https://sputnik.az/20211013/azerbaycanda-taksi-suruculerinin-psixoloji-durumlarinin-yoxlanilmasi-ile-bagli-teklif-var-434180299.html
Azərbaycanda taksi sürücülərinin psixoloji durumlarının yoxlanılması ilə bağlı təklif var
Azərbaycanda taksi sürücülərinin psixoloji durumlarının yoxlanılması ilə bağlı təklif var
Sputnik Azərbaycan
Yaşdan asılı olmayaraq ictimai nəqliyyat, xüsusən də avtobus sürücülərinin psixoloji durumları gündəlik olaraq yoxlanılmalıdır. 13.10.2021, Sputnik Azərbaycan
2021-10-13T20:42+0400
2021-10-13T20:42+0400
2021-10-13T20:42+0400
taksi
cəmiyyət
sürücü
yaş
psixoloji
https://cdnn1.img.sputnik.az/img/40849/34/408493425_0:0:2000:1125_1920x0_80_0_0_5921fd66773d8c20506e692829fdc0c4.jpg
BAKI, 13 oktyabr — Sputnik. Türkiyədə taksi sürücüləri ilə bağlı yaş məhdudiyyəti artırılıb. Özəl taksi şirkətlərində çalışan sürücülər üçün bu yaş məhdudiyyəti 65-dən 68-ə qaldırılıb.Bundan başqa, 65-68 yaş aralığında olan şəxslər hər il taksi sürücüsü olaraq çalışmaq üçün psixi və sağlamlıq durumları ilə bağlı sənəd almalı olacaqlar. Ümumiyyətlə, Azərbaycanda yaşlı taksi sürücüləri tərəfindən yol-hərəkət qaydasının pozulması ilə bağlı hansısa statistika varmı?Baş Dövlət Yol Polisi İdarəsindən Sputnik Azərbaycan-a bildirildi ki, onlarda bununla bağlı heç bir statistika yoxdur.Maraqlıdır, belə bir qanun Azərbaycan üçün keçərli ola bilərmi?Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda belə bir addımın atılmasına ehtiyac yoxdur: "Hər bir ölkənin özünə uyğun yol hərəkəti qaydaları, infrastrukturu var. Bu səbəbdən demək olmaz ki, başqa ölkələrdə qəbul olunan qaydalar Azərbaycanda da qəbul oluna bilər. Azərbaycanda nəqliyyat vasitəsinin idarəsi ilə bağlı maksimal yaş məhdudiyyəti yoxdur".E.Cəfərov deyir ki, belə sürücülərdən hansınınsa səhhətində problem varsa, həmin şəxslər tərəfindən yollarda bir neçə dəfə qayda pozuntuları baş verərsə, o, məcburi tibbi müayinəyə göndərilməlidir. Bu müayinə zamanı şəxsin səhhətinin avtomobil idarəetməyə imkan vermədiyi təsdiqlənərsə, bu zaman onun sürücülük vəsiqəsi məhkəmə qərarı ilə ləğv edilə bilər. Lakin digər hallarda belə bir məhdudiyyət yoxdur".Ekspertin sözlərinə görə, yaşlı sürücülərin qəzaların sayında iştirakçılığı aşağıdır: "Bölgələrdə qəzaların əksəriyyəti cavanlar tərəfindən törədilir. Müşahidələrimə əsasən də deyə bilərəm ki, bu qəzalar əksər hallarda cavanlar tərəfindən baş verir".Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında sərnişinlərin 91,3%-i və ya 651,8 mln. avtobus, 8,7%-i və ya 61,8 mln. isə minik taksilərinin xidmətlərindən istifadə edib. Avtobusla daşınan sərnişinlərin sayı illik ifadədə 12,9% azalıb, taksidən istifadə edən sərnişinlərin sayı isə 2,1 dəfə artıb.
