https://sputnik.az/20211013/bakida-istilik-sistemi-ile-temin-edilen-mekteblerin-sayi-aciqlanib-434159527.html
Bakıda istilik sistemi ilə təmin edilən məktəblərin sayı açıqlanıb
Bakıda istilik sistemi ilə təmin edilən məktəblərin sayı açıqlanıb
Sputnik Azərbaycan
BAKI, 13 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində payız-qış mövsümü ilə bağlı hazırlıq... 13.10.2021, Sputnik Azərbaycan
2021-10-13T12:26+0400
2021-10-13T12:26+0400
2021-10-13T12:26+0400
paytaxt xəbərləri
məktəb
təhsil
mərkəzləşdirilmiş istilik sistemi
https://cdnn1.img.sputnik.az/img/41250/77/412507774_0:18:720:423_1920x0_80_0_0_353d9eb84c88982b122c629ba91aca9d.jpg
BAKI, 13 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirlərinə başlanılıb.İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, təhsil müəssisələrinin dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının vəziyyəti yoxlanılır, təminat resurslarından səmərəli istifadə edilməsi üçün tədbirlər görülür.BŞTİ tərəfindən təhsil müəssisələrinin rəhbərlərinə yanğından mühafizə qurğularının, su hovuzları və nasosların texniki cəhətdən daim işlək vəziyyətdə olması, tədris-istehsalat sahələrinin xüsusiyyətlərindən asılı olaraq işçi və şagirdlərin yanğına qarşı təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı təlimatlandırılması, bu məqsədlə məsul şəxslərin müəyyənləşdirilməsi və əməyin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məsələlərini təmin etmək tapşırılıb. Həmçinin qazanxanaların istismarı üzrə əməyin mühafizəsi baxımından lazımi təlimati tapşırıqlar verilir.Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü "Azəristilik" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.Məktəblərin payız-qış mövsümünə hazırlıqları ilə bağlı məsələlər müntəzəm olaraq nəzarətdə saxlanılır. Yerlərdən daxil olmuş məlumatlar, keçirilən monitorinqlər əsasında müəyyənləşdirilən çatışmazlıqlar aidiyyəti qurumlara təqdim edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41250/77/412507774_68:0:653:439_1920x0_80_0_0_ca006de15bd9efcd0847423762b20ed5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, təhsil, mərkəzləşdirilmiş istilik sistemi
məktəb, təhsil, mərkəzləşdirilmiş istilik sistemi
Bakıda istilik sistemi ilə təmin edilən məktəblərin sayı açıqlanıb
BAKI, 13 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirlərinə başlanılıb.
İdarədən
Sputnik Azərbaycan-a verilən məlumata görə, təhsil müəssisələrinin dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının vəziyyəti yoxlanılır, təminat resurslarından səmərəli istifadə edilməsi üçün tədbirlər görülür.
BŞTİ tərəfindən təhsil müəssisələrinin rəhbərlərinə yanğından mühafizə qurğularının, su hovuzları və nasosların texniki cəhətdən daim işlək vəziyyətdə olması, tədris-istehsalat sahələrinin xüsusiyyətlərindən asılı olaraq işçi və şagirdlərin yanğına qarşı təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı təlimatlandırılması, bu məqsədlə məsul şəxslərin müəyyənləşdirilməsi və əməyin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məsələlərini təmin etmək tapşırılıb. Həmçinin qazanxanaların istismarı üzrə əməyin mühafizəsi baxımından lazımi təlimati tapşırıqlar verilir.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü "Azəristilik" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.
Məktəblərin payız-qış mövsümünə hazırlıqları ilə bağlı məsələlər müntəzəm olaraq nəzarətdə saxlanılır. Yerlərdən daxil olmuş məlumatlar, keçirilən monitorinqlər əsasında müəyyənləşdirilən çatışmazlıqlar aidiyyəti qurumlara təqdim edilir.