https://sputnik.az/20211027/azerbaycanin-herbi-budcesinin-muzakiresi-artiq-basqa-guclerle-muqayise-vaxti-catib-434644006.html
Azərbaycanın hərbi büdcəsinin müzakirəsi: Artıq başqa güclərlə müqayisə vaxtı çatıb
Azərbaycanın hərbi büdcəsinin müzakirəsi: Artıq başqa güclərlə müqayisə vaxtı çatıb
Sputnik Azərbaycan
Sərhəd boyunca infrastrukturun, zastavaların yaradılması, təşkil edilməsi, sərhədlərin qorunması ilə bağlı hərbi texnika və ləvazimatlara ehtiyac yaranıb. Məhz... 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T22:00+0400
2021-10-27T22:00+0400
2021-10-28T10:26+0400
hərb
təhlil
pakistan
büdcə
azərbaycan silahlı qüvvələri
türkiyə
silahlı qüvvələr
büdcə zərfi
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0a/425687421_262:468:3071:2048_1920x0_80_0_0_657a4902993b8fc85047872e3647b0d9.jpg
BAKI, 27 oktyabr — Sputnik. Gələn il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılan vəsait məlum olub. Bu məlumat "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, bunun üçün dövlət büdcəsindən 4 489 892 429,0 manat vəsait ayrılacaq. Vəsaitdən müdafiə qüvvələrinə 2 153 165 727,0 manat, milli təhlükəsizlik xərclərinə 285 501 146,0 manat, sərhəd xidmətinə 441 585 091,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 4 119 118,0 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 1 600 442 500,0 manat ayrılacaq.Sputnik Azərbaycan xəbər verir ki, ümumilikdə 2022-ci il üzrə müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılması nəzərdə tutulan məbləğ cari ilin göstəricisindən təxminən 95,9 milyon manat azdır. Bu azalmaya baxmayaraq, gələn il üçün müdafiə qüvvələri, sərhəd xidməti, milli təhlükəsizlik sahəsinə ayrılan vəsaitdə ciddi artım var. Belə ki, gələn ilin büdcəsindən Azərbaycan müdafiə qüvvələrinə ötən illə müqayisədə təxminən 218,8 milyon manat, sərhəd xidmətinə təxminən 159,9 milyon manat, milli təhlükəsizlik xərclərinə isə təxminən 24,8 milyon artıq vəsait ayrılıb. Müdafiə qüvvələri və sərhəd xidmətinə ayrılan vəsaitlərin artması Azərbaycanın işğaldan azad olun ərazilərində hərbi infrastrukturun yenidən qurulması ilə əlaqələndirilir. Sputnik Azərbaycan məsələ ilə bağlı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə və hərbi ekspert Ruslan İmamquliyevlə həmsöhbət olub.Millət vəkili bildirib ki, müdafiə qüvvələri və sərhəd xidmətinə gələn il ayrılacaq vəsaitin nisbətdə artırılmasının bir neçə səbəbi var: "Birincisi, işğaldan azad olunan ərazilərdə yeni hərbi obyektlərin strukturları yaradılacaq. Bu özü kifayət qədər vəsait tələb edən bir prosesdir. Bundan əlavə, Ermənistan-Azərbaycan sərhədi artıq tamamilə Azərbaycanın nəzarətindədir. Bu baxımdan sərhəd boyunca infrastrukturun, zastavaların yaradılması, təşkil edilməsi, sərhədlərin qorunması ilə bağlı hərbi texnika və ləvazimatlara ehtiyac yaranıb. Məhz buna görə büdcənin bu istiqamətində xərcləri artırılır".Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan 44 günlük ağır müharibədən çıxıb və heç şübhəsiz ki, yeni hərbi texnikaların alınmasına, mövcud silahların yenilənməsinə ehtiyac var. Həmçinin digər ərazilərdə hərbi hissələrin yenilənməsi, tikilməsi də müəyyən xərclər tələb edir.Hərbi ekspert Ruslan İmamquliyev isə hesab edir ki, Azərbaycan artıq öz hərbi xərclərini Ermənistan Respublikasının müdafiəyə ayırdığı xərclərlə müqayisə etməməlidir: "Düşünürəm ki, bundan sonrakı dönəmdə bu cür olmamalıdır. Çünki Ermənistan Respublikası havadarları tərəfindən qarşımıza çıxardılan ciddi bir təhdid idi və 44 günlük Vətən müharibəsi zamanı bu ölkə darmadağın edildi. Bundan sonrakı dönəmdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin regionda söz sahibi ola bilməsi üçün müdafiə xərclərimizi artırmaqla bərabər, regionda maraqlı olan güc və imkanları nəzərə almalıdır. Bir çox hallarda hərbi büdcəmizi onların müdafiə xərclərinə ayırdığı vəsaitlə müqayisə etmək zamanıdır. Nəzərə alsaq ki, Vətən müharibəsindən sonra artıq Azərbaycan Türkiyə və Pakistan kimi strateji tərəfdaşlarla əməkdaşlıq edir. Bu iki ölkə də sadəcə öz regionlarında deyil, bütün dünyada sözünü demiş ordulara malik respublikalardır".Ekspert bildirib ki, regionda sözünü demiş bir ordu olaraq Azərbaycan Silahlı Qüvvələrinin gələcəkdə daha ciddi hədəflərə imza atmaq naminə müdafiə xərcləri artırılarkən bu rəqəm daha ciddi tərəfdaşlar və təhdid ola biləcək dövlətlərlə müqayisə olunmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0a/425687421_240:0:2971:2048_1920x0_80_0_0_c9705d35888bc1d05e2980a67e45791d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərb, pakistan, büdcə, azərbaycan silahlı qüvvələri, türkiyə, silahlı qüvvələr, büdcə zərfi
hərb, pakistan, büdcə, azərbaycan silahlı qüvvələri, türkiyə, silahlı qüvvələr, büdcə zərfi
Azərbaycanın hərbi büdcəsinin müzakirəsi: Artıq başqa güclərlə müqayisə vaxtı çatıb
22:00 27.10.2021 (Yenilənib: 10:26 28.10.2021) Sərhəd boyunca infrastrukturun, zastavaların yaradılması, təşkil edilməsi, sərhədlərin qorunması ilə bağlı hərbi texnika və ləvazimatlara ehtiyac yaranıb. Məhz buna görə büdcənin bu istiqamətində xərcləri artırılır.