https://sputnik.az/20211013/paytaxtda-dehsetli-yol-qezasi---5-nefer-helak-oldu-434152772.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40849/34/408493425_199:0:1906:1280_1920x0_80_0_0_69dd08b469c1ef1533caa75f276c5b99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taksi, sürücü, yaş, psixoloji
taksi, sürücü, yaş, psixoloji
Azərbaycanda taksi sürücülərinin psixoloji durumlarının yoxlanılması ilə bağlı təklif var
Yaşdan asılı olmayaraq ictimai nəqliyyat, xüsusən də avtobus sürücülərinin psixoloji durumları gündəlik olaraq yoxlanılmalıdır.
BAKI, 13 oktyabr — Sputnik. Türkiyədə taksi sürücüləri ilə bağlı yaş məhdudiyyəti artırılıb. Özəl taksi şirkətlərində çalışan sürücülər üçün bu yaş məhdudiyyəti 65-dən 68-ə qaldırılıb.
Bundan başqa, 65-68 yaş aralığında olan şəxslər hər il taksi sürücüsü olaraq çalışmaq üçün psixi və sağlamlıq durumları ilə bağlı sənəd almalı olacaqlar. Ümumiyyətlə, Azərbaycanda yaşlı taksi sürücüləri tərəfindən yol-hərəkət qaydasının pozulması ilə bağlı hansısa statistika varmı?
Baş Dövlət Yol Polisi İdarəsindən
Sputnik Azərbaycan-a bildirildi ki, onlarda bununla bağlı heç bir statistika yoxdur.
Maraqlıdır, belə bir qanun Azərbaycan üçün keçərli ola bilərmi?
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda belə bir addımın atılmasına ehtiyac yoxdur: "Hər bir ölkənin özünə uyğun yol hərəkəti qaydaları, infrastrukturu var. Bu səbəbdən demək olmaz ki, başqa ölkələrdə qəbul olunan qaydalar Azərbaycanda da qəbul oluna bilər. Azərbaycanda nəqliyyat vasitəsinin idarəsi ilə bağlı maksimal yaş məhdudiyyəti yoxdur".
E.Cəfərov deyir ki, belə sürücülərdən hansınınsa səhhətində problem varsa, həmin şəxslər tərəfindən yollarda bir neçə dəfə qayda pozuntuları baş verərsə, o, məcburi tibbi müayinəyə göndərilməlidir. Bu müayinə zamanı şəxsin səhhətinin avtomobil idarəetməyə imkan vermədiyi təsdiqlənərsə, bu zaman onun sürücülük vəsiqəsi məhkəmə qərarı ilə ləğv edilə bilər. Lakin digər hallarda belə bir məhdudiyyət yoxdur".
O bildirir ki, ümumiyyətlə, ictimai nəqliyyatda çalışan sürücülər mütəmadi olaraq tibbi yoxlanışdan keçməlidirlər: "Düşünürəm ki, yaşdan asılı olmayaraq ictimai nəqliyyat, xüsusən də avtobus sürücülərinin psixoloji durumları gündəlik olaraq yoxlanılmalıdır. Taksi sürücülərinin isə 3 aydan bir psixoloji durumları yoxlanılsa, yaxşı olar".
Ekspertin sözlərinə görə, yaşlı sürücülərin qəzaların sayında iştirakçılığı aşağıdır: "Bölgələrdə qəzaların əksəriyyəti cavanlar tərəfindən törədilir. Müşahidələrimə əsasən də deyə bilərəm ki, bu qəzalar əksər hallarda cavanlar tərəfindən baş verir".
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında sərnişinlərin 91,3%-i və ya 651,8 mln. avtobus, 8,7%-i və ya 61,8 mln. isə minik taksilərinin xidmətlərindən istifadə edib. Avtobusla daşınan sərnişinlərin sayı illik ifadədə 12,9% azalıb, taksidən istifadə edən sərnişinlərin sayı isə 2,1 dəfə artıb.