https://sputnik.az/20211010/ermenistani-soyuq-ve-qaranliq-qis-gozleyir-problemin-helli-azerbaycandadir-434068839.html
Ermənistanı soyuq və qaranlıq qış gözləyir: problemin həlli Azərbaycandadır
Ermənistanı soyuq və qaranlıq qış gözləyir: problemin həlli Azərbaycandadır
Sputnik Azərbaycan
İşğal olunmuş Qarabağdakı su qovşaqlarından Ermənistana 300 meqaVatt enerji ötürülürümüş ki, bu da ğlkənin özündə istehsal olunan enerjidən xeyli ucuz başa... 10.10.2021, Sputnik Azərbaycan
2021-10-10T17:14+0400
2021-10-10T17:14+0400
2021-10-16T11:17+0400
təhlil
ermənistan
yardım
enerji böhranı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434027722_0:245:3206:2048_1920x0_80_0_0_68a68cf93c23d1a2c4483a4ad7cc4aa3.jpg
BAKI, 10 oktyabr - Sputnik. Cari ildə Ermənistanda elektrik enerjisi istehsalı xeyli azalıb. Ölkənin Milli Statistika Komitəsinin məlumatına görə, avqust ayında Ermənistanda elektirk enerjisi hasilatı ötən illə müqayisədə 12,3%, 2021-ci ilin iyul ayı ilə müqayisədə isə 8,8% aşağı düşüb.Enerji hasilatının azalmasının bir neçə səbəbi var. Birincisi, Azərbaycan erməni işğalı altında olan torpaqları azad etdikdən sonra Qarabağda olan 36 elktrik stansiyasından 30-u Bakının nəzarətinə keçib. Qeyd etmək lazımdır ki, işğal dövründə bu stansiyalar nəinki bütün zəbt olunmuş ərazini enerji ilə təmin edib, hətta Ermənistanın da enerji təchizatında iştirak edib.Belə ki, hesablamalara görə, işğal olunmuş Qarabağdakı su qovşaqlarından Ermənistana 300 meqaVatt enerji ötürülürümüş ki, bu da ğlkənin özündə istehsal olunan enerjidən xeyli ucuz başa gəlirmiş.Nəhayət ki, həqiqi sahibinə qaytarılan SES-lərdə istehsal olunan enerjidən məhrum olan Ermənistan hazırda Qarabağla həmsərhəd ərazilərini də enerji ilə özü təmin etməlidir.Qeyd edək ki, ölkənin ən iri enerji istehsalçısı olan Razdan istilik elektrik stansiyasında da beşinci blokun işinin dayandırılması səbəbindən ümumi hasilat təqribən yarıya qədər azalıb.Atın öldü, düşErmənistan enerji sistemi üçün bu cür ağır vəziyyətdə üstəlik Mtsamor atom elektrik stansiyası (AES) da işini dayandırıb. Belə ki, ölkənin 40%-ni elektrik enerjisi ilə təmin edən Mtsamor cari ilin may ayından təmirə dayandırılıb. lLakin təmir işlərinin oktyabra qədər tamamlanacağı planlaşdırılsa da, AES rəhbərliyi görülməli işlərin daha çox olduğunu və stansiyanın modernləşdirilməsi üçün daha çox vaxt lazım olacağını bəyan edib.Bu, o qədər də gözlənilməz olmayıb. Belə ki, Ermənistan AES-i artıq istismar müddətini çoxdan başa vurub və hazırda bütün region üçün təhlükə kəsb edir. Lakin beynəlxalq təşkilatların və müxtəlif ölkələrin hökumətlərinin Ermanistan hakimiyyətinə adıçəkilən AES-in bağlanması ilə bağlı müraciətlərinə rəğmən ölkə rəhbərliyi hələ də "mindiyi ölü atdan düşmək" istəmir.Bunun əvəzində Ermənistan Rusiyaya müraciət edərək ölkə ərazisində daha bir AES-in inşa edilməsini xahiş edib. Lakin "Rosatom" bu məsələnin məqsədəuyğun olmadığını anlayaraq layihədən kənarda qalıb. Belə görünür ki, müxtəlif özəl şirkətlərin marağına rəğmən təqribən 5-7 milyard dollarlıq yeni AES layihəsi erməni xalqının diqqətini yayındırmaq üçün elə söhbət səviyyəsində də qalacaq.Elə Ermənistanın seysmik cəhətdən aktiv ərazidə yerləşməsi kifayətdir. Həm də hazırda yeni AES inşası üçün MAQATE-dən təhlükəsizlik sertifikatının alınması Mtsamor AES-i inşa olunduğu dövrdən daha çətin bir prosesdir.Azərbaycan yardımçı ola bilərƏslində müharibədən sonrakı dövrdə energetika sahəsində əməkdaşlıq üçün yeni reallıqlar açılıb. Azərbaycan özünü tam olaraq enerji ilə təmin edərək qonşu ölkələrə, hətta Aİ ölkələrinə, konkret olaraq Bolqarıstana da elektrik enerjisi satır.Belə ki, Energetika Nazirliyinin məlumatına görə, ölkədə cari ilin yanvar-avqust aylarında elektrik enerjisi istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 1,1 milyard kilovatt\saat artaraq 18,6 koloVatt\saat təşkil edib.Məlumatda qeyd olunur ki, həmin dövr ərzində elektrik enerjisi ixracı 142 milyon kiloVatt\saat artaraq 971,9 milyon kiloVatt\saat təşkil edib.Hesabat dövründə İrana 238,9 milyon, Türkiyəyə 164 milyon, Rusiyaya 63,7 milyon, Gürcüstana 505,2 milyon kiloVatt\saat elektrik enerjisi ixrac olunub.Bundan əlavə Azərbaycan Rusiya-Azərbaycan-İran energetik körpüsünün yaradılmasını da nəzərdən keçirirdi.Bu məqamda Ermənistanın yaxın müttəfiqi olan İranda da yaşanan enerji böhranını qeyd etmək yerinə düşər. Belə ki, cari ilin yayında İran son illər görünməmiş enerji çatəşmazlığı ilə üz-üzə qalıb. Bu, ölkədə əhalinin enerjinin tez-tez kəsilməsi ilə bağlı kütləvi nümayişlərinə səbəb olub. Belə bir vəziyyətdə Ermənistanın bu qonşusunun haraya gələcəyini gözləməyinə dəyməz. Həm də ki, İran özü də qismən Mtsamor AES-in enerjisini istehlak edirdi.Beləliklə, Azərbaycan regionda faktiki olaraq yeganə ökədir ki, Ermənistana enerji böhranından çıxmaqda yardım edə bilər. Bunun üçün Yerevan Bakı ilə əməkdaşlığa münasibətdə daha konstruktiv mövqe nümayiş etdirəlidir. Əks təqdirdə, Ermənistanı qarşıda soyuq və qaranlıq qış gözləyir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434027722_384:0:3115:2048_1920x0_80_0_0_586e4a85511072b21ab9472a6e5e4330.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
ermənistan, yardım, enerji böhranı, azərbaycan
ermənistan, yardım, enerji böhranı, azərbaycan
Ermənistanı soyuq və qaranlıq qış gözləyir: problemin həlli Azərbaycandadır
17:14 10.10.2021 (Yenilənib: 11:17 16.10.2021) İşğal olunmuş Qarabağdakı su qovşaqlarından Ermənistana 300 meqaVatt enerji ötürülürümüş ki, bu da ğlkənin özündə istehsal olunan enerjidən xeyli ucuz başa gəlirmiş.
BAKI, 10 oktyabr - Sputnik. Cari ildə Ermənistanda elektrik enerjisi istehsalı xeyli azalıb. Ölkənin Milli Statistika Komitəsinin məlumatına görə, avqust ayında Ermənistanda elektirk enerjisi hasilatı ötən illə müqayisədə 12,3%, 2021-ci ilin iyul ayı ilə müqayisədə isə 8,8% aşağı düşüb.
Enerji hasilatının azalmasının bir neçə səbəbi var. Birincisi, Azərbaycan erməni işğalı altında olan torpaqları azad etdikdən sonra Qarabağda olan 36 elktrik stansiyasından 30-u Bakının nəzarətinə keçib. Qeyd etmək lazımdır ki, işğal dövründə bu stansiyalar nəinki bütün zəbt olunmuş ərazini enerji ilə təmin edib, hətta Ermənistanın da enerji təchizatında iştirak edib.
Belə ki, hesablamalara görə, işğal olunmuş Qarabağdakı su qovşaqlarından Ermənistana 300 meqaVatt enerji ötürülürümüş ki, bu da ğlkənin özündə istehsal olunan enerjidən xeyli ucuz başa gəlirmiş.
Nəhayət ki, həqiqi sahibinə qaytarılan SES-lərdə istehsal olunan enerjidən məhrum olan Ermənistan hazırda Qarabağla həmsərhəd ərazilərini də enerji ilə özü təmin etməlidir.
