Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda avtobus piyadanı vuraraq öldürdü

© Sputnik / Rashad KeremogluTəcili tibbi yardım maşını
Təcili tibbi yardım maşını - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
General-Avto-Company firmasının müvəqqəti istismarında olan 169 nömrəli avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
BAKI, 26 oktyabr — Sputnik. Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb. Sputnik Azərbaycan-ın “Report”a istinadən xəbərinə görə, hadisə oktyabrın 25-də axşam saatlarında Binə qəsəbəsi, “Badam bağları” yaşayış sahəsində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Müslüm Əhmədovun idarə etdiyi 169 nömrəli marşrut xətti üzrə “Daewoo” markalı sərnişin avtobusu yolu keçən piyadanı – 1985-ci il təvəllüdlü Zaur Ələkbərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, General-Avto-Company firmasının müvəqqəti istismarında olan 169 nömrəli avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Avtobus piyadanı vurub. Hadisə ötən gün axşam saat 19:30 radələrində qeydə alınıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbər lenti
0