Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn ilin dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılacaq vəsait məlum olub

Manat - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
BAKI, 27 oktyabr — Sputnik. Gələn ilin dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan fəaliyyət sahələrinə 458 708 021,0 manat ayrılması nəzərdə tutulur.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, xərclərin 205 387 395,0 manatı mədəniyyət, incəsənət sahəsində fəaliyyətə, 43 890 288,0 manatı bədən tərbiyəsi və gənclər siyasəti üçün, 155 274 604,0 manatı mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər üçün nəzərdə tutulur.
Eləcə də oxuyun:
* Beynəlxalq münasibətlərə gələn il daha çox xərcləyəcəyik
* Azərbaycanda təhsilə dörd milyard manata yaxın vəsait ayrılacaq
* Azərbaycanda devalvasiya gözlənilir? Neftin ağ, manatın qara günləri
* Dövlət Neft Fondu iki milyard manata yaxın xərcə düşüb
* Gəlir və xərclərimiz nə qədər olub - Maliyyə Nazirliyinin operativ məlumatı
Xəbər lenti
0