Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusun "sevdiyi" orqanlar

© AFP 2024 / STRTibb işçisi, arxiv şəkli
Tibb işçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.10.2021
Abunə olmaq
Xəstəlik immun yaddaşına da ciddi təsir edir, bu səbəbdən də xəstəliyi keçirənlər yeni infeksiyalara yoluxaraq daha tez-tez xəstələnməyə başlayırlar.
BAKI, 24 oktyabr - Sputnik. Koronavirus infeksiyası ən çox ağciyərləri, damarların endotelisini, qaraciyəri və bağırsağı hücum hədəfi seçir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə infeksionist Yevgeni Timakov danışıb.
Həkim qeyd edib ki, həmin orqanlarda, xüsusilə bağırsaq və qaraciyərdə reseptorların sayı çox olduğundan virus onlara yapışaraq çoxalır: "Bu səbəbdən də damarlar infeksiyaya reaksiya verir, tromblaşma yaranır".
Eyni zamanda zədələnməyə görə böyüklər arasında qaraciyər, uşaqlarda isə bağırsaq üçüncü yerdə gəlir.
İnfeksionist deyir ki, xəstəlik immun yaddaşına da ciddi təsir edir, bu səbəbdən də xəstəliyi keçirənlər yeni infeksiyalara yoluxaraq daha tez-tez xəstələnməyə başlayırlar. Onlarda COVID-19-dan əvvəl gizli formada yaşayan xəstəliklər, məsələn, herpesin növləri kəskinləşə bilər.
Eləcə də oxuyun:
* Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?
* Koronavirusun yeni yayılmış AY.4.2 ştammı qorxuludurmu?
* İsraildən sonra Rusiyada koronavirusun yeni növü sürətlə yayılır
Xəbər lenti
0