Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ginsburq koronavirusdan yüz faiz qorunmanın üsulunu açıqlayıb

© Sputnik / Алексей Даничев / Mediabanka keçidSputnik V
Sputnik V - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
BAKI, 28 oktyabr — Sputnik. "Sputnik V" ilə immunizasiya, sonra isə nazal peyvəndi ilə revaksinasiya, çox güman ki, təkcə COVID-19-un ağır keçirilməsindən müdafiəni deyil, həm də prinsipcə, koronavirusa yoluxmadan tam qorunmanı təmin edəcək. Bu barədə Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginsburq RİA Novosti-yə bildirib.
"Biz güman edirik ki, bunu klinik sınaqlar zamanı öyrənmək lazımdır, belə immunitet steril olacaq, yəni peyvənd olunmuş şəxs yalnız humoral deyil, həmçinin selikli qişa immunitetinə malik olacaq", - deyə Ginsburq qeyd edib.
Elmi Tədqiqat İnstitutunun rəhbərinin sözlərinə görə, preparatın bu tətbiq üsulu sayəsində virusun nüfuz etməsinə mane olan "müstəqil maneə" yaradılır.
COVID-19-un qarşısının alınması üçün Səhiyyə Nazirliyi 2020-ci ilin avqustunda Qamaleya adına EMMTM tərəfindən hazırlanmış "Sputnik V" və ya "QamKovidVak" vaksini dünyada ilk qeydə alınan peyvənddir. Bu preparat geniş istifadə olunur, Novosibirsk Mərkəzinin "Vektor" (EpiVakKorona) və M.P.Çumakov adına Mərkəzin ("KoviVak") peyvəndlərinin rusiyalılar üçün mövcud olmalarına baxmayaraq, hələ də işlər davam edir.
əqrəb  - Sputnik Azərbaycan, 1920, 28.10.2021
SƏHİYYƏ
Alimlər COVID-19-u əqrəb zəhəri ilə müalicə etməyi təklif ediblər
Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bu yaxınlarda bildirib ki, həkim ona virusa qarşı əlavə müdafiə olaraq nazal peyvəndini tövsiyə edib. Spiker əsas peyvənd vurulmadan bu tip immunizasiyanın effektiv olmadığını da əlavə edib.
Koronavirus xəstəliyindən qorunmaq üçün peyvənd etibarlı olaraq qalır. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkonun sözlərinə görə, ağır xəstələr arasında COVID-19-a qarşı peyvənd vurduranların nisbəti 0,03 faizdən azdır, xəstəxanalarda olan xəstələrin böyük əksəriyyəti isə vaksin olunmayanlardır.
Eləcə də oxuyun:
* "Pfizer-BioNTech" peyvəndi uşaqlara necə vurula bilər?
* Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?
* Həkim deputatdan vaksinlərlə bağlı əhaliyə müraciət
* Səhiyyə Nazirliyi: Müəllimlərə üçüncü doza vaksin vurulmalıdır
* Ekspertiza rəyi: Xudatda şagird koronavirusdan deyil, ürək çatışmazlığından ölüb
* Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti...
Xəbər lenti
0