BAKI, 27 oktyabr — Sputnik. Gələn il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılan vəsait məlum olub. Bu məlumat "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, bunun üçün dövlət büdcəsindən 4 489 892 429,0 manat vəsait ayrılacaq.
Vəsaitdən müdafiə qüvvələrinə 2 153 165 727,0 manat, milli təhlükəsizlik xərclərinə 285 501 146,0 manat, sərhəd xidmətinə 441 585 091,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 4 119 118,0 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 1 600 442 500,0 manat ayrılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, ümumilikdə 2022-ci il üzrə müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılması nəzərdə tutulan məbləğ cari ilin göstəricisindən təxminən 95,9 milyon manat azdır. Bu azalmaya baxmayaraq, gələn il üçün müdafiə qüvvələri, sərhəd xidməti, milli təhlükəsizlik sahəsinə ayrılan vəsaitdə ciddi artım var.
Belə ki, gələn ilin büdcəsindən Azərbaycan müdafiə qüvvələrinə ötən illə müqayisədə təxminən 218,8 milyon manat, sərhəd xidmətinə təxminən 159,9 milyon manat, milli təhlükəsizlik xərclərinə isə təxminən 24,8 milyon artıq vəsait ayrılıb.
Müdafiə qüvvələri və sərhəd xidmətinə ayrılan vəsaitlərin artması Azərbaycanın işğaldan azad olun ərazilərində hərbi infrastrukturun yenidən qurulması ilə əlaqələndirilir. Sputnik Azərbaycan məsələ ilə bağlı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə və hərbi ekspert Ruslan İmamquliyevlə həmsöhbət olub.
Millət vəkili bildirib ki, müdafiə qüvvələri və sərhəd xidmətinə gələn il ayrılacaq vəsaitin nisbətdə artırılmasının bir neçə səbəbi var: "Birincisi, işğaldan azad olunan ərazilərdə yeni hərbi obyektlərin strukturları yaradılacaq. Bu özü kifayət qədər vəsait tələb edən bir prosesdir. Bundan əlavə, Ermənistan-Azərbaycan sərhədi artıq tamamilə Azərbaycanın nəzarətindədir. Bu baxımdan sərhəd boyunca infrastrukturun, zastavaların yaradılması, təşkil edilməsi, sərhədlərin qorunması ilə bağlı hərbi texnika və ləvazimatlara ehtiyac yaranıb. Məhz buna görə büdcənin bu istiqamətində xərcləri artırılır".
Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan 44 günlük ağır müharibədən çıxıb və heç şübhəsiz ki, yeni hərbi texnikaların alınmasına, mövcud silahların yenilənməsinə ehtiyac var. Həmçinin digər ərazilərdə hərbi hissələrin yenilənməsi, tikilməsi də müəyyən xərclər tələb edir.
Hərbi ekspert Ruslan İmamquliyev isə hesab edir ki, Azərbaycan artıq öz hərbi xərclərini Ermənistan Respublikasının müdafiəyə ayırdığı xərclərlə müqayisə etməməlidir: "Düşünürəm ki, bundan sonrakı dönəmdə bu cür olmamalıdır. Çünki Ermənistan Respublikası havadarları tərəfindən qarşımıza çıxardılan ciddi bir təhdid idi və 44 günlük Vətən müharibəsi zamanı bu ölkə darmadağın edildi.
Bundan sonrakı dönəmdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin regionda söz sahibi ola bilməsi üçün müdafiə xərclərimizi artırmaqla bərabər, regionda maraqlı olan güc və imkanları nəzərə almalıdır. Bir çox hallarda hərbi büdcəmizi onların müdafiə xərclərinə ayırdığı vəsaitlə müqayisə etmək zamanıdır. Nəzərə alsaq ki, Vətən müharibəsindən sonra artıq Azərbaycan Türkiyə və Pakistan kimi strateji tərəfdaşlarla əməkdaşlıq edir. Bu iki ölkə də sadəcə öz regionlarında deyil, bütün dünyada sözünü demiş ordulara malik respublikalardır".
Ekspert bildirib ki, regionda sözünü demiş bir ordu olaraq Azərbaycan Silahlı Qüvvələrinin gələcəkdə daha ciddi hədəflərə imza atmaq naminə müdafiə xərcləri artırılarkən bu rəqəm daha ciddi tərəfdaşlar və təhdid ola biləcək dövlətlərlə müqayisə olunmalıdır.