Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Beynəlxalq münasibətlərə gələn il daha çox xərcləyəcəyik

© Sputnik Grigoriy SyisoevMəmur portfeli, arxiv şəkli
Məmur portfeli, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
2021-ci illə müqayisədə 2022-ci ildə beynəlxalq münasibətlər üçün xərclərin 24 faiz artırılması nəzərdə tutulub. 2021-ci ildə bu məqsədlə 274 300 000 manat vəsait ayrılıb
BAKI, 27 oktyabr — Sputnik. Gələn il dövlət büdcəsindən beynəlxalq münasibətlər üçün ayrılacaq vəsait məlum olub. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2022-ci ilin dövlət büdcəsindən beynəlxalq münasibətlər üçün 361 900 000 manat vəsait ayrılacaq.
Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə beynəlxalq münasibətlər üçün xərclərin 24 faiz artırılması nəzərdə tutulub. 2021-ci ildə bu məqsədlə 274 300 000 manat vəsait ayrılıb.
Qeyd edək ki, bu bölmə üzrə ayrılan vəsaitlər beynəlxalq və regional təşkilatlarla və maliyyə institutları ilə əməkdaşlıq, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqların saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərin keçirilməsi, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclər üçün nəzərdə tutulur.
Eləcə də oxuyun:
* Azərbaycanda təhsilə dörd milyard manata yaxın vəsait ayrılacaq
* Azərbaycanda devalvasiya gözlənilir? Neftin ağ, manatın qara günləri
* Dövlət Neft Fondu iki milyard manata yaxın xərcə düşüb
* Gəlir və xərclərimiz nə qədər olub - Maliyyə Nazirliyinin operativ məlumatı
Xəbər lenti
0