https://sputnik.az/20211028/bu-defe-klounlar-qadinlardir---hele-her-sey-bitmeyib-434676715.html
Bu dəfə klounlar qadınlardır - Hələ hər şey bitməyib...
Bu dəfə klounlar qadınlardır - Hələ hər şey bitməyib...
Sputnik Azərbaycan
YUĞ Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov M.Vişnekin əsərinə fərqli quruluş verib. Əsərdəkindən fərqli olaraq, Yuğ Teatrının tamaşasında klounlar... 28.10.2021, Sputnik Azərbaycan
2021-10-28T21:27+0400
2021-10-28T21:27+0400
2021-10-28T21:27+0400
teatr
mədəniyyət
tamaşa
qadın
yuğ
pyes
kloun
https://cdnn1.img.sputnik.az/img/42223/30/422233076_0:195:1921:1275_1920x0_80_0_0_1238869259aaae3e0bf1f40b54ca952f.jpg
BAKI, 28 oktyabr — Sputnik. YUĞ Dövlət Teatrı yeni mövsümə premyera ilə başlayacaq. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 29 oktyabr saat 19.00-da Azərbaycan Dövlət YUĞ Teatrında rumıniyalı dramaturq Matey Vişnekin "Qoca kloun tələb olunur" pyesi əsasında hazırlanmış "Kloun Z" tamaşasının premyerası olacaq. Feeriya-makabr janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır. Səhnə əsərində teatrın sənətçiləri Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər. Tamaşa YUĞ Teatrının müvəqqəti məkanında – A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik səhnəsində baş tutacaq.YUĞ Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov M.Vişnekin əsərinə fərqli quruluş verib. Əsərdəkindən fərqli olaraq, Yuğ Teatrının tamaşasında klounlar qadınlardır.Bu əhvalat kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar. Bu görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təklif olunur. Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər. Hər biri var qüvvəsi ilə sağ qalmağa çalışır və özləri üçün illüziya yaradırlar ki, onları "böyük klounada sənətindən" qalan dəyərləri xilas etmək üçün çağırıblar.Qoca klounlar sübut etməyə çalışırlar ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər."Kloun Z" tamaşasının növbəti nümayişi oktyabr ayının 31-də baş tutacaq.Qeyd: Tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi pandemiya qaydalarına uyğun olaraq zala buraxılacaq və əyləşdiriləcəklər.Eləcə də oxuyun:* Azərbaycanda teatr prodüserliyinin inkişafı ilə bağlı laboratoriya təşkil olunub* Hər kəs darıxıbmış: Üsyankar varlığın tamaşası bakılı balacaların ürəyincə olub* Gənc yaşında Qızıl Fonda düşən aktyorumuz bu gün uşaqlara ən məşhur nağılı göstərdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42223/30/422233076_100:0:1817:1288_1920x0_80_0_0_189857e4c2bacb01d8b80de7b0ac7d1d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
teatr, tamaşa, qadın, yuğ, pyes, kloun
teatr, tamaşa, qadın, yuğ, pyes, kloun
Bu dəfə klounlar qadınlardır - Hələ hər şey bitməyib...
YUĞ Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov M.Vişnekin əsərinə fərqli quruluş verib. Əsərdəkindən fərqli olaraq, Yuğ Teatrının tamaşasında klounlar qadınlardır.
BAKI, 28 oktyabr — Sputnik. YUĞ Dövlət Teatrı yeni mövsümə premyera ilə başlayacaq. Teatrın mətbuat xidmətindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, 29 oktyabr saat 19.00-da Azərbaycan Dövlət YUĞ Teatrında rumıniyalı dramaturq Matey Vişnekin "Qoca kloun tələb olunur" pyesi əsasında hazırlanmış "Kloun Z" tamaşasının premyerası olacaq. Feeriya-makabr janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru
Mikayıl Mikayılov, quruluşçu rəssamı
Umay Həsənovadır. Səhnə əsərində teatrın sənətçiləri
Natəvan Qeybani (Sarı),
Zümrüd Qasımova (Qırmızı) və
Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər. Tamaşa YUĞ Teatrının müvəqqəti məkanında – A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik səhnəsində baş tutacaq.
YUĞ Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov M.Vişnekin əsərinə fərqli quruluş verib. Əsərdəkindən fərqli olaraq, Yuğ Teatrının tamaşasında klounlar qadınlardır.
Bu əhvalat kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar. Bu görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təklif olunur. Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər. Hər biri var qüvvəsi ilə sağ qalmağa çalışır və özləri üçün illüziya yaradırlar ki, onları "böyük klounada sənətindən" qalan dəyərləri xilas etmək üçün çağırıblar.
Qoca klounlar sübut etməyə çalışırlar ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər.
"Kloun Z" tamaşasının növbəti nümayişi oktyabr ayının 31-də baş tutacaq.
Qeyd: Tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi pandemiya qaydalarına uyğun olaraq zala buraxılacaq və əyləşdiriləcəklər.
* Azərbaycanda
teatr prodüserliyinin inkişafı ilə bağlı laboratoriya təşkil olunub
* Hər kəs darıxıbmış:
Üsyankar varlığın tamaşası bakılı balacaların ürəyincə olub
*
Gənc yaşında Qızıl Fonda düşən aktyorumuz bu gün uşaqlara ən məşhur nağılı göstərdi