Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Fitnes mərkəzində fəhlə ölümü ilə bağlı cinayət işi başlanıb

© Sputnik / Igor Zarembo / Mediabanka keçidKaska
Kaska - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişovun işlədiyi yerdə aldığı xəsarət nəticəsində xəstəxanada ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat verilib.
Sputnik Azərbaycan xəbər verir ki, aparılmış araşdırmalarla İqram Dervişovun Suraxanı rayonu ərazisində yerləşən "Xəyal Adaları" yaşayış kompleksindəki fitnes-SPA mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işləri görən zaman üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılması nəticəsində baş nahiyəsindən aldığı xəsarətdən xəstəxanada öldüyü müəyyənləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Eləcə də oxuyun:
* Bakıda avtobus piyadanı vuraraq öldürdü
* Monteneqro Telman İsmayılovun ekstradisiyasını planlaşdırmayıb
* Tələbələr BSU-nun şöbə müdirinin məhkəməsində dindiriliblər
* Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi
Xəbər lenti
0