https://sputnik.az/20211020/bu-marsrut-xetti-uzre-sernisindasimalari-bakubusa-hevale-edilib-434400039.html
Bu marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus"a həvalə edilib
Bu marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus"a həvalə edilib
Sputnik Azərbaycan
Sabahdan marşrut xətti üzrə sərnişindaşımaları BNA-ya məxsus "BakuBus" MMC-nin avtobusları ilə icra ediləcək. 20.10.2021, Sputnik Azərbaycan
2021-10-20T13:28+0400
2021-10-20T13:28+0400
2021-10-20T15:47+0400
avtobus
cəmiyyət
baku-bus mmc
baku bus
"bakubus" mmc
bakı
bakı metropoliteni
https://cdnn1.img.sputnik.az/img/42300/44/423004419_0:0:3376:1899_1920x0_80_0_0_c3e3fa8673b0e82d6ad82f5beb1acbe1.jpg
BAKI, 20 oktyabr — Sputnik. Bakıda 205 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı dəyişdirilərək fəaliyyəti bərpa edilib.Sputnik Azərbaycan bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.Məlumata görə, sabahdan marşrut xətti üzrə sərnişindaşımaları BNA-ya məxsus "BakuBus" MMC-nin avtobusları ilə icra ediləcək.205 nörməli marşrut xətti üzrə hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, marşrut xətti "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi və 20-ci Sahə ərazisi ilə Bakı Metropoliteninin "Nəsimi" stansiyasını əlaqələndirəcək. Bununla da, Qaradağ rayonunun müxtəlif qəsəbələri üzrə sakinlərinin, eləcə də bu istiqamətdə çalışan əhalinin ictimai nəqliyyata olan tələbatının ödənilməsi daha da yaxşılaşacaq."Çoxsaylı vətəndaş müraciətləri əsasında aparılan təhlillər nəticəsində 205 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların təşkilində bir sıra nöqsanlar aşkar edilmişdi. Marşrutun nizamsız fəaliyyəti, intervalın gözlənilməməsi, marşrutun fəaliyyətində fasilələrin yaranması və digər sərnişindaşıma qaydalarının pozulması sərnişinlərin haqlı narazılığına səbəb olurdu.Nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcı qarşısında məsələ qaldırılsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib", - deyə Agentlik bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42300/44/423004419_701:0:3368:2000_1920x0_80_0_0_a63f720030523db77c025af7d1b36d41.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtobus, baku-bus mmc, baku bus, "bakubus" mmc, bakı, bakı metropoliteni
avtobus, baku-bus mmc, baku bus, "bakubus" mmc, bakı, bakı metropoliteni
Bu marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus"a həvalə edilib
13:28 20.10.2021 (Yenilənib: 15:47 20.10.2021) Sabahdan marşrut xətti üzrə sərnişindaşımaları BNA-ya məxsus "BakuBus" MMC-nin avtobusları ilə icra ediləcək.
BAKI, 20 oktyabr — Sputnik. Bakıda 205 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı dəyişdirilərək fəaliyyəti bərpa edilib.
Sputnik Azərbaycan bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.
Məlumata görə, sabahdan marşrut xətti üzrə sərnişindaşımaları BNA-ya məxsus "BakuBus" MMC-nin avtobusları ilə icra ediləcək.
205 nörməli marşrut xətti üzrə hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, marşrut xətti "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi və 20-ci Sahə ərazisi ilə Bakı Metropoliteninin "Nəsimi" stansiyasını əlaqələndirəcək. Bununla da, Qaradağ rayonunun müxtəlif qəsəbələri üzrə sakinlərinin, eləcə də bu istiqamətdə çalışan əhalinin ictimai nəqliyyata olan tələbatının ödənilməsi daha da yaxşılaşacaq.
"Çoxsaylı vətəndaş müraciətləri əsasında aparılan təhlillər nəticəsində 205 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların təşkilində bir sıra nöqsanlar aşkar edilmişdi. Marşrutun nizamsız fəaliyyəti, intervalın gözlənilməməsi, marşrutun fəaliyyətində fasilələrin yaranması və digər sərnişindaşıma qaydalarının pozulması sərnişinlərin haqlı narazılığına səbəb olurdu.
Nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcı qarşısında məsələ qaldırılsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib", - deyə Agentlik bəyan edib.