https://sputnik.az/20211025/koronavirusun-delta-stamminin-fotosekli-derc-olunub-434574240.html
Koronavirusun "Delta" ştammının fotoşəkli dərc olunub
Koronavirusun "Delta" ştammının fotoşəkli dərc olunub
Sputnik Azərbaycan
BAKI, 25 oktyabr — Sputnik. "Vektor" Dövlət Virusologiya və Biotexnologiyalar Tədqiqat Mərkəzi ilk dəfə olaraq elektron mikroskop kamerası ilə çəkilmiş... 25.10.2021, Sputnik Azərbaycan
2021-10-25T19:26+0400
2021-10-25T19:26+0400
2021-10-25T19:26+0400
virus
səhiyyə
şəkil
yeni tip koronavirus pandemiyası
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434574195_0:441:2049:1593_1920x0_80_0_0_3a20bdfeae2bf722db0190cf50781bd0.jpg
BAKI, 25 oktyabr — Sputnik. "Vektor" Dövlət Virusologiya və Biotexnologiyalar Tədqiqat Mərkəzi ilk dəfə olaraq elektron mikroskop kamerası ilə çəkilmiş koronavirusun "Delta" ştammının fotoşəkillərini dərc edib. Şəkil eksklüziv olaraq RİA Novosti-də yerləşdirilib."Virus Afrikanın yaşıl əntər meymununun böyrəyinin epiteli hüceyrələrində süni şəkildə yetişdirilib", - deyə məlumatda bildirilib.Mərkəzdə dəqiqləşdirilib ki, hüceyrələrin epoksidli qatranlarına tökülmüş ultra incə dilimlər elektron mikroskop üçün standart nümunə hazırlama üsuluna görə rənglənib.ÜST-ün məlumatına görə, B.1.617 adlanan Hindistan ştammı ("Delta") 2020-ci ilin oktyabrında müəyyən edilib. O, qısa inkubasiya dövrü və insan orqanizmində artan yük ilə fərqlənir. Bundan əlavə, onun orqanizmdən xaric olma müddəti uzanıb, bu da həkimlərin sağalma anını müəyyən etmələrini çətinləşdirir.Əsas simptomlar başağrısı, zökəm, boğaz ağrısı və yüksək hərarətdir. Üstəlik ümumiyyətlə iybilmə itmir və öskürək olmur. Həmçinin mütəxəssislərin fikrincə, bu növ koronavirus rinovirusda olduğu kimi, qarın ağrısı, qusma və burundan bol axıntı ilə xarakterizə olunur. Yorğunluq, depressiya və ruhdan düşmə hissləri də mümkündür.2021-cil ilin oktyabrın 19-da "Delta" ştammı 193 dövlət və ərazidə aşkarlanıb, dünyada o, üstünlük təşkil edir. Rusiyada ilk "Delta" ştammına yoluxma halı 2021-ci ilin aprelində qeydə alınıb. Sentyabr ayında SARS-CoV-2-nin bu variantı ölkədə sıralanmış bütün mutasiyaların 97 faizini təşkil edib.Eləcə də oxuyun:* Koronavirusun "sevdiyi" orqanlar* Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?* Koronavirusun yeni yayılmış AY.4.2 ştammı qorxuludurmu?* İsraildən sonra Rusiyada koronavirusun yeni növü sürətlə yayılır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434574195_0:249:2049:1785_1920x0_80_0_0_4b28f0b1a430319d8ef30a556ebd42bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
virus, şəkil, yeni tip koronavirus pandemiyası, koronavirus
virus, şəkil, yeni tip koronavirus pandemiyası, koronavirus
BAKI, 25 oktyabr — Sputnik. "Vektor" Dövlət Virusologiya və Biotexnologiyalar Tədqiqat Mərkəzi ilk dəfə olaraq elektron mikroskop kamerası ilə çəkilmiş koronavirusun "Delta" ştammının fotoşəkillərini dərc edib. Şəkil eksklüziv olaraq
RİA Novosti-də yerləşdirilib.
"Virus Afrikanın yaşıl əntər meymununun böyrəyinin epiteli hüceyrələrində süni şəkildə yetişdirilib", - deyə məlumatda bildirilib.
Mərkəzdə dəqiqləşdirilib ki, hüceyrələrin epoksidli qatranlarına tökülmüş ultra incə dilimlər elektron mikroskop üçün standart nümunə hazırlama üsuluna görə rənglənib.
ÜST-ün məlumatına görə, B.1.617 adlanan Hindistan ştammı ("Delta") 2020-ci ilin oktyabrında müəyyən edilib. O, qısa inkubasiya dövrü və insan orqanizmində artan yük ilə fərqlənir. Bundan əlavə, onun orqanizmdən xaric olma müddəti uzanıb, bu da həkimlərin sağalma anını müəyyən etmələrini çətinləşdirir.
Əsas simptomlar başağrısı, zökəm, boğaz ağrısı və yüksək hərarətdir. Üstəlik ümumiyyətlə iybilmə itmir və öskürək olmur. Həmçinin mütəxəssislərin fikrincə, bu növ koronavirus rinovirusda olduğu kimi, qarın ağrısı, qusma və burundan bol axıntı ilə xarakterizə olunur. Yorğunluq, depressiya və ruhdan düşmə hissləri də mümkündür.
2021-cil ilin oktyabrın 19-da "Delta" ştammı 193 dövlət və ərazidə aşkarlanıb, dünyada o, üstünlük təşkil edir. Rusiyada ilk "Delta" ştammına yoluxma halı 2021-ci ilin aprelində qeydə alınıb. Sentyabr ayında SARS-CoV-2-nin bu variantı ölkədə sıralanmış bütün mutasiyaların 97 faizini təşkil edib.