Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azad edilmiş ərazilərdə üç yeni hava limanı - Hərbi vəziyyət elan olunsa...

© Photo : AZALFüzuli Beynəlxalq Hava Limanı, arxiv şəkli
Füzuli Beynəlxalq Hava Limanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
Həmin ərazilərdə yerləşən hərbi hissələrimizin təminat və təchizatının həyata keçirilməsi qoşunlarımızın sürətli manevrini təmin etmək baxımından hava limanlarının əhəmiyyəti kifayət qədər böyükdür.
BAKI, 28 oktyabr — Sputnik. Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışında iştirak etmək üçün Azərbaycana birgünlük səfər etdi. Qeyd edək ki, Azərbaycan hökuməti Füzuli ilə yanaşı, Zəngilan və Laçında da hava limanlarının tikintisini həyata keçirir. Azad edilmiş ərazilərdə 3 hava limanının tikintisi isə bir çox çevrələrdə müzakirələrə səbəb olub.
Sputnik Azərbaycan hava limanlarının tikintisinin əhəmiyyətini araşdırıb.
Mövzu ilə bağlı ehtiyatda olan polkovnik Şair Ramaldanov, hərbi ekspertlər Ədalət Verdiyev və Ruslan İmamquliyev fikirlərini bölüşüblər.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, dünyada hazırda hava nəqliyyatı ilə yük daşınması daha əlverişli olduğu üçün belə limanların tikilməsi zəruridir: "Bu hava limanları azad edilmiş ərazilərdə turizm imkanlarının artırılmasına xidmət edəcək. Bu baxımdan bölgənin iqtisadi potensialından geniş istifadə edilməsi üçün hava limanlarının tikilməsi olduqca vacibdir".
“Azərbaycanın bütün hava məkanı hava hücumundan müdafiəyə qarşı tam hazırdır,” - deyən Şair Ramaldanov bildirib ki, ölkəmizin hava hücumuna qarşı müdafiəsi yetərincə etibarlıdır.
"44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycanın hava məkanı kifayət qədər etibarlı şəkildə mühafizə olunur. Yeni alınan hava hücumundan müdafiə sistemləri də bu sahədəki vəziyyəti daha da yaxşılaşdırıb. Bu hava limanlarının açılması həm də dövlətin hansı potensiala malik olmasının göstəricisidir. Hesab edirəm ki, bunlar gələcəyə yönəlmiş addımlardır.
Polkovnik qeyd edib ki, Zəngəzur dəhlizinin fəaliyyətə düşməsi ilə böyük həcmdə yük daşımalarının təmin olunması üçün hava limanlarının olması vacibdir: "Bu gün Azərbaycan Ordusunun maddi-texniki bazası yenilənir, daha müasir texnikalar alınır. Azərbaycan dövləti də öz ordusunu lazım olan ən müasir texnikalarla təmin edir".
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 26.10.2021
SİYASƏT
Füzuli Beynəlxalq Hava Limanının açılışı keçirildi
Hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, bu hava limanları beynəlxalq uçuşlara və ağır yük daşımlarına imkan verəcək: "Təbii ki, iqtisadi əhəmiyyəti ilə yanaşı, bu limanların hərbi əhəmiyyəti də mövcuddur. Həmin ərazilərdə yerləşən hərbi hissələrimizin təminat və təchizatının həyata keçirilməsi qoşunlarımızın sürətli manevrini təmin etmək baxımından hava limanlarının əhəmiyyəti kifayət qədər böyükdür".
"Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələri həmin ərazilərdə döyüş növbətçiliyini yerinə yetirməklə məşğuldur. Xatırladım ki, hər bir hava limanı hərbi vəziyyət elan olunduqdan sonra hərbi məqsədlərlə də istifadə edilə bilər. Həmin hava limanlarının hava hücumundan müdafiəsi artıq təşkil olunub", - deyə ekspert vurğulayıb.
Ədalət Verdiyev - Sputnik Azərbaycan
Ədalət Verdiyev
Hərbi ekspert
Ordumuzun texniki təminatından da danışan ekspert bildirib ki, bu gün müasir döyüş elementləri kimi pilotsuz uçuş aparatlarından istifadə olunur: "Lakin hərbi bazarda onların həcmi kifayət qədər çox olmadığına görə hələ bir müddət də orduların texniki təminatında zirehli texnikalardan istifadə olunacaq. Lakin üstünlük baxımından pilotsuz vasitələr daha təhlükəsiz və özündən qat-qat bahalı sistemlərə qarşı təhlükəsizdir. Bu baxımdan düşünürəm ki, yaxın illərdə onlara tələb 10-12 dəfə artacaq. Zirehli texnika bazarında isə azalma tendensiyası müşahidə ediləcək".
Hərbi ekspert Ruslan İmamquliyev isə deyib ki, bu hava limanlarının tikilməsi bölgədə investisiya imkanlarını stimullaşdıracaq.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə prioritetlərdən biri logistika infrastrukturunun inkişaf etdirilməsidir: "Bu cür infrastrukturun inkişaf etdirilməsi üçün daxili potensialla yanaşı, beynəlxalq əhəmiyyətliliyi də vacib faktordur. Biz hava limanlarından danışarkən Azərbaycan və Türkiyə liderlərinin imzaladığı Şuşa Bəyannaməsini xatırlamalıyıq. Bəyannamədə iki ölkənin qarşılıqlı təhlükəsizlik məsələsi təsbit olunub. Bunun üçün lazımi logistik infrastruktur olmalıdır. Bölgənin dağlıq relyefə malik olduğunu nəzərə alsaq, bu baxımdan hava limanlarının əhəmiyyəti böyükdür".
Bakıda paradda hərbi texnikanın nümayişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2021
TƏHLİL
Azərbaycanın hərbi büdcəsinin müzakirəsi: Artıq başqa güclərlə müqayisə vaxtı çatıb
"Bu gün azad edilmiş ərazilərdə təhlükəsizlik məsələsi gündəmdədir və ciddi olaraq nəzarətdə saxlanılır. Artıq yeni hərbi konsepsiyalar və nəzəriyyələr ortaya qoyulub. Bunu Ali Baş Komandanımız hələ Zəfər paradında bildirdi. Düşünürəm ki, onun bildirdiyi istiqamətlərdə müdafiə sənayesinin inkişaf etdirilməsi, kənardan hərbi texnikaların alınması istiqamətində ardıcıl fəaliyyət davam etdiriləcək", – deyə R.İmamquliyev qeyd edib.
Eləcə də oxuyun:
* Sabiq hərbi pilot: Azərbaycan Rusiya qırıcıları ala bilər
* Azərbaycan hərbi qüdrətini qoruyub saxlayıb - HESABAT
* Füzuli Hava Limanına beynəlxalq status verilib
Xəbər lenti
0