https://sputnik.az/20211025/erdoganin-azerbaycana-sefer-proqrami-melum-olub-434573976.html
Ərdoğanın Azərbaycana səfər proqramı məlum olub
Ərdoğanın Azərbaycana səfər proqramı məlum olub
Sputnik Azərbaycan
Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak... 25.10.2021, Sputnik Azərbaycan
2021-10-25T17:43+0400
2021-10-25T17:43+0400
2021-10-25T17:45+0400
siyasət
səfər
proqram
rəcəb tayyip ərdoğan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0f/427218042_0:0:1199:674_1920x0_80_0_0_852a5f5789ed9b4b88e842307e093867.jpg
BAKI, 25 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.Bildirilib ki, R.T.Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük işgüzar səfər edəcək. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.Qeyd olunub ki, Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar."Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq", - məlumatda vurğulanıb.Eləcə də oxuyun:* İlham Əliyev gələn ay Türkiyəyə səfər edəcək* Türkiyə 10 ölkənin səfirini "persona non qrata" elan edib* Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır* Ərdoğandan sərt sözlər: "Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar"* Ərdoğanın təklifi Rusiyanın maraqlarına cavab verir - Mariya Zaxarova
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0f/427218042_145:0:1044:674_1920x0_80_0_0_f9c722faab05a89c64dfedc2f3e35a1f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
səfər, proqram, rəcəb tayyip ərdoğan, azərbaycan
səfər, proqram, rəcəb tayyip ərdoğan, azərbaycan
Ərdoğanın Azərbaycana səfər proqramı məlum olub
17:43 25.10.2021 (Yenilənib: 17:45 25.10.2021) Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.
BAKI, 25 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, R.T.Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük işgüzar səfər edəcək. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.
"Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq", - məlumatda vurğulanıb.
*
Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır