https://sputnik.az/20211022/erdogandan-sert-sozler-ermenistanin-resmi-xeber-agentliyi-kimi-davrandilar-434493158.html
Ərdoğandan sərt sözlər: "Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar"
Ərdoğandan sərt sözlər: "Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar"
Sputnik Azərbaycan
Ərdoğan vurğulayıb ki, qondarma "soyqırımı" iddiaları başda olmaqla tariximizi, milli təhlükəsizliyimizi və millətimizin dəyərlərini hədəf seçən oxşar... 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T17:02+0400
2021-10-22T17:02+0400
2021-10-22T17:02+0400
siyasət
türkiyə
ermənistan
kiv
media
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516132_0:0:3027:1703_1920x0_80_0_0_f9ec1d66737ae96f716d23723402414c.jpg
BAKI, 22 oktyabr — Sputnik. "Ötən il 44 gün boyunca Ermənistan ordusunun qadağan olunmuş silahlardan istifadə edərək dinc insanlara hücum etməsini dünya mediası gündəmə gətirmədi". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən "Media Forumu"nda çıxışı zamanı deyib.Qarabağ müharibəsi ölkələrimiz və Türk dünyası ilə bağlı həqiqətlərə qarşı göstərilən nə ilk, nə də son nümunədir. Qondarma "soyqırımı" iddiaları başda olmaqla tariximizi, milli təhlükəsizliyimizi və millətimizin dəyərlərini hədəf seçən oxşar münasibətə şahid oluruq. Necə ki müdafiə sənayesində əcnəbi ölkələrə bel bağlamırıqsa, eləcə də media sahəsində də bizə vicdan dərsi keçmək istəyənlərə güvənməməliyik. Türk dünyası olaraq bu xüsusda təşəbbüsü ələ almalı, təcrübə mübadiləsinə getməli, güclərimizi birləşdirməli və əlimizdəki imkanları ən effektiv şəkildə dəyərləndirməliyik", - deyə Türkiyə prezidenti vurğulayıb.Qeyd edək ki, bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) "Media Forumu" işə başlayıb. Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.
https://sputnik.az/20211021/putin-lham-eliyevin-mudrikliyi-ve-zengezur-koridoru-barede-434464985.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516132_296:0:3027:2048_1920x0_80_0_0_d2e75669ad6c8bd18d913cf8306beed4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, ermənistan, kiv, media, azərbaycan
türkiyə, ermənistan, kiv, media, azərbaycan
Ərdoğandan sərt sözlər: "Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar"
Ərdoğan vurğulayıb ki, qondarma "soyqırımı" iddiaları başda olmaqla tariximizi, milli təhlükəsizliyimizi və millətimizin dəyərlərini hədəf seçən oxşar münasibətə şahid oluruq.
BAKI, 22 oktyabr — Sputnik. "Ötən il 44 gün boyunca Ermənistan ordusunun qadağan olunmuş silahlardan istifadə edərək dinc insanlara hücum etməsini dünya mediası gündəmə gətirmədi".
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən "Media Forumu"nda çıxışı zamanı deyib.
"Türk dünyası, rəqəmsal faşizmlə yanaşı, beynəlxalq medianın ikili standartlarından əziyyət çəkir. Xüsusilə 44 gün davam edən Dağlıq Qarabağ müharibəsi zamanı şahid olduğumuz ikili münasibət məsələnin ölkələrimiz üçün önəmini ortaya qoyur. Ermənistan ordusunun dinc insanları hədəf alan qətliam və ballistik raket hücumları bu zaman heç gündəmə gətirilmədi. Media müstəqilliyi və obyektivliyindən bəhs edən beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar.
Qarabağ müharibəsi ölkələrimiz və Türk dünyası ilə bağlı həqiqətlərə qarşı göstərilən nə ilk, nə də son nümunədir. Qondarma "soyqırımı" iddiaları başda olmaqla tariximizi, milli təhlükəsizliyimizi və millətimizin dəyərlərini hədəf seçən oxşar münasibətə şahid oluruq. Necə ki müdafiə sənayesində əcnəbi ölkələrə bel bağlamırıqsa, eləcə də media sahəsində də bizə vicdan dərsi keçmək istəyənlərə güvənməməliyik. Türk dünyası olaraq bu xüsusda təşəbbüsü ələ almalı, təcrübə mübadiləsinə getməli, güclərimizi birləşdirməli və əlimizdəki imkanları ən effektiv şəkildə dəyərləndirməliyik", - deyə Türkiyə prezidenti vurğulayıb.
Qeyd edək ki, bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) "Media Forumu" işə başlayıb. Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.