CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz sərnişindaşımalara qarşı sərt tədbirlərə başlanılır

© Sputnik / Musa MuradlıBərdədə şəhərarası sərnişindaşıma
Bərdədə şəhərarası sərnişindaşıma - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
DANX bildirir ki, qanunvericiliyin tələblərininn pozulmasına qarşı yol polisinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq addımlar atılır.
BAKI, 12 oktyabr - Sputnik. Qeyri-qanuni daşımalara qarşı Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX)və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən tədbir keçirilir.
Bu barədə "Report"a DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
"Əslində məqsədimiz keçmiş reydlər formasında deyil, sadəcə insanları, hətta qeyri-qanuni daşımaları icra edənləri də məlumatlandırmaqdır ki, qanunsuz sərnişindaşıma ilə bağlı həm dövlət yol polisi, həm DANX çox ciddi, çox sərt tədbirlərə başlayır. Qanunvericiliyin tələblərinin pozulmasına qarşı yol polisinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq addımlar atılır.
Eyni zamanda fərqlənmə nişanı olmayanlara qarşı DANX tərəfindən lazımi tədbirlər görülür. Qanunsuz sərnişindaşıma ilə bağlı isə çox sərt addımlar atılacaq", - N.Allahyarova bildirib.
Həmçinin oxuyun:
Abşeronda sərnişinlə dolu avtobus aşdı - Qəzaya görün nə səbəb olub...
Taksi və marşrut sürücülərindən COVID-19 pasportu tələb olunacaq
Xəbər lenti
0