Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qazanxana, kombi, məhkəmə və abır-həya - bu qış bəziləri üşüyəcəklər

© Sputnik / Nigar IskanderovaBakının mərkəzində hündürmərtəbəli binalar
Bakının mərkəzində hündürmərtəbəli binalar - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Abunə olmaq
Ekspert istilik xidmətləri sahəsində mövcud vəziyyətdən, görüləcək işlərdən danışıb, qazanxanalara satılan qazın qiymətinin artırılmasına münasibət bildirib
BAKI, 23 oktyabr — Sputnik. "Azəristiliktəchizat" ASC-yə, məhəllə qazanxanalarına satılan təbii qazın tarifinin 3,5 qəpik artırılaraq 16,5 qəpik olması istilik tariflərinə təsir göstərə bilər. Bunu daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 16 oktyabr iclasında "Azəristiliktəchizat" ASC-yə, məhəllə qazanxanalarına satılan təbii qazın tarifi 3,5 qəpik artırılaraq 16,5 qəpik müəyyən edilib. Lakin bu ilin 30 iyununda Tarif Şurasının iclasında təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilmişdi.
Bu sahədə mövcud vəziyyət və görüləcək işlərdən danışan ekspert Ramil Qasımzadə bildirib ki, bir sıra istilik xətlərinin köhnə olması, tez-tez qəza hallarının baş verməsi, bəzən vətəndaşların səhlənkarlığı ucbatından istiliyin bərabər paylanmaması problemlərə səbəb olur və ona görə də əksəriyyət kombi ilə mənzili isitmək məcburiyyətində qalır.
"Premium sinifli binaları çıxmaq şərtilə yeni tikili çoxmənzilli binaların əksəriyyətində qazanxanalar yoxdur. Qazanxanaların inşası əlavə vəsait deməkdir, təkcə qazanxana avadanlığı 300-350 min manatdır. Məsələn, 4 bloklu bina üçün qazanxananın yaradılması, istilik sisteminin çəkilməsi 2-3 milyon manata başa gəlir. Bu da mənzil-tikinti kooperativlərinə (MTK) sərf etmir. Digər tərəfdən, bina təhvil veriləndən sonra məskunlaşma tam olmur və bu zaman istilik xidmətləri üzrə haqlar istənilən səviyyədə yığılmır. MTK-lar istilik haqlarını yığa bilmədiklərini dilə gətirirlər".
Ramil Qasımzadə
Daşınmaz əmlak məsələləri üzrə ekspert
Onun sözlərinə görə, bəzən vətəndaşlar istilik xəttini kəsirlər və mənzillər istiliksiz qalır: "Vətəndaşlar da kombi qoymaq məcburiyyətində qalırlar. Bu zaman çıxış yolu ancaq məhkəməyə müraciətdir. "Azəristiliktəchizat" həmin vətəndaşı məhkəməyə verməli və kəsilən yer bərpa olunmalıdır. "Azəristiliktəchizat" birbaşa mənzilə müdaxilə edə bilmədiyi üçün yalnız məhkəmə vasitəsilə bunu edə bilər. Bu sahədə idarəetmədə boşluqlar çoxdur. Bu sahənin tənzimlənməsi üçün yeni qanun qəbul edilməlidir. Qaz və işıqdakı kimi istilik xətlərinə müdaxilə yolverilməz olmalıdır. Bu istiqamətdə vətəndaşlar arasında maarifləndirmə işləri də aparılmalıdır, səhlənkarlıqlar var".
Mətbəxdə qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.10.2021
QARABAĞ
Qarabağ necə qazlaşdırılacaq? Rəsmi açıqlandı
"Vətəndaş üçün qazanxana kombidən daha sərfəlidir. “Azəristiliktəchizat” tərəfindən göstərilən xidmətlərin tarifləri Tarif Şurası tərəfindən tənzimlənir. Hazırda əhali qrupu üzrə mənzilin hər kvadratmetrinə görə aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kubmetr isidilən həcmə görə aylıq 25 qəpik ödənilir", - deyə o əlavə edib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi təsdiq edilib. Yol Xəritəsi 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir.
Sənəddə deyilir ki, Azərbaycanda şəhər və rayonların sürətli inkişafı, infrastruktur şəbəkələrinin genişlənməsi, yeni yaşayış, təhsil, səhiyyə obyektlərinin, ictimai və digər sosial binaların tikintisi və istifadəyə verilməsi ilə əlaqədar onların infrastruktur tələbatının ən vacib elementlərindən olan enerjidaşıyıcılarla, o cümlədən istilik təchizatı xidmətləri ilə lazımi səviyyədə təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan müəyyən edilən strateji hədəflərin həyata keçirilməsi ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sistemi yaratmaqla, istehlakçıların istilik enerjisinə olan tələbatının fasiləsiz və keyfiyyətli təminatını təşkil etməyə, isitmə məqsədilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatını azaltmaqla, enerji resurslarından səmərəli istifadə olunmasına, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsinə imkan verəcək.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin ildən-ilə gücləndirilməsi Azərbaycan Respublikasında müasir standartlara cavab verən kommunal xidmət kompleksinin yaradılmasını, o cümlədən istehlakçıların istilik təchizatı xidmətləri ilə keyfiyyətli təminatı üçün infrastruktur şəbəkələrinin yenidən qurulması işlərinin davam etdirilməsini şərtləndirir.
Mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin əhatə dairəsinin genişləndirilməsi isitmə məqsədləri üçün birbaşa istifadə edilən təbii qaz və elektrik enerjisindən daha səmərəli və təyinatı üzrə istifadə olunmasına, mazut, dizel yanacağı, odun və digər yanacaq vasitələrindən istifadəni minimuma endirməklə ətraf mühiti və ekoloji təmizliyi qorumağa imkan verəcək.
Qış parkı - Sputnik Azərbaycan, 1920, 19.10.2021
CƏMİYYƏT
"Azəristiliktəchizat" heç nə demir, digər qurumlar isə qışa hazır olduqlarını söyləyir
Sənədə əsasən, istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının təşkili prinsiplərinin müəyyən edilməsi və tənzimlənməsi, həmçinin istehlakçı və istehsalçı münasibətlərinin hüquqi müstəvidə formalaşdırılması məqsədilə istilik enerjisindən istifadə qaydaları, habelə istilik təchizatı sistemlərinin tikintisi və istismarı haqqında normalar və standartlar hazırlanacaq.
Respublika ərazisində isti su xidmətinin əhatə dairəsinin kiçik olduğunu, eləcə də Azərbaycan kimi mülayim iqlim şəraitinə malik ölkələrdə (Türkiyə, Gürcüstan və s.) isti su xidmətinin mərkəzləşmiş qaydada verilməsinin məqbul hesab olunmadığını nəzərə alaraq, isti su sahəsində bazar iqtisadiyyatı prinsiplərinin tətbiq edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və müəssisənin təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması məqsədilə isti su xidmətinin liberallaşdırılması istiqamətində tədbirlər görüləcək.
Eləcə də oxuyun:
* İstilik sisteminizi sazlayın - Hava xəbərdarlığı
* Sovetlərdən sonra ilk böyük fəlakət: Azərbaycan niyə qaranlığa qərq olmuşdu?
* Əhalini "soyuq" qış gözləyir - İşığın və qazın qiyməti qaldırıldı
* Deputat: "Təsəvvür edin, yağış, demək olar ki, birbaşa siniflərə yağır"
* Bakıda istilik sistemi ilə təmin edilən məktəblərin sayı açıqlanıb
* Ermənistanı soyuq və qaranlıq qış gözləyir: problemin həlli Azərbaycandadır
Xəbər lenti
0