə götürmə prosesindəkinə oxşardır. Həmin vaxt da ikinci dozanın vurulma tarixi vətəndaşa ekranda göstərilir, yaxud da mobil nömrəsinə göndərilən sms-də bildirilir. Odur ki, 4-cü doza üçün əlavə növbə götürməyə ehtiyac yoxdur".Agentlik vaksinaya prosesinin gedişatı ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməyi tövsiyə edib.Xatırladaq ki, Azərbaycanda bu günə qədər 9 469 618 vaksin vurulub.Eləcə də oxuyun:* İki məşhur vaksinin nadir nevroloji fəsadlar yaratdığı ortaya çıxdı* "Pfizer-BioNTech" peyvəndi uşaqlara necə vurula bilər?* Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?* Həkim deputatdan vaksinlərlə bağlı əhaliyə müraciət* Səhiyyə Nazirliyi: Müəllimlərə üçüncü doza vaksin vurulmalıdır* Ekspertiza rəyi: Xudatda şagird koronavirusdan deyil, ürək çatışmazlığından ölüb* Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti...
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/07/433981308_341:0:3072:2048_1920x0_80_0_0_88a807d52006ad7c36011afb87aa9ac1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vaksinasiya, koronavirus, covid-19, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, covid-19 pasportu
vaksinasiya, koronavirus, covid-19, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, covid-19 pasportu
Rəsmi: "Azərbaycanda koronavirus əleyhinə 4-cü doza vaksin vurdurmaq mümkündür"
16:17 28.10.2021 (Yenilənib: 16:55 28.10.2021) Agentlik vaksinaya prosesinin gedişatı ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməyi tövsiyə edib.
BAKI, 28 oktyabr — Sputnik. "Koronavirus əleyhinə buster (qüvvətləndirici), yəni üçüncü dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər".
Bu barədə "Report"un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, hazırda Azərbaycanda ilkin vaksinasiyadan 6 ay sonra buster və ya revaksinasiya mümkündür: "COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün buster dozanın (3-cü doza) vurulması tövsiyə olunur".
"Vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürəndə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur. Yəni, bu qayda peyvənd üçün ilk növbə götürmə prosesindəkinə oxşardır. Həmin vaxt da ikinci dozanın vurulma tarixi vətəndaşa ekranda göstərilir, yaxud da mobil nömrəsinə göndərilən sms-də bildirilir. Odur ki, 4-cü doza üçün əlavə növbə götürməyə ehtiyac yoxdur".
Agentlik vaksinaya prosesinin gedişatı ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməyi tövsiyə edib.
Xatırladaq ki, Azərbaycanda bu günə qədər 9 469 618 vaksin vurulub.
*
Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti...