CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: "Təsəvvür edin, yağış, demək olar ki, birbaşa siniflərə yağır"

© Sputnik / Murad OrujovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Deputat Biləsuvardakı məktəblərdən danışdı. "Yeni tədris ili başladı, amma Biləsuvarda 10-dan çox məktəbimizi hələ də təmir və yenidən tikinti gözləyir".
BAKI, 15 oktyabr — Sputnik. Təmsil etdiyim 66 saylı Biləsuvar seçki dairəsində vətəndaşları narahat edən bir məsələni gündəmə gətirmək istəyirəm. Yeni tədris ili başladı, amma Biləsuvarda 10-dan çox məktəbimizi hələ də təmir və yenidən tikinti gözləyir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, xüsusilə Bəydili, Nəsimikənd, Səmədabad və Yuxarı Cürəli məktəblərinin, o cümlədən 1 saylı ümumi orta məktəbin vəziyyəti ürəkaçan deyil: "Bu təhsil ocaqlarının hər biri qəzalı vəziyyətdədir, hər an uçmaq təhlükəsi var. Təsəvvür edin, yağış, demək olar ki, birbaşa siniflərə yağır. Elə bu vəziyyətdəcə orada tədris davam etdirilir. Aidiyyəti strukturlardan, Nazirlər Kabinetindən məsələyə diqqət göstərilməsini xahiş edirəm. Bəli, indiki həssas zamanda büdcəmiz yüklənməməlidir, lakin təhsilin ən perspektivli investisiya olduğunu nəzərə alsaq, məktəblərə qoyulacaq sərmayəyə biz xərc yox, yatırım kimi yanaşmalıyıq".
Eləcə də oxuyun:
* Bakıda istilik sistemi ilə təmin edilən məktəblərin sayı açıqlanıb
* Bakıda qəzalı məktəb bağlandı, şagirdləri bölüşdürüldü
* Bərdədə şagirdlər dəhşət yaşadılar: "Bina hissə-hissə uçurdu..."
Xəbər lenti
0