https://sputnik.az/20211025/monteneqro-telman-smayilovun-ekstradisiyasini-planlasdirmirdi-434551842.html
Monteneqro Telman İsmayılovun ekstradisiyasını planlaşdırmayıb
Monteneqro Telman İsmayılovun ekstradisiyasını planlaşdırmayıb
Sputnik Azərbaycan
Azərbaycanlı biznesmenə bu ölkədə siyasi sığınacaq verilib və onun vəkili, beynəlxalq hüquq üzrə mütəxəssis Miloş Vuksanoviç belə hesab edir ki, həmin qərarı... 25.10.2021, Sputnik Azərbaycan
2021-10-25T12:15+0400
2021-10-25T12:15+0400
2021-10-25T18:36+0400
dünya xəbərləri
rusiya
monteneqro
ekstradisiya
https://cdnn1.img.sputnik.az/img/40703/55/407035596_0:0:2730:1537_1920x0_80_0_0_13957ca9bf20b0a9ce3a37b112b064a1.jpg
BAKI, 25 oktyabr — Sputnik. Moskvadakı "Çerkizov" bazarının keçmiş sahibi, azərbaycanlı biznesmen Telman İsmayılovun Rusiyaya ekstradisiya məsələsi Monteneqroda müzakirə olunmur, çünki o, bu ölkədən siyasi sığınacaq alıb. Bu barədə RİA Novosti-yə İsmayılovun vəkili Marina Rusakova məlumat verib.Qeyd edək ki, Telman İsmayılov bu il oktyabrın 1-də Podqoritsada saxlanılmış, Moskva onun ekstradisiyasını tələb etmişdi.Rusiyanın ən varlı biznesmenlərinin siyahısına daxil olan İsmayılov 2009-cu ildə əsas aktivi - paytaxtın ən böyük xırda topdansatış ticarət mərkəzi olan Çerkizov bazarı haqda hüquq-mühafizə orqanlarının iddiaları ilə üz-üzə qalıb. Sanitar nəzarət orqanları orada çoxsaylı pozuntu aşkarladıqdan sonra bazar bağlanıb.RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko RİA Novosti-nin sorğusuna cavabında deyib ki, təmsil etdiyi qurumun icraatında Telman İsmayılovun iki sahibkarın qətli və digər qanunsuz əməllərinə dair cinayət işi var.Onun sözlərinə görə, istintaqdan yayındığına görə İsmayılov barəsində beynəlxalq axtarış verilib.Bundan başqa, istintaq məlumatına görə, T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brılyovun qətlini təşkil edib. Bildirilir ki, o, cinayətin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla cızıb. İcraçı isə Mehman Kərimov olub. 2016-cı il mayın 15-də Novorijski şossesində Kərimov avtomobilin içində Savkinlə Brılyova tapançadan atəş açıb və bu onların ölümü ilə nəticələnib. Rafiq İsmayılov Kərimovu hadisə yerindən çıxarıb, sonra isə əlbir olan qardaşlar həm Kərimovu, həm də cinayət alətini gizlədiblər.Rafiq İsmayılovla Mehman Kərimov nəzarətə götürülüblər. Telman və Vaqif İsmayılovlar barəsində isə şərti həbs tədbiri seçilib. Mehman Kərimov haqqında isə cəzasını rejimli koloniyada çəkməklə13 il həbs cəzası verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40703/55/407035596_0:0:2730:2048_1920x0_80_0_0_e217728d6319245092c8fe2bfddd032a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, monteneqro, ekstradisiya
rusiya, monteneqro, ekstradisiya
Monteneqro Telman İsmayılovun ekstradisiyasını planlaşdırmayıb
12:15 25.10.2021 (Yenilənib: 18:36 25.10.2021) Azərbaycanlı biznesmenə bu ölkədə siyasi sığınacaq verilib və onun vəkili, beynəlxalq hüquq üzrə mütəxəssis Miloş Vuksanoviç belə hesab edir ki, həmin qərarı ləğv etmək mümkün deyil.
BAKI, 25 oktyabr — Sputnik. Moskvadakı "Çerkizov" bazarının keçmiş sahibi, azərbaycanlı biznesmen Telman İsmayılovun Rusiyaya ekstradisiya məsələsi Monteneqroda müzakirə olunmur, çünki o, bu ölkədən siyasi sığınacaq alıb. Bu barədə RİA Novosti-yə İsmayılovun vəkili Marina Rusakova məlumat verib.
"Heç kim ekstradisiyaya (Rusiyaya-red.) etiraz etməyib, sadəcə ona görə ki, bu məsələ heç vaxt müzakirə olunmayıb. Telman İsmayılova siyasi sığınacaq verilib və onun Monteneqrodakı vəkili, beynəlxalq hüquq üzrə mütəxəssis Miloş Vuksanoviç belə hesab edir ki, həmin qərarı ləğv etmək mümkün deyil", – deyə Rusakova bildirib.
Qeyd edək ki, Telman İsmayılov bu il oktyabrın 1-də Podqoritsada saxlanılmış, Moskva onun ekstradisiyasını tələb etmişdi.
Rusiyanın ən varlı biznesmenlərinin siyahısına daxil olan İsmayılov 2009-cu ildə əsas aktivi - paytaxtın ən böyük xırda topdansatış ticarət mərkəzi olan Çerkizov bazarı haqda hüquq-mühafizə orqanlarının iddiaları ilə üz-üzə qalıb. Sanitar nəzarət orqanları orada çoxsaylı pozuntu aşkarladıqdan sonra bazar bağlanıb.
RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko RİA Novosti-nin sorğusuna cavabında deyib ki, təmsil etdiyi qurumun icraatında Telman İsmayılovun iki sahibkarın qətli və digər qanunsuz əməllərinə dair cinayət işi var.
Onun sözlərinə görə, istintaqdan yayındığına görə İsmayılov barəsində beynəlxalq axtarış verilib.
Bundan başqa, istintaq məlumatına görə, T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brılyovun qətlini təşkil edib. Bildirilir ki, o, cinayətin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla cızıb. İcraçı isə Mehman Kərimov olub. 2016-cı il mayın 15-də Novorijski şossesində Kərimov avtomobilin içində Savkinlə Brılyova tapançadan atəş açıb və bu onların ölümü ilə nəticələnib. Rafiq İsmayılov Kərimovu hadisə yerindən çıxarıb, sonra isə əlbir olan qardaşlar həm Kərimovu, həm də cinayət alətini gizlədiblər.
Rafiq İsmayılovla Mehman Kərimov nəzarətə götürülüblər. Telman və Vaqif İsmayılovlar barəsində isə şərti həbs tədbiri seçilib. Mehman Kərimov haqqında isə cəzasını rejimli koloniyada çəkməklə13 il həbs cəzası verilib.