https://sputnik.az/20211022/taksi-surucusu-mektebli-qiza-tecavuze-cehd-etdi-434499868.html
Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi
Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi
Sputnik Azərbaycan
Sosial şəbəkədə yayılan məlumatlara görə, Beyləqan rayonu ərazisində taksi sürücüsü 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz etməyə cəhd edib. 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T19:06+0400
2021-10-22T19:06+0400
2021-10-22T19:06+0400
hadisə
təcavüz
cinayət işi
qız
beyləqan
cəhd
taksi sürücüsü
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1b/426558814_27:0:989:541_1920x0_80_0_0_e71e3f6ba6aad94fbdf9b703357f5202.jpg
BAKI, 22 oktyabr — Sputnik. Füzuli rayon sakini olan taksi sürücüsünün Beyləqan rayonuna kursa apardığı azyaşlı qıza təcavüzə cəhd etməsi ilə əlaqədar cinayət işi açılıb. Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.Məlumata görə, bununla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb: "Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Beyləqan rayonu ərazisində taksi sürücüsü 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz etməyə cəhd edib. Buna cavab olaraq qızın yaxınları taksi sürücüsünü döyərək lentə alıblar. Həmin videogörüntülər sosial şəbəkələrdə yayılıb.Xatırladaq ki, bir müddət öncə Bakıda gənc aktrisa Lalə Süleymanova taksidə seksual hərəkətlərə məruz qalmışdı. 99-FD-996 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü "Şamaxinka"dan Masazır qəsəbəsinə müştəri aparıb. Aktrisa arxa oturacaqda bəylərin olacağını düşünərək ön tərəfdə əyləşib. Hər şey də bundan sonra baş verib. Əxlaqsız sürücü yolboyu cinsi orqanını çıxararaq əli ilə seksual xarakterli hərəkətlər edib. Xanım sərnişin bunun fərqinə vardığı zaman maşını saxlatdıraraq oradan qaçmaq istəyib, amma baş verənləri isbat edə bilməyəcəyini düşünüb və həmin sürücünün hərəkətlərini telefonu ilə videoya çəkməyə başlayıb. Daha sonra həmin görüntülərlə Xırdalan şəhər polis idarəsinə müraciət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1b/426558814_147:0:868:541_1920x0_80_0_0_f9e7c48acc10c0e5dd6a4c1d10f1abae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təcavüz, cinayət işi, qız, beyləqan, cəhd, taksi sürücüsü
təcavüz, cinayət işi, qız, beyləqan, cəhd, taksi sürücüsü
Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi
Sosial şəbəkədə yayılan məlumatlara görə, Beyləqan rayonu ərazisində taksi sürücüsü 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz etməyə cəhd edib.
BAKI, 22 oktyabr — Sputnik. Füzuli rayon sakini olan taksi sürücüsünün Beyləqan rayonuna kursa apardığı azyaşlı qıza təcavüzə cəhd etməsi ilə əlaqədar cinayət işi açılıb. Bu barədə
Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, bununla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb: "Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Beyləqan rayonu ərazisində taksi sürücüsü 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz etməyə cəhd edib. Buna cavab olaraq qızın yaxınları taksi sürücüsünü döyərək lentə alıblar. Həmin videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, bir müddət öncə Bakıda gənc aktrisa Lalə Süleymanova taksidə seksual hərəkətlərə məruz qalmışdı. 99-FD-996 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü "Şamaxinka"dan Masazır qəsəbəsinə müştəri aparıb. Aktrisa arxa oturacaqda bəylərin olacağını düşünərək ön tərəfdə əyləşib. Hər şey də bundan sonra baş verib. Əxlaqsız sürücü yolboyu cinsi orqanını çıxararaq əli ilə seksual xarakterli hərəkətlər edib. Xanım sərnişin bunun fərqinə vardığı zaman maşını saxlatdıraraq oradan qaçmaq istəyib, amma baş verənləri isbat edə bilməyəcəyini düşünüb və həmin sürücünün hərəkətlərini telefonu ilə videoya çəkməyə başlayıb. Daha sonra həmin görüntülərlə Xırdalan şəhər polis idarəsinə müraciət edib.