Qeyd edək ki, ölkənin ən iri enerji istehsalçısı olan Razdan istilik elektrik stansiyasında da beşinci blokun işinin dayandırılması səbəbindən ümumi hasilat təqribən yarıya qədər azalıb.
Ermənistan enerji sistemi üçün bu cür ağır vəziyyətdə üstəlik Mtsamor atom elektrik stansiyası (AES) da işini dayandırıb. Belə ki, ölkənin 40%-ni elektrik enerjisi ilə təmin edən Mtsamor cari ilin may ayından təmirə dayandırılıb. lLakin təmir işlərinin oktyabra qədər tamamlanacağı planlaşdırılsa da, AES rəhbərliyi görülməli işlərin daha çox olduğunu və stansiyanın modernləşdirilməsi üçün daha çox vaxt lazım olacağını bəyan edib.
Bu, o qədər də gözlənilməz olmayıb. Belə ki, Ermənistan AES-i artıq istismar müddətini çoxdan başa vurub və hazırda bütün region üçün təhlükə kəsb edir.
Lakin beynəlxalq təşkilatların və müxtəlif ölkələrin hökumətlərinin Ermanistan hakimiyyətinə adıçəkilən AES-in bağlanması ilə bağlı müraciətlərinə rəğmən ölkə rəhbərliyi hələ də "mindiyi ölü atdan düşmək" istəmir.
Bunun əvəzində Ermənistan Rusiyaya müraciət edərək ölkə ərazisində daha bir AES-in inşa edilməsini xahiş edib. Lakin "Rosatom" bu məsələnin məqsədəuyğun olmadığını anlayaraq layihədən kənarda qalıb. Belə görünür ki, müxtəlif özəl şirkətlərin marağına rəğmən təqribən 5-7 milyard dollarlıq yeni AES layihəsi erməni xalqının diqqətini yayındırmaq üçün elə söhbət səviyyəsində də qalacaq.
Elə Ermənistanın seysmik cəhətdən aktiv ərazidə yerləşməsi kifayətdir. Həm də hazırda yeni AES inşası üçün MAQATE-dən təhlükəsizlik sertifikatının alınması Mtsamor AES-i inşa olunduğu dövrdən daha çətin bir prosesdir.
Azərbaycan yardımçı ola bilər
Əslində müharibədən sonrakı dövrdə energetika sahəsində əməkdaşlıq üçün yeni reallıqlar açılıb. Azərbaycan özünü tam olaraq enerji ilə təmin edərək qonşu ölkələrə, hətta Aİ ölkələrinə, konkret olaraq Bolqarıstana da elektrik enerjisi satır.
Belə ki, Energetika Nazirliyinin məlumatına görə, ölkədə cari ilin yanvar-avqust aylarında elektrik enerjisi istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 1,1 milyard kilovatt\saat artaraq 18,6 koloVatt\saat təşkil edib.
Məlumatda qeyd olunur ki, həmin dövr ərzində elektrik enerjisi ixracı 142 milyon kiloVatt\saat artaraq 971,9 milyon kiloVatt\saat təşkil edib.
Hesabat dövründə İrana 238,9 milyon, Türkiyəyə 164 milyon, Rusiyaya 63,7 milyon, Gürcüstana 505,2 milyon kiloVatt\saat elektrik enerjisi ixrac olunub.
Bundan əlavə Azərbaycan Rusiya-Azərbaycan-İran energetik körpüsünün yaradılmasını da nəzərdən keçirirdi.
Bu məqamda Ermənistanın yaxın müttəfiqi olan İranda da yaşanan enerji böhranını qeyd etmək yerinə düşər. Belə ki, cari ilin yayında İran son illər görünməmiş enerji çatəşmazlığı ilə üz-üzə qalıb. Bu, ölkədə əhalinin enerjinin tez-tez kəsilməsi ilə bağlı kütləvi nümayişlərinə səbəb olub. Belə bir vəziyyətdə Ermənistanın bu qonşusunun haraya gələcəyini gözləməyinə dəyməz. Həm də ki, İran özü də qismən Mtsamor AES-in enerjisini istehlak edirdi.
Beləliklə, Azərbaycan regionda faktiki olaraq yeganə ökədir ki, Ermənistana enerji böhranından çıxmaqda yardım edə bilər. Bunun üçün Yerevan Bakı ilə əməkdaşlığa münasibətdə daha konstruktiv mövqe nümayiş etdirəlidir. Əks təqdirdə, Ermənistanı qarşıda soyuq və qaranlıq qış gözləyir.