https://sputnik.az/20211022/monteneqro-telman-smayilovu-rusiyaya-vermedi-434503830.html
Monteneqro Telman İsmayılovu Rusiyaya vermədi
Monteneqro Telman İsmayılovu Rusiyaya vermədi
Sputnik Azərbaycan
Onun azad olunması haqda qərarı Podqoritsa Ali Məhkəməsinin sədri Vladimir Novoviç verib. 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T22:06+0400
2021-10-22T22:06+0400
2021-10-23T09:52+0400
dünya xəbərləri
rusiya federasiyası
telman ismayılov
monteneqro
sığınacaq
ekstradisiya
https://cdnn1.img.sputnik.az/img/40930/31/409303155_0:0:2765:1555_1920x0_80_0_0_cb708b4b8213e519133e6951ab2221a9.jpg
BAKI, 22 oktyabr - Sputnik. Biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq alıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə Vijesti nəşrinə Azərbaycan əsilli milyarderin vəkili Miloş Vuksanoviç deyib.Moskvadakı Çerkizov bazarının sabiq sahibi bu il oktyabrın 1-də Podqoritsada saxlanılmış, Moskva onun ekstradisiyasını istəmişdi."Azərbaycandan olan milyarder ekstradisiya təcridxanasından buraxılıb", - portal yazır.Onun azad olunması haqda qərarı Podqoritsa Ali Məhkəməsinin sədri Vladimir Novoviç verib.Bundan öncə məlumat yayılmışdı ki, noyabrın 12-də Monteneqro məhkəməsi Telman İsmayılovun ona siyasi sığınacaq verilməsi ilə bağlı müraciətinə baxacaq.Telman İsmayılov niyə həbs olundu?Rusiyanın ən varlı biznesmenlərinin siyahısına daxil olan İsmayılov 2009-cu ildə əsas aktivi - paytaxtın ən böyük xırda topdansatış ticarət mərkəzi olan Çerkizov bazarı haqda hüquq mühafizə orqanlarından böyük iddialarla üz-üzə qaldı. Sanitar nəzarət orqanları orada çoxsaylı pozuntu aşkarladıqdan sonra bazar bağlandı.RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko RİA Novosti-nin sorğusuna cavabında deyib ki, təmsil etdiyi qurumun icraatında Telman İsmayılovun iki sahibkarın qətli və digər qanunsuz əməllərinə dair cinayət işi var.Onun sözlərinə görə, istintaqdan yayındığına görə İsmayılov barəsində beynəlxalq axtarış verilib.İstintaqın məlumatına görə, T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brılyovun qətlini təşkil edib. Bildirilir ki, cinayətin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla cızıb. İcraçı isə Mehman Kərimov olub. 2016-cı il mayın 15-də Novorijski şossesində Kərimov avtomobilin içində Savkinlə Brılyova tapançadan atəş açıb və onlar ölüblər. Rafiq İsmayılov Kərimovu hadisə yerindən çıxarıb, sonra isə əlbir olan qardaşlar həm Kərimovu, həm də cinayət alətini gizlədiblər.Rafiq İsmayılovla Mehman Kərimov nəzarətə götürülüblər. Telman və Vaqif İsmayılovlar barəsində isə qiyabi həbs tədbiri seçilib. Mehman Kərimova 13 il ciddi rejimli koloniyada həbs kəsilib.Eləcə də oxuyun:* Telman İsmayılovun Rusiyaya ekstradisiyasına hazırlıq görülür* Şakiranı oynadan azərbaycanlı hədəfdə - Rusiya Baş Prokurorluğu sorğu göndərdi* Telman İsmayılovun barəsində cinayət işi açılıb, 5 ilədək həbs cəzası ala bilər* Telman İsmayılova daha bir zərbə vuruldu, vəziyyəti pisləşir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40930/31/409303155_0:0:2731:2048_1920x0_80_0_0_b1b2658a1b46be8b22de8d97444becc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya federasiyası, telman ismayılov, monteneqro, sığınacaq, ekstradisiya
rusiya federasiyası, telman ismayılov, monteneqro, sığınacaq, ekstradisiya
Monteneqro Telman İsmayılovu Rusiyaya vermədi
22:06 22.10.2021 (Yenilənib: 09:52 23.10.2021) Onun azad olunması haqda qərarı Podqoritsa Ali Məhkəməsinin sədri Vladimir Novoviç verib.
BAKI, 22 oktyabr - Sputnik. Biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq alıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə
Vijesti nəşrinə Azərbaycan əsilli milyarderin vəkili
Miloş Vuksanoviç deyib.
Moskvadakı Çerkizov bazarının sabiq sahibi bu il oktyabrın 1-də Podqoritsada saxlanılmış, Moskva onun ekstradisiyasını istəmişdi.
"Azərbaycandan olan milyarder ekstradisiya təcridxanasından buraxılıb", - portal yazır.
Onun azad olunması haqda qərarı Podqoritsa Ali Məhkəməsinin sədri Vladimir Novoviç verib.
Bundan öncə məlumat yayılmışdı ki, noyabrın 12-də Monteneqro məhkəməsi Telman İsmayılovun ona siyasi sığınacaq verilməsi ilə bağlı müraciətinə baxacaq.
Telman İsmayılov niyə həbs olundu?
Rusiyanın ən varlı biznesmenlərinin siyahısına daxil olan İsmayılov 2009-cu ildə əsas aktivi - paytaxtın ən böyük xırda topdansatış ticarət mərkəzi olan Çerkizov bazarı haqda hüquq mühafizə orqanlarından böyük iddialarla üz-üzə qaldı. Sanitar nəzarət orqanları orada çoxsaylı pozuntu aşkarladıqdan sonra bazar bağlandı.
RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko RİA Novosti-nin sorğusuna cavabında deyib ki, təmsil etdiyi qurumun icraatında Telman İsmayılovun iki sahibkarın qətli və digər qanunsuz əməllərinə dair cinayət işi var.
Onun sözlərinə görə, istintaqdan yayındığına görə İsmayılov barəsində beynəlxalq axtarış verilib.
İstintaqın məlumatına görə, T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brılyovun qətlini təşkil edib. Bildirilir ki, cinayətin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla cızıb. İcraçı isə Mehman Kərimov olub. 2016-cı il mayın 15-də Novorijski şossesində Kərimov avtomobilin içində Savkinlə Brılyova tapançadan atəş açıb və onlar ölüblər. Rafiq İsmayılov Kərimovu hadisə yerindən çıxarıb, sonra isə əlbir olan qardaşlar həm Kərimovu, həm də cinayət alətini gizlədiblər.
Rafiq İsmayılovla Mehman Kərimov nəzarətə götürülüblər. Telman və Vaqif İsmayılovlar barəsində isə qiyabi həbs tədbiri seçilib. Mehman Kərimova 13 il ciddi rejimli koloniyada həbs kəsilib.
* Telman İsmayılovun
Rusiyaya ekstradisiyasına hazırlıq görülür
*
Şakiranı oynadan azərbaycanlı hədəfdə - Rusiya Baş Prokurorluğu sorğu göndərdi