CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Pfizer-BioNTech" peyvəndi uşaqlara necə vurula bilər?

© AP Photo / Lynne Sladky"Pfizer-BioNTech" peyvəndi
Pfizer-BioNTech peyvəndi - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Abunə olmaq
Peyvəndinin üçüncü gücləndirici dozasının effektivliyinin 95,6 faiz olduğu qeyd edilib.
BAKI, 23 oktyabr — Sputnik. "Pfizer-BioNTech" peyvəndinin uşaqlarda effektivlik dərəcəsi açıqlanıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-da aparılan araşdırmaların nəticəsinə görə, bu peyvəndin 5-11 yaş arası uşaqlarda effektivliyinin 90,7 faiz olduğu məlum olub.
5-11 yaş arası 2 268 uşağın üç həftə ara ilə normal dozanın 1/3 hissəsi ilə vaksin olunduğu və immun sisteminin formalaşdığı müəyyən edilib.
Bundan başqa, "Pfizer-BioNTech" peyvəndinin üçüncü gücləndirici dozasının effektivliyinin 95,6 faiz olduğu qeyd edilib.
Qeyd edək ki, ölkənin Qida və Dərman Departamenti oktyabrın 26-da 5-11 yaş qrupu üçün peyvəndin təsdiq edilib-edilməyəcəyinə dair qərar vermək üçün bir araya gələcək.
5-11 yaş arası uşaqlar üçün vaksin təsdiqlənərsə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi peyvəndlərin necə tətbiq edilməsinə dair tövsiyələr vermək üçün noyabrın 2-3-də görüş keçirəcək.
Xəbər lenti
0