https://sputnik.az/20211023/qriple-koronavirus-vaksinini-birlikde-vurdurmaq-olarmi-434505305.html
Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?
Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?
Sputnik Azərbaycan
Alimlər hesab edirlər ki, vaksinasiya və şişəleyhinə immun terapiyası vaxtı sutkanın hansı dövrünün olması nəzərə alınmalıdır. 23.10.2021, Sputnik Azərbaycan
2021-10-23T08:39+0400
2021-10-23T08:39+0400
2021-10-23T08:39+0400
səhiyyə
vaksin
səhər
sutka
vaksinasiya
yeni tip koronavirus pandemiyası
koronavirus
qrip
https://cdnn1.img.sputnik.az/img/42426/89/424268912_0:0:2977:1676_1920x0_80_0_0_06c1755b9ec32b296d1878e8d7e3a1b6.jpg
BAKI, 23 oktyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının Xüsusilə təhlükəli infeksiyalara qarşı qlobal hazırlığın təminatı departamentinin derektoru Silvi Brian qeyd edib ki, aparılan araşdırmalarla qrip və koronavirus vaksinlərinin eyni zamanda tətbiqi təhlükəsizdir. Sputnik Azərbaycan xarici mediaya istinadən bildirir ki, bununla yanaşı, o, həkimlə məsləhətləşməyi vacib sayır: "Sözsüz ki, hər iki vaksinin təsirlərinə dair ailə həkimi ilə məsləhətləşmək lazımdır". Brian xatırladıb ki, qripin adi əlamətləri - titrətmə, baş və əzələ ağrıları, zökəm və öskürəkdir, koronavirusda da eyni əlamətlər olur, ancaq iybilmə və dadbilmə itir. Bu arada alman və İsveçrə alimləri koronavirus vaksininin günün hansı vaxtı daha təsirli olduğunu araşdırmağa çalışıblar. Neuroscience News saytı yazır ki, laboratoriyada siçan və insan hüceyrələrində aparılan araşdırmalarda insanlarda immunitetin aktivliyinin səhərçağı daha yüksək olduğu müəyyənləşib. Bu isə alimlərin fikrincə, vaksinasiya zamanı nəzərə alınmalıdır. Cenevrə və Lüdviq-Maksimilian universitetlərinin tədqiqatçıları antigenləri (limfa düyünlərinə keçərək anticisimlərin yaranmasında kömək edən xüsusi patogen hissəciklər) rahatlıqla "tanıyan" dendrit hüceyrələrini müşahidə ediblər. İmmunoloqlar belə qənaətə gəliblər ki, dendrit hüceyrələri orqanizmin sakitlik dönəminin sonunda, yəni aktivliyin başlamasından öncə daha aktiv hərəkət edirlər. Siçanlarda bu dövr gündüz, insanlarda isə səhər ertədir.Alimlər hesab edirlər ki, vaksinasiya və şişəleyhinə immun terapiyası vaxtı sutkanın hansı dövrünün olması nəzərə alınmalıdır, çünki bu, prosedurun effektivliyinə güclü təsir göstərə bilər.Eləcə də oxuyun:* Koronavirusun yeni yayılmış AY.4.2 ştammı qorxuludurmu?* Pandemiya gələn il bitəcək, amma...* Dövlət Dumasının sədr müavini: Alimlər insanları peyvənd olunmağa inandıra bilmədilər* Azərbaycanda uşaqlar arasında COVID-19-dan ölüm təhlükəsi var?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42426/89/424268912_0:0:2731:2048_1920x0_80_0_0_394746d816fd9b7d32dfff1c577ebfc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vaksin, səhər, sutka, vaksinasiya, yeni tip koronavirus pandemiyası, koronavirus, qrip
vaksin, səhər, sutka, vaksinasiya, yeni tip koronavirus pandemiyası, koronavirus, qrip
Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?
Alimlər hesab edirlər ki, vaksinasiya və şişəleyhinə immun terapiyası vaxtı sutkanın hansı dövrünün olması nəzərə alınmalıdır.
BAKI, 23 oktyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının Xüsusilə təhlükəli infeksiyalara qarşı qlobal hazırlığın təminatı departamentinin derektoru Silvi Brian qeyd edib ki, aparılan araşdırmalarla qrip və koronavirus vaksinlərinin eyni zamanda tətbiqi təhlükəsizdir.
Sputnik Azərbaycan xarici mediaya istinadən bildirir ki, bununla yanaşı, o, həkimlə məsləhətləşməyi vacib sayır: "Sözsüz ki, hər iki vaksinin təsirlərinə dair ailə həkimi ilə məsləhətləşmək lazımdır".
Brian xatırladıb ki, qripin adi əlamətləri - titrətmə, baş və əzələ ağrıları, zökəm və öskürəkdir, koronavirusda da eyni əlamətlər olur, ancaq iybilmə və dadbilmə itir.
Bu arada alman və İsveçrə alimləri koronavirus vaksininin günün hansı vaxtı daha təsirli olduğunu araşdırmağa çalışıblar.
Neuroscience News saytı yazır ki, laboratoriyada siçan və insan hüceyrələrində aparılan araşdırmalarda insanlarda immunitetin aktivliyinin səhərçağı daha yüksək olduğu müəyyənləşib. Bu isə alimlərin fikrincə, vaksinasiya zamanı nəzərə alınmalıdır.
Cenevrə və Lüdviq-Maksimilian universitetlərinin tədqiqatçıları antigenləri (limfa düyünlərinə keçərək anticisimlərin yaranmasında kömək edən xüsusi patogen hissəciklər) rahatlıqla "tanıyan" dendrit hüceyrələrini müşahidə ediblər.
İmmunoloqlar belə qənaətə gəliblər ki, dendrit hüceyrələri orqanizmin sakitlik dönəminin sonunda, yəni aktivliyin başlamasından öncə daha aktiv hərəkət edirlər. Siçanlarda bu dövr gündüz, insanlarda isə səhər ertədir.
Alimlər hesab edirlər ki, vaksinasiya və şişəleyhinə immun terapiyası vaxtı sutkanın hansı dövrünün olması nəzərə alınmalıdır, çünki bu, prosedurun effektivliyinə güclü təsir göstərə bilər.