https://sputnik.az/20211023/naftalanda-otuz-dord-kuce-ve-yolda-temir-isleri-aparilir-434521386.html
Naftalanda otuz dörd küçə və yolda təmir işləri aparılır
Naftalanda otuz dörd küçə və yolda təmir işləri aparılır
Sputnik Azərbaycan
Naftalan şəhərində 16 kilometr uzunluğa malik 34 küçə və yolda təmir işləri aparılır 23.10.2021, Sputnik Azərbaycan
2021-10-23T19:15+0400
2021-10-23T19:15+0400
2021-10-23T19:15+0400
azərbaycan xəbərləri
küçə
yol
təmir
naftalan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/09/434040571_0:63:1200:738_1920x0_80_0_0_51b63ea7c86845c8fbe5bae84570ab86.jpg
BAKI, 23 oktyabr — Sputnik. Dövlət başçısının Sərəncamına əsasən, Naftalan şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır.Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Sərəncama əsasən Naftalan şəhərində ümumi uzunluğu 16 kilometr olan 34 küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulur. Artıq bu çərçivədə təmir-tikinti işləri başa çatmaq üzrədir.Hazırda sözügedən küçə və yolların yenidən qurulması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilməklə problemlər aradan qaldırılır. Texnoloji ardıcıllıqla aparılan işlər nəticəsində küçə və yollar genişləndirilir. Genişləndirmə işləri isə öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.Layihəyə uyğun olaraq, yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb, yeni torpaq yatağı və yol əsası inşa edilib.Daha sonra "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, küçə və yollara yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.Naftalan şəhərində küçə və yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır.Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.Həmçinin oxuyun:* Bu marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus"a həvalə edilib* Azərbaycanda taksi sürücülərinin psixoloji durumlarının yoxlanılması ilə bağlı təklif var* Qanunsuz sərnişindaşımalara qarşı sərt tədbirlərə başlanılır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/09/434040571_67:0:1134:800_1920x0_80_0_0_fe41f09e6991be6a68a85432207de4ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
küçə, yol, təmir, naftalan
küçə, yol, təmir, naftalan
Naftalanda otuz dörd küçə və yolda təmir işləri aparılır
Naftalan şəhərində 16 kilometr uzunluğa malik 34 küçə və yolda təmir işləri aparılır
BAKI, 23 oktyabr — Sputnik. Dövlət başçısının Sərəncamına əsasən, Naftalan şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Agentlikdən
Sputnik Azərbaycan-a verilən məlumata görə, Sərəncama əsasən Naftalan şəhərində ümumi uzunluğu 16 kilometr olan 34 küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulur. Artıq bu çərçivədə təmir-tikinti işləri başa çatmaq üzrədir.
Hazırda sözügedən küçə və yolların yenidən qurulması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilməklə problemlər aradan qaldırılır. Texnoloji ardıcıllıqla aparılan işlər nəticəsində küçə və yollar genişləndirilir. Genişləndirmə işləri isə öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Layihəyə uyğun olaraq, yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb, yeni torpaq yatağı və yol əsası inşa edilib.
Daha sonra "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, küçə və yollara yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Naftalan şəhərində küçə və yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır.
Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.