Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusun yeni yayılmış AY.4.2 ştammı qorxuludurmu?

© Sputnik / Murad Orujov Təcili yardım briqadası
 Təcili yardım briqadası - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
Viruslar mutasiyaya uğradıqca onların xəstəlik törətmə qabiliyyəti zəifləyir. Amma onlar arasından bir ərköyün ştamm qeydə alına bilər ki, yoluxduruculuq və ölüm xüsusiyyəti yüksək olsun.
BAKI, 22 oktyabr — Sputnik. Koronavirusun yeni yayılmış AY.4.2 ştammı artıq dünya ölkələrində narahatlıq yaradıb. Böyük Britaniyada aşkarlanan koronavirusun bu yeni yeni ştammı təhlükəli hesab edilir.
Xarici KİV-in məlumatına görə, AY.4.2 adı almış yeni ştamm "Delta"dan 10-15% daha yoluxucu sayılır. Araşdırma təsdiqini taparsa, AY.4.2 ştammı tarixdə ən yoluxucu ştamm adını alacaq. Britaniyada virusun yoluxma hallarını 10% artırdığı təxmin olunur. Böyük Britaniya ilə yanaşı, İsraildə də virus 9 yaşlı uşaqda aşkar olunub.
Sputnik Azərbaycan AY.4.2 ştammının ölkəmiz üçün təhlükəsini araşdırıb.
TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov bildirib ki, yeni mutant kimi qələmə verilən AY.4.2 ştammı əslində yeni deyil. İyulda identifikasiya olunub:

"Əvvəllər də buna "Delta plyus" ştammı deyilirdi. "Delta plyus" ştammının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticisimlərə qarşı müəyyən rezistentlik göstərir. Bu ştammların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub. "Delta plyus" ştammları "COVID-19" virusunun mutasiya edilmiş formasıdır. Bundan sonra da mutasiyalar gözləyə bilərik".

A.Qurbanovun sözlərinə görə, "COVID-19" virusları mutasiyaya meyilli virusdur. Onu sözlərinə görə, xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur: "Onu da vurğulayım ki, istər müalicə, istər profilaktika tədbirləri eynidir. Və ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "Delta plyus" ştammına qarşı effektivliyini qorumaqdadır".
İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusun yeni yayılmış AY.4.2 ştammının "Delta plyus" ştammlarından yoluxuculuq qabiliyyətinə görə yüksək olacağı bildirilsə də, gündəlik müşahidə bunun əksini göstərir. V.Cavadzadə deyir ki, koronavirusun mutasiyası onun həyat qabiliyyətidir.
Ekspert bildirir ki, "Mu" ştammının yoluxduruculuq qabiliyyətinin də yüksək olacağı proqnozlaşdırılsa da, dünyanın 100-dən artıq ölkəsinə yayılmasına baxmayaraq yoluxdurma faizi, eləcə də öldürücülük xüsusiyyəti "Delta" ştammından yüksək olmayıb. Onun sözlərinə görə, AY.4.2 ştammı ilə bağlı da yayılma sürətinə görə narahat olmağa dəyməz.
V.Cavadzadə deyir ki, "Delta" ştammı indiyədək yayılmış ştammlar arasında ən kontagiozdur. COVID-19-a nisbətən "Delta" ştammında ölüm halları da yüksək olub. Onun sözlərinə görə, koronavirusun indiyə qədər yayılmış ştammları arasında məktəb yaşlı uşaqlar arasında yoluxmaya da əsasən "Delta" ştammında rast gəlinib.
İnfeksionist bildirir ki, bundan sonra yüzlərlə ştammlar yayılacaq: "Viruslar mutasiyaya uğradıqca onların xəstəlik törətmə qabiliyyəti zəifləyir. Amma onlar arasından bir ərköyün ştamm qeydə alına bilər ki, yoluxduruculuq və ölüm xüsusiyyəti yüksək olsun".
Həmsöhbətimiz bildirir ki, AY.4.2 ştammının diaqnostikası, müalicəsi, profilaktikası COVID-19-un digər ştammlarından fərqlənmir: "AY.4.2 ştammının da əlamətləri COVID-19-dakı kimidir. Xəstəyə baxmaqla əlamətlərdən onun hansı ştamma yoluxduğunu bilmək mümkün deyil. Bu yalnız PZR testlə mümkündür. Əhalinin təşvişə düşməsinə heç bir ehtiyac yoxdur".
Eləcə də oxuyun
Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir
"Pfizer" və "Moderna" peyvəndlərinin az rast gəlinən yan təsiri məlum olub
Rusiyada COVID-19 əleyhinə AstraZeneca peyvəndinin istehsalına başlanıb
COVID-19 statistikası: sutka ərzində yoluxanların və vəfat edənlərin sayı azalıb
Özbəkistanda pomidordan koronavirusa qarşı peyvənd hazırlanır
Avtobuslar niyə həftəsonu virus yayır? Məntiqi izahı olmayan qərara tutarlı etirazlar
Vaksin qorxusu ilə necə mübarizə aparmalı? - Psixoloq məsləhəti
ÜST-dən sevindirici xəbər
Xəbər lenti
0