https://sputnik.az/20211025/ki-meshur-vaksinin-nadir-nevroloji-fesadlar-yaratdigi-ortaya-cixdi-434585214.html
İki məşhur vaksinin nadir nevroloji fəsadlar yaratdığı ortaya çıxdı
İki məşhur vaksinin nadir nevroloji fəsadlar yaratdığı ortaya çıxdı
Sputnik Azərbaycan
Tədqiqat zamanı İngiltərədə vaksin olunmuş 32 milyon yaşlı insanın məlumatları araşdırılıb. 25.10.2021, Sputnik Azərbaycan
2021-10-25T23:13+0400
2021-10-25T23:13+0400
2021-10-25T23:13+0400
səhiyyə
yeni tip koronavirus pandemiyası
koronavirus
covid-19
astrazeneca
pfizer
covid-19 pasportu
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434002549_0:160:3073:1888_1920x0_80_0_0_f89706bcbd4c26e959a30facc38d478a.jpg
BAKI, 25 oktyabr - Sputnik. Tədqiqatçılar BioNTech/Pfizer və Oxford/AstraZeneca vaksinlərinin "yeddi nadir nevroloji fəsad" yaratdığını aşkar ediblər.Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times yazır.Nəşr qeyd edir ki, tədqiqat zamanı İngiltərədə vaksin olunmuş 32 milyon yaşlı insanın məlumatları araşdırılıb.Məlum olub ki, Oxford/AstraZeneca peyvəndinin birinci dozası vurulmuş adamlarda Giyen-Barre sindromu halları artıb. Bu rəqəm xəstəliyin 10 milyon insana nisbətdəki adi göstəricilərindən 38 nəfər çox olub. Bu sindrom zamanı immun sistemi periferik əsəb damarlarına təsir edir, nəticədə əzələ zəifliyi, ağrı, keyimə, ən pis halda isə iflic əmələ gəlir. BioNTech/Pfizer preparatı vurulduqdan 28 gün ərzində isə hemorragik insult, beyinə qansızma (adi göstəricilərdən 60 hal çox) halları müşahidə olunub, üstəlik bu fəsadlar qadınlar arasında daha çox rast gəlinib. Eyni zamanda Edinburq Universitetinin professoru Əziz Şeyxin sözlərinə görə, yan təsirlər o qədər nadir olub ki, halların nisbətini minlərlə deyil, milyonlarla ölçüblər. O da bildirilib ki, adi çəkilən nevroloji fəsadların yaranma riski koronavirus əleyhinə vaksin vurulanlara nisbətdə koronavirusa yoluxanlarda daha çox rast gəlinib. Müqayisə üçün qeyd olunur ki, koronavirusa yoluxanlarda Giyen-Barre sindromuna 10 milyon insan arasında 145 hal daha çox rast gəlinir, vaksin olunanlarda isə 10 milyon insan arasında adi göstəricidən 38 hal çox. Tədqiqat zamanı dekabrdan mayadək vaksin olunanların məlumatları araşdırılıb. 32 milyon peyvənd olunmuş insandan 20 milyonuna AstraZeneca, 12 milyonuna isə Pfizer preparatı vurulub. Onların göstəriciləri COVID-19 analizləri müsbət çıxmış 2 milyon insanın göstəriciləri ilə müqayisə olunub. Eləcə də oxuyun:* "Pfizer-BioNTech" peyvəndi uşaqlara necə vurula bilər?* Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?* Həkim deputatdan vaksinlərlə bağlı əhaliyə müraciət* Səhiyyə Nazirliyi: Müəllimlərə üçüncü doza vaksin vurulmalıdır* Ekspertiza rəyi: Xudatda şagird koronavirusdan deyil, ürək çatışmazlığından ölüb* Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti...
https://sputnik.az/20211025/ki-doza-qorumadi-ucuncu-doza-qoruyacaq-434575443.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434002549_170:0:2901:2048_1920x0_80_0_0_e7b19dce62b71bfee08779023657fa05.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yeni tip koronavirus pandemiyası, koronavirus, covid-19, astrazeneca, pfizer, covid-19 pasportu
yeni tip koronavirus pandemiyası, koronavirus, covid-19, astrazeneca, pfizer, covid-19 pasportu
İki məşhur vaksinin nadir nevroloji fəsadlar yaratdığı ortaya çıxdı
Tədqiqat zamanı İngiltərədə vaksin olunmuş 32 milyon yaşlı insanın məlumatları araşdırılıb.
BAKI, 25 oktyabr - Sputnik. Tədqiqatçılar BioNTech/Pfizer və Oxford/AstraZeneca vaksinlərinin "yeddi nadir nevroloji fəsad" yaratdığını aşkar ediblər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə
Financial Times yazır.
Nəşr qeyd edir ki, tədqiqat zamanı İngiltərədə vaksin olunmuş 32 milyon yaşlı insanın məlumatları araşdırılıb.
Məlum olub ki, Oxford/AstraZeneca peyvəndinin birinci dozası vurulmuş adamlarda Giyen-Barre sindromu halları artıb. Bu rəqəm xəstəliyin 10 milyon insana nisbətdəki adi göstəricilərindən 38 nəfər çox olub. Bu sindrom zamanı immun sistemi periferik əsəb damarlarına təsir edir, nəticədə əzələ zəifliyi, ağrı, keyimə, ən pis halda isə iflic əmələ gəlir.
BioNTech/Pfizer preparatı vurulduqdan 28 gün ərzində isə hemorragik insult, beyinə qansızma (adi göstəricilərdən 60 hal çox) halları müşahidə olunub, üstəlik bu fəsadlar qadınlar arasında daha çox rast gəlinib.
Eyni zamanda Edinburq Universitetinin professoru Əziz Şeyxin sözlərinə görə, yan təsirlər o qədər nadir olub ki, halların nisbətini minlərlə deyil, milyonlarla ölçüblər.
O da bildirilib ki, adi çəkilən nevroloji fəsadların yaranma riski koronavirus əleyhinə vaksin vurulanlara nisbətdə koronavirusa yoluxanlarda daha çox rast gəlinib. Müqayisə üçün qeyd olunur ki, koronavirusa yoluxanlarda Giyen-Barre sindromuna 10 milyon insan arasında 145 hal daha çox rast gəlinir, vaksin olunanlarda isə 10 milyon insan arasında adi göstəricidən 38 hal çox.
Tədqiqat zamanı dekabrdan mayadək vaksin olunanların məlumatları araşdırılıb. 32 milyon peyvənd olunmuş insandan 20 milyonuna AstraZeneca, 12 milyonuna isə Pfizer preparatı vurulub. Onların göstəriciləri COVID-19 analizləri müsbət çıxmış 2 milyon insanın göstəriciləri ilə müqayisə olunub.
*
Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti...