SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Füzuli Beynəlxalq Hava Limanının açılışı keçirildi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər.
BAKI, 26 oktyabr — Sputnik. Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 26.10.2021
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər
Qarabağın hava qapısının simvolik açarı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Füzuli beynəlxalq hava liman
Simvolik açarı dövlət başçılarına "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov təqdim edib.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 26.10.2021
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər
Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.
***
Azərbaycan Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Füzuli hava limanında şəxsən qarşılayıb.
Hava limanında qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 26.10.2021
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir.
Türkiyə Prezidentinin olduğu təyyarə artıq Füzuli Beynəlxalq Hava Limanına enib.
Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə Prezidentini Esenboğa Hava Limanından Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.
Ərdoğanı Azərbaycana səfərdə milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın müşayiət edir.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlir.
Qeyd edək ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.
"Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq", - Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda vurğulanıb.
Həmçinin oxuyun:
* Ərdoğanın Azərbaycana səfər proqramı məlum olub
* İlham Əliyev gələn ay Türkiyəyə səfər edəcək
* Türkiyə 10 ölkənin səfirini "persona non qrata" elan edib
* Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır
* Ərdoğandan sərt sözlər: "Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar"
* Ərdoğanın təklifi Rusiyanın maraqlarına cavab verir - Mariya Zaxarova
Xəbər lenti
0